Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani | |
---|---|
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | 1766 |
Vəfat yeri | Şamaxı |
Təhsili | Dini təhsil |
Fəaliyyəti |
şair müəllim |
Əsərlərinin dili | Azərbaycan dili |
Ağa Məsih Şirvani Vikimənbədə |
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası
Həyatı
[redaktə | vikimətni redaktə et]Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Müasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir. Azərbaycan şairlərindən Molla Pənah Vaqif, Qasım bəy Zakir və Mirzə Ələkbər Sabir Ağa Məsih Şirvaninin şeirlərinə bənzətmələr yazmışdılar. Mirzə Fətəli Axundov, Salman Mümtaz, Zülali Ağa Məsih Şirvaninin ədəbi irsini yükək qiymətləndirmişdir.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- * Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 245-254.
- Salman Mümtaz. Ağa Məsih Şirvani "Azərbaycan ədəbiyyatının qaynaqları". Bakı: 1986