Ağa Hacı Molla Tağızadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Molla ağa Bixud
Molla Ağa Hacı Molla Tağızadə
Doğum tarixi 1830/1831
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ağa Hacı Molla Tağızadə Vikimənbədə

Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud(1830, Şamaxı1892, Şamaxı) — Azərbaycan şairi.

Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İranaQafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb.

Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

S. Ə. Şirvaninin müasirlərindən biri olan şair. Şamaxıdakı "Beytüs-səfa" ədəbi məclisinin fəal üzvlərindən biri. Füzuliyanə qəzəlləri vardır[1].

  1. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A. M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 39.