Ağ Partiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağ Partiya
Loqonun şəkli
Sədri Tural Abbaslı
Sədr müavinləri Əhəd Məmmədli
Nərmin Abbaslı
Kamran Məmmədli
Rüfət Hacıbəyli
Ramin Əhmədzadə
Cavid Hacıbəyli
Quruluş tarixi 1993 (VAP)
26 iyun 2016 (AğP)
Qeydiyyat tarixi 1993 (VAP)
7 may 2020 (AğP)
Sələfi Vahid Azərbaycan Partiyası
Baş qərargah Baki şəhəri, Şəfayət Mehdiyev 177
İdeologiya Mühafizəkarlıq[1]
İdeoloji spektr Mərkəz sağ
Üzv sayı 5 mindən çox[2] (2023)
Şüar İman, İnam, Cəsarət hər şeyə yetər!
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Mətbuat orqanı Ağ Media
Saytı agpartiya.com

Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası[3] və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.[1]

1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır.[4] Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır.

Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.[5][6][7][8]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.[9]

Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.

27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilmişdir. Qurultayda başqanlığa 3 namizəd — Arif Hacılı, Qubad İbadoğluTural Abbaslı olmuşdur. Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs, partiya daxili müxalif qanaddan Qubad İbadoğlu 200 və partiya rəhbərliyinin namizədi Arif Hacılı isə 228 səs almışdır.[10]

Qurultaydan sonra Tural Abbaslı 2 il Müsavat Partiyasında faəliyyət göstərmişdir. 2015-ci il parlament seçkilərində 8 nəfər Tural Abbaslı liderliyində Ağ Blok adlı seçki bloku təsis edərək seçkilərə qatılmışdır. Onlardan 4-ü rəsmi olaraq namizəd kimi qeydiyyata alınmışdır. Daha sonra bu blokun partiyalaşması düşünülsə də, qeydiyyat prosesinin çətinliyi nəzərə alınaraq gerçəkləşdirilmədi. Bunun əvəzinə, Tural Abbaslı 2016-cı ildə isə Müsavat Partiyasından istefa verərək dövlət qeydiyyatında olan Vahid Azərbaycan Partiyasına üzv olmuşdur. 26 iyun 2016 tarixində partiya qurultayı keçirilmiş və qurultayda Vahid Azərbaycan Partiyasının adı Ağ Partiya olaraq dəyişdirilmiş, Tural Abbaslı isə partiyanın sədri seçilmişdir.[4]

7 may 2020-ci ildə Ağ Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək partiya "Ağ Partiyası" adı ilə yenidən dövlət qeydiyyatına alınmışdır.[11][12]

4 sentyabr 2023-cü ildə Ağ Partiya Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək yenidən dövlət qeydiyyatına alınmışdır.[13]

Ağ Partiyasının doktorinası "Milli nizam" ideologiyasıdır. Ağ Partiyası "yeni osmançılıq" siyasətinin türk-islam coğrafiyasında təbliğinin, yayılmasının və inkişafının tərəfdarıdır. Osmanlı-Səfəvi reallığının birləşdirilməsi ilə "milli barışığa" nail olmaq Ağ Partiyanın məqsədlərindəndir.[14]

Ağ Partiyasının konsepsiyasınan sitat:[1]

" 1918-ci ildə Azərbaycan və Osmanlının vəhdətinin nəticəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu nəzərə alsaq bu ideologiyanın regionumuza yalnız uğur gətirəcəyinə şübhəmiz qalmır. Ağ Partiyası islam dünyasında radikal, reaksioner mühafizakarlığın qarşısını alan, özündə bütün sosial, mədəni, dini, etnik, siyasi, iqtisadi çevrələri birləşdirən mühafizakar–demokrat kimlikli sağ mərkəzin Azərbaycandakı nümayəndəsidir. Bu yanaşmanın da arxasında uzlaşma mədəniyyətinə söykənən siyasət durur. Ağ Partiyasının siyasi kursu mühafizəkar–demokrat millət iradəsi üstəgəl insanların ortaq dəyərlərinə söykənən fərqli, tolerant, dəyişimə meyilli, dinamik, azad, hüquqi vətəndaş cəmiyyətinin qurulmasını hədəfləyir. Ölkədə hər bir problemin həllinin toplum olaraq birlikdə axtarılması, demokratik sistem meyarları ilə ortadan qaldırılması lazım. Bütün bunları həyata keçirməyin də yolu kabinetlərdən, otaqlardan çıxıb, xalq adlanan məhfumun ayağına getmək, beləliklə də Azərbayacana gerçək siyasət, peşəkar siyasətçilər bəxş etməkdir. "

Ağ Partiyanın loqosu türk kimliyinin və ümmət bilincinin ifadəsidir. Loqodakı " tamğalar" Azərbaycan dövlətçiliyinin ehtişamı olan Avşar boyunun və milli mirasımızın ifadəsidir. Burada Azərbaycan dövlətçilik tarixi bir nümunədə ümumən ifadə edilir. Loqo mərkəzindəki lalə türk islam dünyasının cahanşümul ifadəsi olan Osmanlı dövlətini ifadə edir. Loqodakı tamğa arası nöqtələr birləşdirici amildir. Loqo tamamında milli kimliyimizi qoruyan bir qalxanın simvoludur.

Ağ Partiya yeni adı ilə qeydiyyata alındıqdan sonra seçkilər keçirilmədiyi üçün rəsmi olaraq indiyədək seçkilərə Vahid Azərbaycan Partiyası adı ilə qatılmışdır.

Parlament seçkiləri

[redaktə | vikimətni redaktə et]

Partiya 2020-ci il parlament seçkilərində 12 namizəd ilə iştirak etmiş, lakin heç biri parlamentə düşməmişdir. Partiyanın seçkilərdə iştirak etdiyi 2 seçki dairəsinin nəticələri ləğv edilmişdir.[mənbə göstərin]

Seçki Sədr Majoritar
Səs % Mandat
2024
Tural Abbaslı

Bələdiyyə seçkiləri

[redaktə | vikimətni redaktə et]

Partiya 2019-cu il bələdiyyə seçkilərində 1 namizəd ilə iştirak etmişdir.[mənbə göstərin]

  1. 1 2 3 "AĞ PARTİYANIN KONSEPSİYASI". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-20.
  2. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  3. "2023 - cü il üzrə Siyasi partiyalar tərəfindən təqdim edilmiş maliyyə hesabatları". 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-07.
  4. 1 2 ""Vahid Azərbaycan" "Ağ" Partiya oldu". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  5. "'AK Parti' kardeş ülkelerin umudu". yeniakit.com.tr (türk). Yeni Akit qəzeti. 15 may 2017. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022. Ayrılma kararını verince aynı zamanda savunduğumuz Türk İslam Birliği, Milli Görüş düşüncelerini ortaya koyacağımız, sağ merkeziyetçi bir parti kurmayı düşündük ve bu düşüncemizi uygulamaya koyulduk. Buna kadar da çok güzel bir örnek vardı dost ve kardeş Türkiye`de: Adalet ve Kalkınma Partisi. Biz de AK Parti isimli bir parti oluşturmak adına arkadaşlarla bir karar verdik.
  6. ""Müsavat partiyası artıq yoxdur" – Tural Abbaslı İDDİALI DANIŞDI". bizim.media (az.). "Bizim Media". 12 dekabr 2021. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022. Amma təbii ki, bizə çox xoşdur ki, Türkiyənin “AK Partisi” ilə eyni ideoloji xətt üzrə hərəkət edirik.
  7. "Tural Abbaslı: "Əsas siyasi rəqibimiz hakim partiyadır"". musavat.com (az.). Yeni Müsavat (qəzet). 1 iyul 2016. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022. Təki bizi AKP-yə oxşatsınlar, onun uğurlarını Azərbaycanda təkrar edə bilək. Bizim üçün bu, fəxr olar. Eyni ideoloji düşüncədə olduğumuz üçün də belə bənzətmə xoşdur.
  8. "Tural Abbaslı: "Müsavatın Arif Hacılıya aidiyyəti yoxdur"". teleqraf.com (az.). "Teleqraf.com xəbər portalı". 2 İyun 2017. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022. Türkiyədəki AKP-nin ideologiyasına uyğun partiya qururuq.
  9. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  10. "Arif Hacılı Müsavat partiyasının yeni başqanı seçilib". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  11. "Azərbaycanda daha 3 siyasi partiya qeydiyyata alındı". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.
  12. "Son aylarda dörd siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  13. "Onların partiyaları qeydiyyata alındı". 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04.
  14. "AĞ Partiya Programı". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-08.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]