500 manatlıq əsginas
500 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 500 manat |
Eni | 125 mm |
Uzunluğu | 63 mm |
Nəşr illəri | 1993 |
Arxa tərəf | |
500 manatlıq əsginas — Azərbaycanda 1993–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1993-cü ildə) dövriyyəyə buraxılmışdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]500 manatlıq əsginaslar yalnız bir dəfə – 1993-cü ilin fevral ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1]. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. Əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].
-
1993-cü ildə buraxılmış ilk və yeganə 500 manatlıq əsginasların arxa tərəfi
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[6].
Təsviri
[redaktə | vikimətni redaktə et]Əsginasın ön tərəfində əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin portretinin çapı nəzərdə tutulmuşdur[5]. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 1000 manatlıq əsginasın üzərində təsvir olunur[5]. 500 manatlıq əsginasda isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti təsvir olunur[7].
Əsginasın arxa tərəfi elə həmin il dövriyyəyə buraxılmış 1000 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı[7]. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir[7].
Ölçüləri
[redaktə | vikimətni redaktə et]500 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[1].
Mühafizə elementləri
[redaktə | vikimətni redaktə et]Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[7].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Dövriyyədən çıxarılmış əskinaslar — AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az (az.)
- ↑ Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011 (az.)
- ↑ Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016 (az.)
- ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 4 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012 (az.)
- ↑ "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az (az.)