400 zərbə (film, 1959)
400 zərbə | |
---|---|
Les Quatre Cents Coups | |
Janr | dram filmi[1], cinayət filmi |
Rejissor | Fransua Trüffo |
Prodüser | Fransua Trüffo |
Ssenari müəllifləri |
Marsel Mussi Fransua Trüffo |
Baş rollarda |
Jan-Pyer Leo Kler Morye Albert Remi Gi Dekombl |
Operator | Anri Dekae |
Bəstəkar | Jan Konstantin |
İstehsalçı | Les Films du Carrosse |
Distribütor | Netflix |
İlk baxış tarixi | 4 may 1959[2][3], 3 iyun 1959[3], 16 noyabr 1959[3] |
Müddət | 99 dəq. |
Ölkə | Fransa |
Dillər | fransız dili, ingilis dili[2] |
İl | 1959 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Paris |
IMDb | ID0053198 |
Vikianbarda əlaqəli mediafayllar |
"400 zərbə" (fr. Les Quatre Cent Coups) — Fransa kinorejissoru Fransua Trüffonun 1959-cu ildə çəkdiyi film. Fransız yeni dalğasının ən əsas filmlərindən biri sayılır. Film Beynəlxalq Kann Kinofestivalının "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olmuşdur.
Məzmunu
[redaktə | vikimətni redaktə et]Gənc Antuan yaşadığı cəmiyyəti qəbul edə bilmədiyindən qaçmaq qərarına gəlir. O sındırır, dağıdır, çəkir, aldadır, yalan danışır, oğurlayır… O sadəcə öz cəmiyyətini qəbul etmir. Bəlkə də onun elə belə böyüməsinə cəmiyyət özü təsir edir. Axı təsadüfi deyil ki, filmin adı 400 zərbədir.
Anasını başqa bir kişi ilə görən Antuanın psixologiyası daha da pozulur və Trüffo göstərir ki, uşağın sağlam böyüməsi üçün sağlam mühit, sağlam cəmiyyət və sağlam ailə nə qədər zəruri bir şeydir.
Filmdə baş verənlər bəlkə də yetkin bir insana adi görünə bilər. Ancaq Trüffo hətta ən cüzi zədələrin, ən cüzi zərbələrin belə uşağın təfəkkürünə nə dərəcədə pis təsir edə, valideynlə uşaq arasında olan anlaşılmazlığın və onun nəticələrinin nə qədər ağır izlər buraxa biləcəyini gözəl göstərir.
Antuan rejissorun alter eqosudur. Trüffo növbəti iyirmi ildə bu filmin bir neçə davamını çəkdi və bu da uğurla qarşılandı. 20 yaşında sevgi (film, 1962) (1962) epizod filmindən qısa bir filmdə Antuan platonik bir sevgiyə sahibdir. Oğurlanmış öpüşlər (film, 1968) (1968) filmində Antuan Duanel (Jan-Pyer Leo) Kristin Darbo (Klod Jad) aşık. Ailə ocağı (film, 1970) (1970) filmində Antuan və Kristin evli bir cütlükdür. Qaçışda sevgi (film, 1979) (1979) filmində Antuan Kristinin dostu Lilian ilə münasibət qurur və cütlük boşanır. Antuan hekayəsi və Antuan və Kristin cütlüyünün salnaməsi kimi bu dövr film tarixində misilsizdir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- ↑ http://www.imdb.com/title/tt0053198/.
- ↑ 1 2 Freebase Data Dumps. Google.
- ↑ 1 2 3 IMDb (ing.). 1990.