1976 Avroviziya Mahnı Müsabiqəsi
1976 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 3 aprel 1976 |
Aparıcı(lar) | Kori Brokken |
Kanal | NOS |
Keçirilən yer | Nederlands Congresgebouw, Haaqa, Niderland |
Qalib mahnı | Böyük Britaniya "Save Your Kisses for Me" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Avstriya Yunanıstan |
İştirakdan imtina edən ölkələr | İsveç Malta Türkiyə |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1975 1977 ► |
1976 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1976; fr. Concours Eurovision de la chanson 1976) — sayca 21-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teach-In qrupunun ifa etdiyi "Ding-a-Dong" mahnısı ilə 1975 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1976-cı ildə Niderland müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada Nederlands Congresgebouw arenasında keçirilmişdir. Müsabiqə 1957 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Kori Brokkenin aparıcılığı ilə 1976-cı ilin 3 aprel tarixində baş tutmuşdur.
1976-cı ildə Avstriya üç illik, Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Yunanıstanın müsabiqəyə qayıtması ilə Türkiyə Avroviziya 1976-da iştirakdan imtina etmişdir. Eyni zamanda İsveç və Malta adası maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdirlər. Malta 1991-ci ilədək Avroviziyaya qayıtmadı. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçiləri olan Brotherhood of Man qrupu ifa etdikləri "Save Your Kisses for Me" adlı mahnı qalib gəlmişdirlər. Bu Böyük Britaniyanın Avroviziyada üçüncü qalibiyyəti idi.
Final
[redaktə | vikimətni redaktə et]Yunanıstan təmsilçisinin ifa etdiyi mahnı Türk ordusunun Kipr adasına hərbi müdaxiləsi haqqında idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Böyük Britaniya | İngiliscə | Brotherhood of Man | "Save Your Kisses for Me" | Öpüşlərini mənə saxla | 1 | 164 |
2 | İsveçrə | İngiliscə | Peter, Syu və Mark | "Djambo, Djambo" | Cambo, Cambo | 4 | 91 |
3 | Almaniya | Almanca | Les Humphries Singers | "Sing sang song" | Oxu, oxudu, mahnı | 15 | 12 |
4 | İsrail | İvritcə | Chocolate, Menta, Mastik | "Emor Shalom" (אמור שלום) | Salam de | 6 | 77 |
5 | Lüksemburq | Fransızca | Yürqen Markus | "Chansons pour ceux qui s'aiment" | Sevənlər üçün mahnılar | 14 | 17 |
6 | Belçika | Fransızca | Pyerr Rapsa | "Judy et Cie" | Cudi və o | 8 | 68 |
7 | İrlandiya | İngiliscə | Red Hörli | "When" | Nə vaxt | 10 | 54 |
8 | Niderland | İngiliscə | Sandra Reymer | "The Party's Over" | Şənlik bitdi | 9 | 56 |
9 | Norveç | İngiliscə | Anne-Karine Ström | "Mata Hari" | Mata Hari | 18 | 7 |
10 | Yunanıstan | Yunanca | Mariza Kox | "Panayia Mou, Panayia Mou" (Παναγιά μου, Παναγιά μου) |
Müqəddəs xanım, Müqəddəs xanım | 13 | 20 |
11 | Finlandiya | İngiliscə | Fredi və Ystävät | "Pump-Pump" | Bum-bum | 11 | 44 |
12 | İspaniya | İspanca | Brauliyo | "Sobran las palabras" | Sözlər lazım deyil | 16 | 11 |
13 | İtaliya | İngiliscə, İtalyanca | Al Bano və Romina Pauer | "We'll Live It All Again" | Biz bütün bunları yenidən yaşayacağıq | 7 | 69 |
14 | Avstriya | İngiliscə | Waterloo and Robinson | "My Little World" | Mənim kiçik dünyam | 5 | 80 |
15 | Portuqaliya | Portuqalca | Karlos du Karmu | "Uma flor de verde pinho" | Yaşıl şam çiçəyi | 12 | 24 |
16 | Monako | Fransızca | Meri Kristi | "Toi, la musique et moi" | Sən, musiqi və mən | 3 | 93 |
17 | Fransa | Fransızca | Ketrin Ferri | "Un, deux, trois" | Bir, iki, üç | 2 | 147 |
18 | Yuqoslaviya | Boşnakca | Ambasadori | "Ne mogu skriti svoju bol" | Ağrımı gizlədə bilmirəm | 17 | 10 |