24°39′00″ şm. e. 46°42′36″ ş. u.HGYO

Ər-Riyad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ər-Riyad
الرياض
الخفجي
Gerb
Gerb
24°39′00″ şm. e. 46°42′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub XVIII əsr
Sahəsi
  • 1.798 km²
Mərkəzin hündürlüyü 612 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.009.100 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 11564–12665
Digər
riyadh.sa/en/
Xəritəni göstər/gizlə
Ər-Riyad xəritədə
Ər-Riyad
Ər-Riyad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi.

Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir.[2]

Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir.

Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.[2]

Şəhərdə neft emalı, sement, yeyinti, toxuculuq, maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik stansiyaları fəaliyyət göstərir.[2]

Ər-Riyadda bir neçə ali məktəb fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir. O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi Qərbi AvropaAmerika universitetlərində təhsil alırlar.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şəhərin rəsmi saytı

  1. 1 2 Эр-Риад (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
  2. 1 2 3 4 Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, s. 224