Əlcəzairin işğalı (1516)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlcəzairin işğalı
Tarix 1516
Yeri
Nəticəsi Qəti Osmanlı qələbəsi
Münaqişə tərəfləri

Osmanlı imperiyası

İspaniya İspaniya imperiyası

Komandan(lar)

Xeyrəddin Barbaros
Oruc Barbaros

bilinmir

Tərəflərin qüvvəsi

?

?

İtkilər

?

?

Əlcəzairin işğalı - II Ferdinandın (1516) ölümündən istifadə edərək[1] Barbaros qardaşlarının Əlcəzair şəhərinin köməyinə gəldikləri ekspansiyadır. Oruc Rəis və Xızır Rəis böyük qardaşları İshaq da onlara qoşulduqdan sonra piratçılıqla kifayətlənməyərək Şimali Afrikadakı torpaqları işğal etməyə başlamışdırlar. 1516-1517-ci illərdə ispanlara qarşı mübarizə apardılar və Tenes, Tilimsan və Oran şəhərlərini ələ keçirdərək Əlcəzairi öz nəzarətləri altına almışdırlar. Oruc Rəis Əlcəzairin hökmdarı elan edilir. Növbəti il ispanlar Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək yenidən hücuma keçirlər. Bu döyüş əsnasında Xızır Rəisin böyük qardaşları olan İshaq Rəis və Oruc Rəis öldürülür. Xızır Rəis Yavuz Sultan Səlimə sədaqət andı içərək onun adına sikkələr basdıraraq xütbə söyləyir. Yavuz Sultan Səlim də öz növbəsində Xızır Rəisi Əlcəzairə vali təyin edərək öz himayəsi altına götürür. Bu hadisədən sonra isə əvvəlcə Tunis və Tilimsan bəyləri birləşərək Əlcəzairə yürüş təşkil edirlər. Əlcəzair şəhərinin xaricindəki torpaqları ələ keçirdərək, Əlcəzair şəhərinin daxilindəki xalqı üsyana qaldırırlar. Üsyanı yatızdıran Xızır Rəis isə bəylərin qarşısını alır. 1519-cu ildə isə Əlcəzairə göndərilmiş olan İspaniya donanmasını məğlubiyyətə düçar edir. Lakin Əlcəzair xalqının mövcud vəziyyəti və Tunis bəyi ilə aparılmış olan müharibənin müsbət nəticə verməməsinə görə gəmiləri və tabeliyindəki rəisləri ilə birlikdə Əlcəzairi tərk edərək 90 km qərbdəki Şərşala çəkilmişdir.

Barbarosun Kaptan-ı dərya "Xeyrəddin" olması

[redaktə | mənbəni redaktə et]

Xızır Rəis 1520-1525-ci illər arasında Avropanın Aralıq dənizi sahillərini vuraraq külli miqdarda qənimətlər ələ keçirmişdir. 1525-ci ildə isə Əlcəzairi yenidən işğal etmişdir. Növbəti ildə isə Jijelə hücum edən Genuya admiralı olan Andrea Dorianı məğlubiyyətə düçar edir. I Süleymanın Almaniya kampaniyası əsnasında Andrea Dorianın Moreya sahillərinə hücum etməsi Osmanlı imperiyasını çətin vəziyyətə salır. Bundan sonra Qanuni Süleyman Xızır Rəisi İstanbula çağırtdıraraq onu 1533-cü ildə "Xeyrəddin" adı ilə Osmanlı donanmasının (Kaptan-ı dərya) başçısı təyin edir

  1. Üç kıtanın hakimi Kanuni Sultan Süleyman (Türkçe). Neden Kitap. 2009.