Əl-Xaliq
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Əl-Xaliq (ər. الخالق) — Allahın adlarından biri.
Yoxdan var edən, yaratdığı hər şeyin bütün incəliklərini bilən, məxluqatına verdiyi ömür ərzində onların görəcəyi halı, hər hadisəni təsbit edən deməkdir.
"Yaratmaq" mövcud olmayan bir şeyi meydana gətirməkdir. Bu mənada yeganə yaradıcı Allahdır. İnsanın ortaya qoyduqları isə, yaratmaq deyil, mövcud olanlardan yeni şeylər düzəltməkdir.
Kainatdakı hər şey Onun "Kun və yəkun" ("Ol!") əmrinə tabedir: "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar"[1]. Ən kiçik zərrəciklərdən qalaktikalaradək hər şey Onun bu əmrinin nəticəsidir.
Uca Yaradanın "əl-Xaliq" adı Qurani-Kərimdə səkkiz yerdə keçmişdir. Yüz əllidən çox ayədə isə, "yaratdı, yaradar" şəklində Allahın yaratmasından bəhs edilir: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!"[2].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
İstinadlar
[redaktə | mənbəni redaktə et] İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |