Əhməd Cəbari
Əhməd Cəbari | |
---|---|
Əhməd əl-Cəbari | |
Doğum tarixi | |
Doğum yeri | Qəzzə şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzzə şəhəri |
Vəfat səbəbi | Aviahücum |
Vətəndaşlığı | Fələstin |
Milliyyəti | Fələstinli |
Təhsili | Qəzzə İslam Universiteti |
Fəaliyyəti | partizan |
Əhməd əl-Cəbari (ərəb. أحمد الجعبري;) (1960–14 noyabr 2012) — Fələstinin Qəzzə zolağında Həmas hərakatının hərbi qanadının liderlərindən biri, "İzzədin Kəssam" briqadasının keçmiş komandiri. 2012-ci il noyabrın 14-də onun içərisində olduğu avtomobilin israillilər tərəfindən partladılması nəticəsində öldürülüb. Hücum nəticəsində onunla birlikdə olan daha iki "Həmas" komandiri ölüb. Əhməd əl-Cəbari son dörd ildə İsrail tərəfindən öldürülən ən yüksək rütbəli "Həmas" təmsilçisidir.[1] Əhməd Cəbari verdiyi müsahibələrdə başçısı olduğu briqadanın vəzifəsinin bütün işğal altındakı Fələstin torpaqlarının azad edilməsindən ibarət olduğunu deyib.[2]
Əhməd əl-Cəbari uzun illər İsrailə qarşı raket hücumlarının, insan oğurluğu və terror əməliyyatlarının həyata keçirilməsinə rəhbərlik edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əhməd Cəbəri 1960-cı ildə Fələstində anadan olub. Siyasi mübarizəsinə "Fəth" təşkilatında başlayan Cəbəri 1982-ci ildə Qəzzədəki İslam universitetindən məzun olduqdan sonra Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) fəal üzvlərindən birinə çevrilib. Cəbəri sonralar hərəkatın silahlı qanadı "İzzəddin əl-Qəssam" briqadasının komandiri vəzifəsinədək yüksəlib.
İşğalçı İsrail rejimi tərəfindən 1982-ci ildə terror aktları planlaşdırmaqda ittiham olunaraq, həbs edilən Cəbəri 13 il azadlıqdan məhrum edilir. Həbsxanada Əbdüləziz Rantisi, İsmayıl Əbu Şənab, Nizar Rəyyan, İbrahim Məqadimə və Salah Şəhadə kimi Fələstin müqavimətinin liderləri ilə birlikdə məhbus həyatı yaşayıb.
1995-ci ildə həbsxanadan sərbəst buraxıldıqdan sonra "Fəth" hərəkatından ayrılan Cəbəri HƏMAS hərəkatının fəallarından birinə çevrilir. 1998-ci ildə Fələstin muxtariyyəti tərəfindən HƏMAS-dakı fəaliyyətinə görə həbs edilən Cəbəri bir il sonra yenidən azadlığa buraxılır.
2002-ci ildə HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam" briqadasının komandanlarından olan Məhəmməd Deyf sionist rejimin hava hücumu nəticəsində yaralandıqdan sonra Cəbəri hərbi əməliyyat rəhbəri vəzifəsinə gətirilir. İşğalçı rejimin "ən çox axtarılanlar siyahısı"nın üst sıralarında yer alan Cəbəri "İzzəddin əl-Qəssam" briqadasının əməliyyat gücünü təkmilləşdirən və demək olar ki, peşəkar səviyyəyə yüksəldən şəxs hesab olunur. Belə ki, İsrail Cəbərini 569 israillinin qətlinin baş planlaşdırıcısı sayırdı.
İsrailin Mossad təşkilatının dəfələrlə Cəbərini öldürmək üçün sui-qəsdlər baş tutmur. Belə cəhdlərdən birində, 2004-cü il avqustun 18-də "Apaçi" tipli vertolyotlarının Cəbərinin evini bombardman etməsi nəticəsində HƏMAS fəalının böyük oğlu Məhəmməd və 3 yaxın əqrəbası həyatını itirsə də Əhməd hücumdan yaralı xilas olur.
2006-cı ildə israilli əsgər Gilad Şalitin girov götürülməsi əməliyyatının planlaşdırıcısı olan Cəbəri HƏMAS hökumətinin Baş Qərargah rəisi sayılırdı və İsrailin ən çox axtarılanlar siyahısında yer alırdı. Dəfələrlə sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, İsrailin öldürə bilmədiyi Cəbəri işğal rejimi tərəfindən "xəyal" hesab edilirdi.
HƏMAS-ın hərbi qanadının lideri 2012-ci ilin noyabrında İsrail qırıcılarının hücumu zamanı şəhid olub.
Cəbəri 8 uşaq atası idi[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yaxın Şərqdə müharibə başladı[ölü keçid]
- ↑ "Ya öləcəksiniz, ya da rədd olacaqsınız"[ölü keçid]
- ↑ Əhməd Cəbəri (1960–2012) Arxivləşdirilib 2014-02-14 at the Wayback Machine (az.) Tərcümə: Anar Rüstəmov
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əhməd Cəbəri (1960–2012) (az.) Tərcümə: Anar Rüstəmov