Əhəngdaşı
Əhəngdaşı | |
---|---|
Minerallar | Kalsit, Araqonit |
Sərtlik | 3[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Əhəndaşı[2] və ya əhəngdaşı[3] — böyük bərkliyə malikdir: qədimdə onu daş tikililərdə material kimi istifadə edirdilər. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəngdaşından tikilib. Böyük Moskva knyazlığında olan əksər məbədlər Myaçkov əhəngdaşından tikilmişdir. Bu əhəngdaşı Moskva çayı yaxınlığında yerləşən Myaçkov kəndində çıxarılırdı və xüsusi gəmilərdə tikinti aparılan məkana daşınırdı. Əbəs yerə Moskva qədimdə ağ daşdan tikilmiş şəhər adlandırılmırdı. Hal-hazırda əhəngdaşı sement istehsalında xammal kimi, metallurgiyada flüs kimi, kimya sənayesində sodanın, xlorlu əhəngin, kalsium karbidin istehsalında geniş tətbiq edilir.
Növləri
[redaktə | vikimətni redaktə et]Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır.
Əhəng daşı bişirilən zaman istilik 1000 °C-ni keçməzsə əldə edilən əhəng söndürülməmiş hesab olunur. Su ilə qarışdırılan zaman asan şəkildə sönər. Əgər əhəng daşı uzun müddət 1400–1500 °C-də bişirilərsə o zaman bərk əhəng alınar ki, bunun da istifadəsi geniş yayılmamışdır. Əhəng emalında iki mərhələ vardır: bişirilmə və söndürülmə. Əhəng daşını bişirdikdən sonra istifadə etmək üçün mütləq şəkildə söndürmək lazımdır. Bunun üçün əhəngin 1/3-ü qədər su qatmağa ehtiyac vardır. Azərbaycanda əhangdaşı yataqları Qaradağ rayonunda var.
Əhəngdaşını istifadə edən zaman nələrə diqqət etməli?
[redaktə | vikimətni redaktə et]Əhəngdaşı söndürülən zaman bu məqamlara diqqət etmək lazımdır:
- Əhəng daşı söndürülən zaman 100% miqdarında həcminin artması müşahidə olunur. Buna görə də əhəngin söndürülməsinə xüsusi diqqət etmək lazımdır. Çünki təmir və tikinti zamanı sönməmiş əhəngin sönməsi nəticəsində tikilən binada çatlamalar, sımalar baş verə bilər.
- Əhəngin söndürülməsi prosesində istilik 300–400 °C-yə qədər qalxa bilər. Bu zaman suyun buxarlanması nəticəsində əhəng yenidən kalsium karbonata çevrilə bilər. Bunun baş verməməyi üçün temperaturu 100 °C ətrafında saxlamaq və daima suyun miqdarını tənzimləmək lazımdır. Hava ilə təmas nəticəsində bərkiyən əhənglər üç mərhələdən keçir:
- Quruma
- Kristallaşma
- Havadakı karbon qazı ilə birləşərək karbonatlaşma. Karbonatlaşmayan əhəng uzunmüddətli deyildir. Su ilə təmas nəticəsində yuyula bilər, lakin bu növ əhəngdən daha praktik suvaq əldə etmək üçün istifadə oluna bilər. Bu zaman normal sementə nisbətən çatlamaya davamlı suvaq əldə etmiş olarıq,
lakin əhəngdaşı Yerin dərin qatlarında, yüksək tempratur şəraitində xüsusiyyətini itirir, yeni keyfiyyətlər qazanaraq tamamilə başqa süxura çevrilir. Bu süxur-mərmərdir.
Biogen əhəngdaşları
[redaktə | vikimətni redaktə et]Biogen (orqanogen) əhəngdaşları əksərən dəniz, bəzən göl mənşəli çökmə süxurlar. Əsas etibarilə heyvan və bitkilərin karbonat skelet qalıqlarından və ya onların həyat fəaliyyəti məhsullarından (zoogen və fitogen əhəngdaşları) təşkil olunmuşlar. Biogen əhəngdaşları iki növü ayrılır: avtoxton və alloxton. Üstünlük təşkil edən süxur əmələ gətirən orqanizmlərə görə, zoogen əhəngdaşıları içərisində foraminifer, mamır, mərcan, ostrakod, braxiopod, krinoidea və b., fitogen əhəngdaşlarından isə yosun əhəngdaşları (litotam, onkolit, stromatolit və b.) geniş yayılmışdır.
Dolomitləşmiş əhəngdaşı
[redaktə | vikimətni redaktə et]Dolomitləşmiş əhəngdaşı kalsiti bu və ya digər miqdarda dolomitlə əvəz olunmuş əhəngdaşı. Əhəngdaşların törəmə dolomitlərlə əvəz olunmasının bütün keçid formaları məlumdur. Dolomitləşmiş əhəngdaşı "dolomitli əhəngdaşı" və "azdolomitli əhəngdaşı" terminlərinin sinonimi kimi qəbul etmək düzgün deyil, çünki bu iki termindən fərqli olaraq, Dolomitləşmiş əhəngdaşı süxurlarda komponentlərin miqdarını deyil, onların mənşəyini, yəni əhəngdaşının ilkin, dolomitin isə törəmə olduğunu ifadə edir. Əhəngdaşında dolomitin mənşəyi və miqdarı məlum olmadıqda "dolomitli" termininin işlənməsi daha düzgündür (məsələn: çox və ya az dolomitli əhəngdaşı).
Mənbə
[redaktə | vikimətni redaktə et]- Uşaqlar üçün ensiklopediya. Kimya. Bakı, 2008.
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
- ↑ https://www.steine-und-minerale.de/atlas.php?f=3&l=K&name=Kalkstein.
- ↑ Ајпетри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 196.
- ↑ Иберләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 353.