Əfqanıstan–Pakistan sərhəd baryeri
Əfqanıstan-Pakistan baryeri — Pakistanın Əfqanıstanla 2,670-kilometr sərhəddi boyunca tikilən ayırıcı baryerdir.[1] Baryer Dürand xətti vasitəsilə qanunsuz immiqrasiyanın qarşısının alınması üçün nəzərdə tutulmuşdur.[2] Pakistan prezidentinin mətbuat katibi olmuş general-mayor Şaukat Sultan bildirdi ki, baryer sərhəd vasitəsilə Əfqanıstandan mücahidlərin sərhəddi keçməsinin qarşısını almaq məqsədi ilə tikilir. Baryerin tikintisi Amerika Birləşdirilmiş Ştatların maliyyə dəstəyi ilə həyata keçirilir.[3]
Baryer
[redaktə | vikimətni redaktə et]2005-ci ilin sentyabrında pakistanlılar bildirdilər ki, Əfqanıstanla sərhəd boyunca 2400 kilometr baryer tikməyə başlayacaqlar, mücahidlərin və narkotik alverçilərinin sərhəddi keçməsinin qarşısını almaq üçün. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf hətta sərhəddi də minalamağı təklif etdi.
2009-cu ildə pakistanlılar yenidən bu baryeri tikməyə başlamağa qərar verdilər. Maliyyələşdirmə olmadığına görə sərhəd məntəqəsinin yalnız 35 kilometrini hasarlamağı bacardılar. 2011-ci ilin iyununda Pakistan ordusunun mətbuat katibi general-mayor Atar Abbas bildirdi ki, sərhəd zonasında 35 kilometr uzunluğunda baryerin tikilməsinə görə Pakistan hərbçiləri baryerin tikintisi vaxtı taliblərin fasiləsiz basqınlarına məruz qaldılar. Əfqanıstan baryerin tikintisi layihəsinin bahalığına əsas gətirib tikintidə iştirak etmədi.[4]
Biometrik sistem
[redaktə | vikimətni redaktə et]Pərviz Müşərrəfin hakimiyyəti dövründə biometrik sistemdən Pakistanın sərhəd keçidlərində istifadə edilirdi. Əfqanıstan bu sistemin tətbiqinə qarşı etiraz edirdi. Sistem indiyə qədər işləyir.[5]
Səngər
[redaktə | vikimətni redaktə et]2014-cü ildə pakistanlılar Bəlucistan əyalətində - Əfqanıstanla 1100 kilometr sərhəd xətti boyunca səngər qazmağa qərar verdilər. 2014-cü ilin sentyabrına görə 235 kilometr uzunluqda səngər qazılmışdı. Səngərin qazılması prosesi Sərhəd korpusunun qüvvəsi hesabına aparılırdı. Səngərin qazmasının hədəfləri: mücahidlərin axınını dayandırmaq, qaçaqmalçılar, narkotik vasitələrin qanunsuz yerdəyişməsi, həmçinin sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi. Bəlucistan əyalətində səngərin hazırlanmasına çəkilən xərc 14 milyard Pakistan rupisinə xəzinəyə başa gələcəkdi. Növbəti mərhələdə səngər Xayber-Paxtunxvanın Pakistan əyalətinin ərazisi vasitəsilə keçəcəkdi. Səngər 11-fut dərinliyində və 14 fut enində idi.[6]
Əfqanıstanın mövqeyi
[redaktə | vikimətni redaktə et]26 dekabr 2006-cı il əfqan hökuməti sərhədin uzununa çəpərləmə baryerlərinin tikintisinə qarşı qəti surətdə çıxış etdi, bildirdi ki, bu puştun tayfalarının hərəkət azadlığının məhdudiyyətinə gətirib çıxaracaq. 2007-ci ilin aprelində baryerin tikintisi boyunca iki ölkənin silahlı qüvvələri arasında silahlı toqquşma oldu. 1 aprel 2013-cü il Əfqanıstan Xarici İşlər Nazirliyi rəsmən etirazını və bu məsələ ilə bağlı ciddi narahatlığını bəyan etdi. Əfqanıstan hökumətinin mövqeyin görə Pakistan hərbçiləri birtərəfli qayda ilə ölkənin şərqində sərhəd boyunca baryerin tikintisini aparırlar. Əfqanıstan ölkələr arasında qanuni sərhəd kimi Düranda xəttini tanımır, çünki bu xətt puştunların məskunlaşdığı zonanı ki hissəyə bölür.[7]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ The World Factbook
- ↑ "Why the Durand Line Matters It is time for Kabul to accept the legality of the border". 2014-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ US backs Pakistani-Afghan border fence, The Guardian. 25 iyul 2014-cu ildə arxivləşdirilib.
- ↑ "Plan to fence, mine Afghan border, The Nation. 25 iyul 2014-cü ildə arxivləşdirilib". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Shah, Syed Ali. Trench dug at Pak-Afghan border to stop infiltration of terrorists, Dawn". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Cross-border movement: Ditch along Pak-Afghan border to cost Rs14 billion, The Express Tribune. 3 yanvar 2015-ci ildə arxivləşdirilib". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Afghanistan Protests New Border Gate". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.