Şinya Yamanaka
Şinya Yamanaka | |
---|---|
yap. 山中伸弥 | |
Doğum tarixi | 4 sentyabr 1962[1][2][…] (62 yaş) |
Elm sahəsi | tibb |
Elmi dərəcələri | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
profiles.ucsf.edu/shinya… | |
Vikianbarda əlaqəli mediafayllar |
Şinya Yamanaka (yap. 山中 伸弥; 4 sentyabr 1962[1][2][…]) — Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Şinya Yamanaka 4 sentyabr 1962-ci ildə Yaponiyanın Hiqaşiosaka şəhərində anadan olmuşdur. Onun valideynlərinin tikiş maşınlarının ehtiyat hissələrini istehsal edən kiçik bir zavodu var idi. Onlar övladlarının da bu ailə biznesi ilə məşğul olmasını istəmirdi; Şinyanın həkim olmasını arzu edirdilər.
Uşaq vaxtdi cüdo ilə məşgul olması onda ciddi travmalar yaradırdı. Şinya vaxtının böyük hissəsini ortopedik mərkəzdə keçirirdi. O, düz 10 dəfə sümük əzələlərini qırmışdı. Bütün bunlar Şinyanın gələcək karyerasına təsir göstərmişdir.
Məktəbi bitirib attestatını aldıqdan sonra, 1980-ci ildə Kobe Universitetinə qəbul oldu. Təhsil aldığı müddətdə məhkəmə-tibbi ekspertizasının laboratoriyasında 3 aylıq təcrübə keçdi. Burada o, spektrometiriadan istifadə edərək insanlarda alkaqol metobolizmasını tədqiq etdi. 8 illik təhsildən sora magistr, 6 il sonra isə, Osaka Şəhər Universitetində tibb üzrə doktor dərəcəsini aldı. Doktor dərəcəsi aldıqdan sonra San-Fransiskoya gələrək, 1993-cü ildən 1996-cı ilə kimi ürək-damar xəstəlikləri üzrə Qladston İnstitutunda işləməyə başladı. Burada o, siçanların köməyi ilə s-Mus genini tədqiq etməyə başladı.
Yamanaka 1996-cı ildə Yaponiyaya qayıdaraq Osaka Şəhər Universitetinin tibb məktəbində dosent vəzifəsində çalışdı.[3] 1999-cu ildə Narada yerləşən Elm və Texnalogiyalar İnstutuna professor təyin olundu. Yamanaka Narada embrional kök hüceyrələrin xüsusiyyətlərini tədqiq etməyə başladı.
2005-ci ildən Yamanaka Kiotoda Tibb Elmləri İnstutunda prafessor olaraq çalışır, burada o, somatik hüceyrələrdə ilk dəfə eksperimentlər edib. Yamanaka burada dünyada ilk dəfə olaraq siçanın və insanın embrional kök hüceyrəsini əldəedə bildi.
2012-ci ildə Şinya Yamanaka britaniyalı Con Qurdonla birlikdə biologiyanın inkişafı və induksiya olunmuş kök hüceyrələrinin əldə edilməsi və inkişafına görə, Tibb və Fizilogiya üzrə Nobel mükafatına layiq görülüb.
Qeyd edək ki, Şinya Yamanaka və Con Qurdon Nobel mükafatını toxuma hüceyrələri sahəsində əldə etdikləri "inqilabi kəşflərə" görə qazanıblar. Onların kəşfinə əsasən, insan hüceyrələrini yenidən proqramlaşdırmaq olar. Sübut olunub ki, insanın yetkin hüceyrələrini yenidən proqramlaşdırmaqla onları insanın istənilən hüceyrəsinə çevirmək olar.
1962-ci ildə Gurdon kəşf edib ki, hüceyrənin ixtisaslaşması dəyişə bilər.
2002-ci ildə Yamanaka isə sübut etmişdir ki, yaşlı hüceyrə bədənin bütün hüceyrələrinə çevrilə bilər.
Şəkilləri
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Ülvi Əhmədov. Tibb üzrə Nobel mükafatçıları. yapon.az, 19.09.2014 (az.)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Rogers K. Shinya Yamanaka // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Shin’ya Yamanaka // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Asahi Shimbun After failure as a surgeon, Yamanaka rises to stem cell glory October 9, 2012 Arxivləşdirilib oktyabr 12, 2012, at the Wayback Machine
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- The Shinya Yamanaka Lab, CiRA, Kyoto University
- International Society for Stem Cell Research
- Shinya Yamanaka International Balzan Prize Foundation
- 4 sentyabrda doğulanlar
- 1962-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Kioto Universitetinin müəllimləri
- Kobe Universitetinin məzunları
- Papa Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Yaponiya Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- "Mədəniyyət" ordeni kavalerləri
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İmperator Mükafatının laureatları
- Sitoloqlar
- Yaponiya bioloqları