Şinci Kaqava
Şinci Kaqava yap. 香川 真司 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
yap. 香川 真司 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Şinci Kaqava | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 17 mart 1989[1][2] (35 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Tarumi-ku, Kobe, Yaponiya | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Yaponiya | |||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 172 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 68 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumameyilli yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Borussiya Dortmund | |||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 13 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Şinci Kaqava (yap. 香川 真司 Kaqawa Şinci [kagawa ɕindʑi̥]; doğum 17 mart 1989) — peşəkar Yaponiya futbolçusudur. Almaniyanın "Borussiya Dortmund" klubunun və Yaponiya milli futbol komandasının heyətində çıxış edir. Kaqava peşəkar futbolçu karyerasına 2010-cu ildə "Borussiya Dortmund"a qoşulmazdan əvvəl vətənində "Serezo Osaka"da başlayıb. İki il "Dortmund"un heyətində çıxış etdikdən sonra "Mançester Yunayted" ilə dörd illik müqavilə bağlayıb. İki il keçdikdən sonra yenidən "Borussiya"ya qayıdıb.[3] Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Kaqava "meydanı görmə, texnika, hərəkət və ötürmə" bacarıqları ilə məşhurdur.[4]
29 noyabr 2012-ci ildə Kaqava Asiya Futbol Konfederasiyasının Beynəlxalq İlin Futbolçusu mükafatını qazanıb.[5]
Klub karyerası
[redaktə | vikimətni redaktə et]Kaqava futbola beş yaşında başlayıb. 1994-cü ildən 1999-cu ilə kimi "Marino Futbol Klubu"nda[6] 1999-2001-ci illərdə "Kobe NK Futbol Klubu"nda və 2001-ci ildən 2005-ci ilə kimi "FK Miyaqi Barselona"da oynayıb.[7][8][9][10]
Serezo Osaka
[redaktə | vikimətni redaktə et]Kaqava 17 yaşında "Serezo Osaka" ilə müqavilə bağlayıb. O, Yaponiyada aşağı yaş qruplarından əsas komandaya cəlb olunan oyunçuları nəzərə almasaq orta məktəbi bitirməmiş peşəkar müqavilə bağlayan ilk oyunçu olub.[11] 2007-ci ildə o, əsas heyətdə yer almağa başladı, amma klub yüksək liqaya çıxa bilmədi. 2009-cu ildə bu hadisə baş verdi və Kaqava Divizyon 2-də ən çox qol vuran oyunçu olaraq diqqətləri öz üzərinə çəkməyi bacardı.
Borussiya Dortmund
[redaktə | vikimətni redaktə et]2010-cu ilin yayında Kaqava 350.000 €-a Serezodan Borussiya Dortmunda transfer olundu.[12] 23 avqust 2010-cu ildə Bundesliqada debüt elədi. UEFA Avropa Liqasının pley off mərhələsində "Qarabağ"a iki qol vurdu və bu uğurunu "Dortmund"un 2-0 hesabı ilə qalib gəldiyi "Volfsburq"la Bundesliqa oyununda fərqlənərək davam etdirdi.[13] Kaqava Yaponiya millisinin toplanışında zədələndiyi üçün Bundesliqada mövsümün yarısını meydana çıxmadan keçirdi. Çıxış etdiyi 18 oyunda 8 qol müəllifi olan Kaqava "Borussiya"nın Bundesliqa çempionu olmağında böyük rol oynadı, həmçinin onun adı həmin mövsüm üçün Bundesliqanın Ən Yaxşı On Birliyinə salındı.[14]
Kaqava 2011-2012-ci illər mövsümünün başlanğıcında meydana qayıtdı. O, mövsümdə ilk qolunu 18 sentyabrda "Hannover 96" komandasından keçirdi. "Dortmund" son üç dəqiqədə iki qol buraxaraq bu görüşü 2-1 hesabı ilə məğlub başa vurdu.[15] 22 oktyabrda Kaqava "Dortmund"un 5-0 hesabı ilə qalib gəldiyi "Köln" klubu ilə Siqnal İduna Park stadionunda 80.200 tamaşaçının izlədiyi qarşılaşmada yeddinci dəqiqədə hesabı açdı.[16]
Kaqava 25 martda keçirilən "Köln" klubu ilə qarşılaşmada iki qol vuraraq "Borussiya"nın qələbəsində böyük rol oynadı və çempionluq uğrunda əsas rəqib olan "Bavariya"nı beş xal qabaqladı.[17] Kaqa 2012-ci ildə ardıcıl ikinci dəfə "Borussiya" ilə Bundesliqa çempionluğu sevincini yaşadı. O, mövsümü 13 qol və 7 məhsuldar ötürmə ilə qapatdı.
Mançester Yunayted
[redaktə | vikimətni redaktə et]5 iyun 2012-ci ildə "Mançester Yunayted" tərəfindən klubun "Borussiya Dortmund"un heyətində çıxış edən Kaqavanı transfer etmək üçün razılıq əldə olunduğu bildirildi,[18] Kaqava "Mançester Yunayted"in heyətində çıxış edəcək ilk yaponiyalı futbolçu idi.[19] Transfer 22 iyunda Kaqavanın tibbi yoxlamadan keçdiyindən sonra rəsmiləşdi.[20] 3 iyulda Kaqavanın 26 nömrəli formanı geyinəcəyi elan olundu.[21]
18 iyul 2012-ci ildə Kaqava Cənubi Afrikada "Amazulu" klubuna qarşı mövsüm qabağı yoxlama oyununda iki dəqiqə meydanda oldu.[22] Kaqava ilk dəfə "qırmızı şeytanlar"ın əsas heyətində 21 iyul 2012-ci ildə "Ayaks Keyp Toun" klubu ilə oyunda çıxdı,[23] və dörd gün sonra "Şanxay Şenhua" klubu ilə oyunda ilk qolunu vurdu.[24] Kaqava Premyer Liqada 20 avqust 2012-ci ildə Mançesterin "Everton"u 1-0 hesabı ilə məğlub etdiyi oyunda debüt etdi.[25] O, ilk qolunu isə "Fulhem" ilə 25 avqustda keçirilmiş ev oyununda vurdu[26] 23 oktyabrda Kaqava "Braqa" klubu ilə görüşdə dizini zədələyərək iki ay yaşıl meydanlardan uzaq qalmalı oldu.[27] Kaqava 2013-cü ilin yanvarında zədəsini bərpa etdi.
2 mart 2013-cü ildə Kaqava "Mançester"in "Norviç Siti"yə 4-0 hesabı ilə qalib gəldiyi oyunda heyətində ilk dəfə het-trik etdi. Bununla o, Premyer Liqada het-trik edən ilk futbolçu oldu,[28][29] 22 apreldə Kaqava çempionluğu həll edəcək "Aston Villa" ilə qarşılaşmada meydana çıxdı və 3-0 hesabı ilə komandası qalib gəldi. Kaqava Premyer Liqanı qazanan ilk yaponiyalı oyunçu oldu.
Borussiyaya qayıdış
[redaktə | vikimətni redaktə et]31 avqust 2014-cü ildə Kaqava keçmiş klubu "Borussiya Dortmund"la 30 iyun 2018-ci ilədək müqavilə imzaladı.[3] O, Yonas Hofmanın "1. FSC Maynz 05" klubuna icarəyə verilməsi ilə boş qalan 7 nömrəli formada "Dortmund"un heyətinə qoşuldu.[30] Debütündə Kaqava "SK Freyburq" ilə oyunda fərqləndi.[31]
Milli komanda
[redaktə | vikimətni redaktə et]Kaqava 2007-ci ildə Kanadada keçirilmiş 20 yaşadək futbolçular arasında Dünya Kubokunda Yaponiya komandasının heyətində çıxış edib.[32]
2008-ci ildə o 23 yaşadək futbolçular arasında Yaponiya millisinin heyətində 2008 Yay Olimpiya Oyunlarında iştirak edib.[33]
Kaqava 24 may 2008-ci ildə Kirin Kubokunda əsas komandanın heyətində debüt elədi. Həmin görüşdə Yaponiya Kot-d’İvuarı 1-0 hesabı ilə məğlub etdi. Lakin o, Cənubi Afrikada keçirilmiş FİFA Dünya Kuboku 2010 üçün Yaponiyanın 23 nəfərlik heyətinə dəvət olunmadı. 2010-cu ilin sentyabrında Yokohamada Paraqvaya qarşı qarşılaşmada görüşdə yeganə qolun müəllifi oldu.[34]
Kaqava məşqçi Alberto Zaçeroninin dəvəti ilə Yaponiyanın 2011 Asiya Kubokunda çıxış edəcəyi heyətə çağırıldı.[35] Qətərə qarşı 1/4 final mərhələsi oyununda Kaqava iki qol vuraraq dubl etdi. Oyun 3-2 hesabı ilə Yaponiyanın qələbəsi ilə başa çatdı.[36] Cənubi Koreya yığmasına qarşı yarımfinal oyununda Kaqava ayaq daraq arxası sümüyünü qırdı[37] və Yaponiyanın əlavə vaxtda Avstraliyaya qalib gəldiyi final oyununda iştirak edə bilmədi.
Kaqavanın adə 2013 FIFA Konfederasiyalar Kuboku üçün Yaponiyanın 23 nəfərlik heyətinə əlavə olundu və o, İtaliyaya 4-3 hesabı ilə məğlub olduqları qrup oyunundda komandasının ikinci qolunun müəllifi oldu. O, 2014-cü ildə keçirilmiş Dünya Kuboku üçün Yaponiya millisinə çağırılmışdı, amma Yaponiya turniri qrup mərhələsində başa vurmalı oldu.[38]
2015 Asiya Kubokunda Kaqava Yaponiyanın İordaniyanı 2-0 hesabı ilə məğlub etdiyi qrup mərhələsi oyununda ikinci qolun müəllifi oldu. Kaqava həmçinin oyunun futbolçusu seçildi.[39] Kaqava 1/4 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərinə qarşı oyunda iştirak etdi. Əsas və əlavə vaxtı 1-1 hesabı ilə başa çatan görüş penaltilər seriyasına qədər uzandı və bu mərhələdə Yaponiya 5-4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.
Oyun tərzi
[redaktə | vikimətni redaktə et]Texnikalı və yaradıcı oyunçu[40] olan Kaqava əsasən oyunqurucu rolunda oynayan hərtərəfli hücumameyilli yarımmüdafiəçidir. O, həmçinin sağ və sol cinahda da oynaya bilir.[41] Kaqava topla soyuqqanlı davranır və ötürmə və qərarvermə zamanı intizamlı olur.[42] O, həm topla, həm də topsuz olarkən hücumameyilli oyun göstərir.[43] Onun ən yaxşı keyfiyyətləri kimi cəldlik, ötürmə intizamı, yaradıcılığı, hücuma çıxmağı və həlledici ötürmələri vermə bacarıqlarını göstərmək olar. O, kifayət qədər sürətlidir və özü hücum təşkil edib qol vura bilir. Milli komandasının heyətində bəzən sol cinah yarımmüdafiəçisi və ya hücumameyilli yarımmüdafiəçi kimi oynayır.[44]
Karyera statistikası
[redaktə | vikimətni redaktə et]Klub
[redaktə | vikimətni redaktə et]Klub | Mövsüm | Liqa | Liqa | Kubok | Liqa Kuboku | Qitə | Başqa[nb 1] | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qollar | Oyun | Qollar | Oyun | Qollar | Oyun | Qollar | Oyun | Qollar | Oyun | Qollar | |||
Serezo Osaka | 2006 | Yapon Liqası Divizyon 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | — | — | 0 | 0 | ||
2007 | 35 | 5 | 1 | 2 | — | — | — | 36 | 7 | |||||
2008 | 35 | 16 | 0 | 0 | — | — | — | 35 | 16 | |||||
2009 | 44 | 27 | 0 | 0 | — | — | — | 44 | 27 | |||||
2010 | Yapon Liqası Divizyon 1 | 11 | 7 | — | 1 | 0 | — | — | 12 | 7 | ||||
Cəmi | 125 | 55 | 1 | 2 | 1 | 0 | — | — | 127 | 57 | ||||
Borussiya Dortmund | 2010–11 | Bundesliqa | 18 | 8 | 2 | 0 | — | 8 | 4 | — | 28 | 12 | ||
2011–12 | 31 | 13 | 5 | 3 | — | 6 | 1 | 1 | 0 | 43 | 17 | |||
Cəmi | 49 | 21 | 7 | 3 | — | 14 | 5 | 1 | 0 | 71 | 29 | |||
Mançester Yunayted | 2012–13 | İngiltərə Premyer Liqası | 20 | 6 | 3 | 0 | 0 | 0 | 3 | 0 | — | 26 | 6 | |
2013–14 | 18 | 0 | 1 | 0 | 2 | 0 | 8 | 0 | 1 | 0 | 30 | 0 | ||
2014–15 | 0 | 0 | 0 | 0 | 1 | 0 | — | — | 1 | 0 | ||||
Cəmi | 38 | 6 | 4 | 0 | 3 | 0 | 11 | 0 | 1 | 0 | 57 | 6 | ||
Borussiya Dortmund | 2014–15 | Bundesliqa | 28 | 5 | 5 | 1 | — | 5 | 0 | — | 38 | 6 | ||
2015–16 | 15 | 4 | 1 | 1 | — | 6 | 3 | — | 22 | 8 | ||||
Cəmi | 43 | 9 | 6 | 2 | — | 11 | 3 | — | 60 | 14 | ||||
Karyera cəmi | 255 | 91 | 18 | 7 | 4 | 0 | 36 | 8 | 2 | 0 | 315 | 106 |
- ↑ Bura digər yarışlar, DFL Superkuboku və İngiltərə Milli Futbol Superkuboku oyunları daxildir.
Beynəlxalq qollar
[redaktə | vikimətni redaktə et]- Nəticə və hesabda Yaponiyanın qolları birinci göstərilib[45]
Beynəlxalq qollar | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış | |||||
1 | 9 oktyabr 2008 | Niiqaata stadionu, Niiqata, Yaponiya | Birləşmiş Ərəb Əmirlikləri | 1–0 | 1–1 | Yoldaşlıq | |||||
2 | 4 fevral 2009 | Milli Olimpiya Stadionu, Tokio, Yaponiya | Finlandiya | 3–0 | 5–1 | Yoldaşlıq | |||||
3 | 4 sentyabr 2010 | Nissan stadionu, Yokohama, Yaponiya | Paraqvay | 1–0 | 1–0 | Yoldaşlıq | |||||
4 | 21 yanvar 2011 | Əl-Gharaffa stadionu, Doha, Qətər | Qətər | 1–1 | 3–2 | 2011 Asiya Kuboku | |||||
5 | 2–2 | ||||||||||
6 | 10 avqust 2011 | Saporo Dom, Saporo, Yaponiya | Cənubi Koreya | 1–0 | 3–0 | Yoldaşlıq | |||||
7 | 3–0 | ||||||||||
8 | 11 oktyabr 2011 | Naqai stadionu, Osaka, Yaponiya | Tacikistan | 4–0 | 8–0 | 2014 FİFA Dünya Kuboku seçmə mərhələ | |||||
9 | 7–0 | ||||||||||
10 | 23 may 2012 | Şizuka stadinu, Fukuroy, Yaponiya | Azərbaycan | 1–0 | 2–0 | Yoldaşlıq | |||||
11 | 8 iyun 2012 | Saitama 2002 stadionu, Saytama, Yaponiya | İordaniya | 4–0 | 6–0 | 2014 FİFA Dünya Kuboku seçmə mərhələ | |||||
12 | 12 oktyabr 2012 | Stad de Frans, Paris, Fransa | Fransa | 1–0 | 1–0 | Yoldaşlıq | |||||
13 | 26 mart 2013 | Kral Abdullah stadionu, Amman, İordaniya | İordaniya | 1–2 | 1–2 | 2014 FİFA Dünya Kuboku seçmə mərhələ | |||||
14 | 20 iyun 2013 | Pernambuko Arena, San Lourensu da Mata, Braziliya | İtaliya | 2–0 | 3–4 | 2013 FİFA Konfederasiyalar Kuboku | |||||
15 | 14 avqust 2013 | Miyaqi stadionu, Rifu, Yaponiya | Uruqvay | 1–3 | 2–4 | Yoldaşlıq | |||||
16 | 10 sentyabr 2013 | Saitama 2002 stadionu, Saytama, Yaponiya | Qana | 1–1 | 3–1 | Yoldaşlıq | |||||
17 | 5 mart 2014 | Milli Olimpiya Stadionu, Tokio, Yaponiya | Yeni Zelandiya | 2–0 | 4–2 | Yoldaşlıq | |||||
18 | 2 iyun 2014 | Raymond Ceyms Stadionu, Tampa, ABŞ | Kosta-Rika | 2–1 | 3–1 | Yoldaşlıq | |||||
19 | 7 iyun 2014 | Raymond Ceyms Stadionu, Tampa, ABŞ | Zambiya | 2–2 | 4–3 | Yoldaşlıq | |||||
20 | 20 yanvar 2015 | Melburn Düzbucaqlı Stadionu, Melburn, Avstraliya | İordaniya | 2–0 | 2–0 | 2015 Asiya Kuboku | |||||
21 | 3 sentyabr 2015 | Saitama 2002 stadionu, Saytama, Yaponiyaa | Kamboca | 3–0 | 3–0 | 2018 FİFA Dünya Kuboku seçmə mərhələ | |||||
22 | 8 sentyabr 2015 | Azadi Stadionu, Tehran, İran | Əfqanıstan | 1–0 | 6–0 | 2018 FİFA Dünya Kuboku seçmə mərhələ | |||||
23 | 3–0 | ||||||||||
8 sentyabr 2015 məlumatları |
Uğurları
[redaktə | vikimətni redaktə et]Klub
[redaktə | vikimətni redaktə et]- Borussiya Dortmund[48]
- Bundesliqa: 2010–11, 2011–12
- DFB Superkuboku: 2011–12
- Mançester Yunayted[48]
- İngiltərə Premyer Liqası: 2012–13
- İngiltərə Milli Futbol Superkuboku: 2013
Beynəlxalq
[redaktə | vikimətni redaktə et]- Yaponiya[48]
- Asiya Kuboku: 2011
Şəxsi
[redaktə | vikimətni redaktə et]- Yapon Liqa Divizyon 2 Ən Məhsuldar Oyunçu:: 2009[49]
- Avropa İdman Mediyası Mövsümün Avropa Komandası: 2011–12[50]
- Asiya Beynəlxalq İlin Futbolçusu mükafatı: 2012[51]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Shinji Kagawa // Transfermarkt (çd.). 2000.
- ↑ SHINJI KAGAWA // Argentine Soccer Database (isp.).
- ↑ 1 2 "Shinji Kagawa kehrt zu Borussia Dortmund zurück" (German). Borussia Dortmund. 31 avqust 2014. 2014-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2014.
- ↑ Duerden, John. "Kagawa may open new horizons for Man United on and off the field". Sports Illustrated. 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
- ↑ "Shinji Kagawa was named AFC International Player of the Year Award". indiatimes.com. 29 noyabr 2012. İstifadə tarixi: 30 noyabr 2012.
- ↑ "Shinji Kagawa Profile" (Japanese). KagawaShinji.com. 2013-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2012.
- ↑ "Shinji Kagawa – Player's History" (Japanese). J-League Pro-Footballers Association. 26 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2010.
- ↑ "Profile". Kagawa Shinji Official website. 2014-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2014.
- ↑ "卒団生 プロサッカー選手". FC Miyagi Barcelona. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2014.
- ↑ "World Cup 2014: Japan profile – Shinji Kagawa". The Guardian. 1 June 2014. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2014.
- ↑ Jack Bell. "Japanese Whirlwind Kagawa Propelling Borussia Dortmund in Bundesliga". New York Times. 13 November 2010. 15 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2011.
- ↑ Hesse, Uli. "Kagawa provides reminder of Eastern promise". ESPN Soccernet. 12 noyabr 2010. İstifadə tarixi: 10 noyabr 2011.[ölü keçid]
- ↑ "Ballack injured as 10-man Hanover hold Bayer". Bangkok Post. 11 September 2010. İstifadə tarixi: 11 sentyabr 2010.
- ↑ "Dortmund celebrate Bundesliga championship". dw-world.de. 14 may 2011. 7 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "Hannover 96 2–1 Borussia Dortmund". ESPN Soccernet. 18 sentyabr 2011. 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "Borussia Dortmund 5–0 Koln: Five-star champions move second in Bundesliga table". goal.com. 22 oktyabr 2011. 2018-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "FC Cologne v Borussia Dortmund". ESPN Soccernet. 25 mart 2012. 14 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2012.
- ↑ "Reds agree Kagawa transfer". ManUtd.com. Manchester United. 5 June 2012. 29 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2012.
- ↑ Marshall, Adam. "Kagawa's career so far". ManUtd.com. Manchester United. 5 June 2012. 8 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2012.
- ↑ "Kagawa seals Reds move". ManUtd.com. Manchester United. 22 iyun 2012. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2012.
- ↑ "New numbers for United trio". ManUtd.com. Manchester United. 3 iyul 2012. 2012-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2012.
- ↑ "AmaZulu 0–1 Manchester United". BBC Sport. British Broadcasting Corporation. 18 iyul 2012. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2012.
- ↑ "Ajax Cape Town 1–1 Man Utd". BBC. 21 July 2012. 26 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2012.
- ↑ Coppack, Nick. "Shanghai S'hua 0 United 1". ManUtd.com. Manchester United. 25 July 2012. 27 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2012.
- ↑ McNulty, Phil. "Everton 1–0 Man Utd". BBC Sport. British Broadcasting Corporation. 20 August 2012. 16 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2012.
- ↑ Magowan, Alistair. "Man Utd 3–2 Fulham". BBC Sport. British Broadcasting Corporation. 25 August 2012. 17 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2012.
- ↑ "Kagawa's knee injury". Manchester United. 23 oktyabr 2012. 2012-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2012.
- ↑ "Football – Kagawa hat-trick sends Manchester United 15 points clear". Yahoo! Sport. 2 mart 2013. 2014-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2013.
- ↑ "Premier League: Shinji Kagawa hits hat-trick as Manchester United beat Norwich 4–0". SkySports. 2 mart 2013. 2013-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2013.
- ↑ "Number 7: Kagawa". bvb.de. 1 sentyabr 2014. 2014-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2014.
- ↑ "Borussia Dortmund 3–1 Freiburg: Kagawa stars on Dortmund return". Goal.com. 13 sentyabr 2014. 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2014.
- ↑ "Shinji Kagawa U-20 2007 World Cup Canada 2007_Shinji Kagawa". ShinjiKagawa.info. 2012-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2011.
- ↑ "Beijing Olympic Players in Home Nation Domestic Leagues". The Best Eleven. 11 avqust 2008. 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2011.
- ↑ Paraskevas, Chris. "Japan 1–0 Paraguay: Shinji Kagawa Strike Gives Blue Samurai Measure Of Revenge". Goal.com. 4 sentyabr 2010. 2010-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "Shinji Kagawa (Japan) 2011 AFC Asian Cup: Players to Watch". FOX Sports. 15 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2013.
- ↑ "Japan 3–2 Qatar: Kagawa Double Helps Knock Out Spirited Hosts". Goal.com. 21 yanvar 2011. 2011-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2011.
- ↑ "Injured Shinji Kagawa could be out for the season". ESPN Soccernet. 26 yanvar 2011. 2011-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "Shinji Kagawa out to impress new Manchester United manager". The National. 17 iyul 2014. 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2015.
- ↑ "Up for the Cup: Honda and Kagawa shine for Japan, Iraq too good for Palestine". Fox Sports. 20 yanvar 2015.
- ↑ McDonnell, David. "Shinji Kagawa will shine for Man United, says Dortmund star Roman Weidenfeller". Mirror Online. 1 aprel 2013. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2013.
- ↑ "Analyzing Shinji Kagawa's Long-Term Role at Manchester United". Bleacher Report. 24 aprel 2013. 2013-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2013.
- ↑ "Sir Alex explains Shinji substiution". Manutd.com. 19 aprel 2013. 2013-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2013.
- ↑ Arrowsmith, Richard. "Manchester United star Shinji Kagawa is not being properly used complains Jurgen Klopp". Mirror Online. 21 may 2013. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2013.
- ↑ "Are Manchester United wasting Shinji Kagawa?". GiveMeSport. 23 may 2013. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2013.
- ↑ 1 2 "Shinji Kagawa". Soccerway. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "Shinji Kagawa > Club matches". worldfootball.net. 2012-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2012.
- ↑ "Player Profile – Shinji Kagawa". premierleague.com. 6 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 may 2013.
- ↑ 1 2 3 "S. Kagawa". Soccerway. 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yancar 2015.
- ↑ "SCORERS". j-league.or.jp. 2009-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2015.
- ↑ "Eén landgenoot in ESM Elftal van het Seizoen" (Dutch). ElfVoetbal.nl. 2014-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2015.
- ↑ "Manchester United playmaker Shinji Kagawa wins inaugural Asian Player of the Year award" (alman). The Independent. 29 noyabr 2012. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2015.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- kagawashinji.com/english/ — rəsmi saytı
- FIFA saytında statistika (ing.)
- UEFA.com saytında statistika (ing.)
- Şinci Kaqava National-Football-Teams.com'da
- ESPN Soccernet Profili[ölü keçid]