11°33′ şm. e. 92°14′ ş. u.HGYO

Şimali Sentinel adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şimali Sentinel
उत्तर सेंटीनेल द्वीप
Şimali Sentinel adası
Şimali Sentinel adası
Ümumi məlumatlar
Sahəsi 59.57 km²
Uzunluğu 7.8 km
Eni 7.0 km
Sahil uzunluğu 31.6 km
Hündür nöqtəsi 122 m
Əhalisi 40 nəfər (2011-ci il)
Yerləşməsi
11°33′ şm. e. 92°14′ ş. u.HGYO
Ölkə  Hindistan
Arxipelaq
Şimali Sentinel xəritədə
Şimali Sentinel
Şimali Sentinel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Sentinel adasıAndaman adalarından biridir, bu adalara, Benqal körfəzində yerləşən Cənubi Sentinel adası da daxildir. Bu ada, şiddətli bir şəkildə dünya ilə əlaqəni rədd edən, dünyada müasir sivilizasiyaya yad olan son insanlar: Sentinel yerlilərinin evidir. Buna görə də, onlar haqqında çox az məlumat məlumdur.

Formal olaraq, bu ada, Cənubi Andaman inzibati rayonuna, Andaman və Nikobar adalarının Hind birliyi ərazisinə daxildir.[1] Əslində, Hindistan orqanları, yerlilərin tək başına buraxılma istəyini qəbul edib, ora Sentinelli olmayanların gediş-gəlişini qadağan edib.[2][3] Beləliklə, adanın Hindistan qorumasında suveren bir ərazi kimi fikirləşmək olar.

Şimali Sentinel, Cənubi Andaman adasında Wandoor qəsəbəsinin 36 km (22 mil) qərbində[4], Port Blairin 50 km (31 mil) qərbində və Cənubi Sentinel adasının 59.6 kilometr şimal tərəfində yerləşir. Bu sahə təxminən 59.67 km2

(23.04 kv. M) və qaba bir kvadrat kimi görünür.[5]

Şimali Sentinel mərcan qayalıqları ilə əhatə olunmuşdur və təbii limanlardan məhrumudur. Bütün ada, sualtı qayalıqlardan başqa, meşəlikdir.[6] Adanı əhatə edən dar bir qumsal var, ardınca yer 20 m (66 ft), get-gedə 46 m (150 ft)[7] və 122 m (400 ft) arasında yüksəlir. Sualtı qayalar adanın ətrafında sahildən 800 ilə 1,290 metr (0,5-0,8 mil) arasında uzanır. Meşəlik adacıq olan Kontans adası sualtı qayalığın kənarında, cənub-şərq sahillərindən təxminən 600 metr məsafədə yerləşir.

2004-cü ildə Hind Okeanında meydana gələn zəlzələ, adanın altındakı tektonik plitəni düzəldərək 1 ilə 2 metr (3 ilə 7 fut) arasında qaldırdı. Ətrafdakı mərcan qayalıqları, quru torpaq və ya dayaz göllərə çevrilib, adanın bütün sərhədlərini uzadıb - qərb və cənub tərəfində 1 kilometr (3300 metr) qədər - əsas ada ilə Konstans Adasını birləşdirdi.[8][9]

Onqelər Şimali Sentinel adasının varlığından xəbərdar idi və bu adanı Chia daaKwokweyeh olaraq adlandırırdılar.[4][8]:362–363 Onlar və Sentinellər arasında güclü mədəni oxşarlıqlar mövcuddur. Amma, 19-cu əsrdə Briytaniyalılar tərəfindən gətirilmiş Onqeli onların dilini anlamamışdır, buna görə əhəmiyyətli bir dövr ayrılma ehtimalı var.[4][8]:362–363

Çola sülaləsi

[redaktə | mənbəni redaktə et]

I Rajenda Çola (1014-1044), Çola sülaləsinin hökmdarlarından biri olmuşdur, Andaman və Nikobar adalarını Srivijaya imperiyasına (İndoneziya, Sumatra adasında yerləşən Buddist imperiyası) qarşı bir dəniz ekspedisiyası üçün strateji dəniz bazası kimi istifadə etmək üçün fəth edib. Onlar bu adaları Tinmaittivu adlandırırdılar( Tamil dilində Cəsarət/Dürüstlük/Güc adaları adlanır).[10]

Maratya imperiyası

[redaktə | mənbəni redaktə et]

Andaman və Nikobar adaları bütün olaraq 17-ci əsrdə Maratya imperiyasının gəmilərinə müvəqqəti dəniz bazası rolunu oynamışdır. Maratya donanmasının admiralı Kanhoji Angre, ordularda bir baz ilə donanma üstünlüyü qurdu və bu adaları Hindistanın ərazisi kimi tanıdı.[11][12][13][14]

Britaniyalıların gəlişi

[redaktə | mənbəni redaktə et]

1771-ci ildə Britaniyalı araşdırmaçı Con Ritchie Şərqi Hindistan şirkəti hidroqrafik araşdırma gəmisindən olan "Diligent"-dən "çoxlu sayda işıq" müşahidə etdi.[4][8]:362–363[15] 1867-ci ilin mart ayında Homfrey, administrator, adaya səyahət edir.[16]:288

Eyni ilin yay mövsümünün sonuna doğru bir Hind tacir gəmisi olan Ninova, adanın yaxınlığında yerləşən bir qayalıqda qəzaya uğrayıb. 106 sağ qalan sərnişin və işçilər gəminin qayığında adanın sahilinə yan alarkən Sentinellər tərəfindən hücuma uğrayır. Onlar sonunda Royal Navy qurtarma partiyası tərəfindən tapıldı.[8]:362–363

Maurice Vidal Portmanın rəhbərliyi ilə aparılan ekspedisiya, yerli əhali və onların adətlərini tədqiq etməyə ümid edən bir hökumət administratoru, 1880-ci ilin yanvarında Şimali Sentinel adasında müvəffəqiyyətlə eniş etdi. Qrup yollar şəbəkəsi və bir neçə kiçik, tərk edilmiş kənd tapdı. Bir neçə gündən sonra altı Sentinelli (bir yaşlı cüt və dörd uşaq) tutularaq Port Blairə aparıldı. Əməliyyata məsul olan müstəmləkə məmuru yazırdı ki, bütün qrup "sürətlə xəstələndi, yaşlı adam və həyat yoldaşı vəfat etdi, dörd uşaq isə hədiyyələr ilə evlərinə qaytarıldı".[4][15][16]:288 Krakatoanın partlaması silahlı yanğınla qarşılaşdırılıb bir gəminin təhlükə siqnaı kimi qələmə verildikdən sonra 27 avqust 1883-cü il Portman tərəfindən ikinci bir eniş gerçkləşdirildi. Araşdırma qrupu yerə endi və Port Blairə qayıtmamış adaya bəzi hədiyyələr buraxdı.[4][16]:288 Portman 1885-1887-ci ilin yanvarı aralığında dəfələrlə adaya səyahət etmişdir.[16]:288

Sentinellər ilə dostluq əlaqələri qurmaq üçün 1967-ci ildən başlayaraq Hindistan kəşfiyyat partiyaları adaya inişlər etiblər.[4] Belçika kralı III Leopold 1975-ci il Andaman adalarına olan bir turda, Şimali Sentinel adasının sahillərinə yaxın sularda gecələmək üçün yerli liderlərtərəfindən gətirildi.[15] 1977-ci ilin ortalarında yük gəmisi olan MV Rusleyv, 1981-ci ildə isə MV Primrose gəmisi sahil qayaları üzərindən quruya qaçdı. Sentinellərin hər iki gəminin qalığını dəmir üşün emal etdiyi bilinir. Port Blairdən olan köçkünlər yükləri qurtaqmaq üçün bu bölgələrə ziyarət edib. 1991-ci ildə qurtarma operatorları gəmilərin sökülməsinə icazə verdilər.[8]:342

Pirmrose 2 avqust 1981-ci il tarixində Şimali Sentinel adasının qayasında yerləşdikdən sonra, nizə və ox daşıyan bir neçə adamın çimərlikdə qayıq düzəltdiyini müşahidə etdi. Primrosenun kapitanı, mürəttəbatın özünü qoruya bilməsi üçün təcili silahlı atəş haqqında məlumat yayımladı. Böyük bir fırtınanın digər gəmilərin qarşısını aldığı üçün heç bir şey qəbul edə bilmədilər. Halbuki, ağır dalğalar adalıların gəmiyə yanaşmasının qarşısını aldı. Bir həftə sonra, mürəttəbat, Hindistan Neft və Təbii qaz Korporasiyası (ONGC) tərəfindən helikopterlər vasitəsilə xilas edildi.[17].

Sentinellər ilə ilk dinc əlaqə Hindistan Antropologiya Araşdırması direktoru Triloknath Pandit və həmkarları tərəfindən 4 yanvar 1991-ci ildə hazırlanmışdır.[16]:289[18] Hindistanda ada səfərləri 1997-ci ildə dayandı.[4]

Sentinellər 2004-cü ildə baş verən Hindistan Okean zəlzələsində və onun effektləri olan sunami və ada yüksəlməsindən sağ çıxdılar. Zəlzələdən üç gün sonra, Hindistan hökuməti adanın ətraındakı təyyarələrə ox və daş atan bir neçə adalını müşahidə etdi.[4][8]:362–363[19] Sunami balıqçılıq sahələrini zədələsə də, Sentinellər bu şəraitə uyğunlaşdı.[9]

26 yanvar 2006-cı il, iki balıqçı, 48 yaşlı Sunder Raj və 52 yaşlı Pandit Tiwari, palçıq xərçəngləri üçün balıq tutarkən adaya çox yaşınlaşdıqları üçün Sentinllər tərfindən öldürüldü.[2]

O vaxtdan bəri Sentinellər ilə dünyanın geri qalanı arasında heç bir təmas olmadı və adanın ətrafında 3 mili həddindən kənar zona quruldu.

Bir qrup yerli xalq, Sentinellər Şimali Sentinel adasında yaşayır. Onların əhalisinin 50-400 arası olduğu düşünülür.[4] Digər insanlarla əlaqəni rədd edirlər və müasir mədəniyyət tərəfindən toxunulumamış qalan son insanlar arasındadırlar.[15]

Əhalisi (qeyd etmək lazımdır ki, heç bir immmuniteti yoxdur), bulaşıcı xəstəliklərə və çağırılmamış qonaqlarların zorakılığına məruz qalır. Hindistan hökuməti bütün ada və onun ətrafdakı sularını adanın 3 dəniz mili (5.6 km) uzatma zonası olaraq uzatdığını elan etdi.[20] 2011-ci il əhalinin siyahıya alınmasında, Hindistanın araşdırmaçıları adanın sahilində 15 yerli əhaliyə rast gəldilər.

Siyahıyaalma Təxmini nüfus
1901 117
1911 117
1921 117
1931 50
1961 50
1991 23
2001 39
2011 40

Siyasi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Andaman və Nikobar İdarəetməsi 2005-ci ildə Sentinellərin həyat tərzinə və ya yaşayış mühitinə müdaxilə etmək niyyətində olmadığını və onlarla əlaqə qurmağı və ya adada qanunu tətbiq etməyi maraqlandırmadığını bildirdi.[21] Şimali Sentinel Adası hüquqi cəhətdən Hindistanda muxtar idarəsiz diviziya olmasa da, alimlər onu və xalqını effektiv bir şəkildə müstəqil [22][23] və ya "müstəqil" adlandırmışlar.[22][24]

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Village Code Directory: Andaman & Nicobar Islands" (PDF). Census of India. 5 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 January 2011.
  2. 1 2 Foster, Peter. "Stone Age tribe kills fishermen who strayed onto island". The Telegraph. London, UK. 8 February 2006. 22 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2018.
  3. Bonnett, Alastair: Off The Map, page 82. Carreg Aurum Press, 2014
  4. 1 2 3 4 5 6 7 8 9 10 Weber, George. "Chapter 8: The Tribes; Part 6. The Sentineli". The Andamanese. 7 May 2013 tarixində orijinalından arxivləşdirilib.
  5. "Arxivlənmiş surət" (PDF). 2016-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-25.
  6. Weber, George. "Chapter 2: They Call it Home". The Andamanese. 2 April 2012 tarixində orijinalından arxivləşdirilib.
  7. { // The Bay of Bengal Pilot. Admiralty. London: United Kingdom Hydrographic Office. 1887. səh. 257. OCLC 557988334.
  8. 1 2 3 4 5 6 7 Pandya, Vishvajit. In the Forest: Visual and Material Worlds of Andamanese History (1858–2006). Lanham, Maryland: University Press of America. 2009. ISBN 978-0-7618-4272-9. LCCN 2008943457. OCLC 371672686. OL 16952992W. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  9. 1 2 Weber, George. "The 2004 Indian Ocean Earthquake and Tsunami". 2009. 16 June 2013 tarixində orijinalından arxivləşdirilib.
  10. Government of India. "The Andaman and Nicobar Islands: Local Gazetteer". Superintendent of Government Printing, Calcutta. 1908. ... In the great Tanjore inscription of 1050 AD, the Andamans are mentioned under a translated name along with the Nicobars, as Nakkavaram or land of the naked people.
  11. Dr. Sidda Goud; Manisha Mookherjee. CHINA IN INDIAN OCEAN REGION. Allied Publishers. 28 February 2015. 143–. ISBN 978-81-8424-977-4. 18 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2018.
  12. Prakash Chander. India: Past and Present. APH Publishing. 1 January 2003. 236–. ISBN 978-81-7648-455-8. 18 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2018.
  13. 2 015">Dr Saji Abraham. China's Role in the Indian Ocean: Its Implications on India's National Security. Vij Books India Pvt Ltd. 1 August 2015. 135–. ISBN 978-93-84464-71-4. 18 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2018.
  14. Bharat Verma. Indian Defence Review 28. 1: Jan-Mar 2013. Lancer Publishers. 1 September 2013. 81–. ISBN 978-81-7062-183-6. 18 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2018.
  15. 1 2 3 4 Goodheart, Adam. "The Last Island of the Savages". American Scholar. Autumn 2000. 25 September 2012 tarixində orijinalından arxivləşdirilib.
  16. 1 2 3 4 5 Sarkar, Jayanta. Befriending the Sentinelese of the Andamans: A Dilemma // Pfeffer, Georg; Behera, Deepak Kumar (redaktorlar ). Development Issues, Transition and Change. Contemporary Society: Tribal Studies. 2. New Delhi: Concept Publishing Company. 1997. ISBN 81-7022-642-2. LCCN 97905535. OCLC 37770121. OL 324654M. 2016-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
  17. "The strange mystery of North Sentinel Island". Unexplained MYSTERIES. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2017.
  18. McGirk, Tim. "Islanders running out of isolation: Tim McGirk in the Andaman Islands reports on the fate of the Sentinelese". The Independent. London, UK. 10 January 1993. 8 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2018.
  19. Buncombe, Andrew. "With one last breath, a people and language are gone". The New Zealand Herald. The Independent. 6 February 2010. 23 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2011.
  20. number23. "The Island Tribe Hostile To Outsiders Face Survival Threat". AnonHQ.com. 8 May 2015. 24 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2015.
  21. Bhaumik, Subir. "Extinction threat for Andaman natives". 5 March 2005. 14 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 June 2018.
  22. 1 2 Dr. V.R. Rao, Tsunami in South Asia: Studies of Impact on Communities of Andaman and Nicobar Islands, Allied Publishers Private Limited, 2007, chapter 8.
  23. Claire Wintle, Colonial Collecting and Display, Berghahn Books, 2013, p. 9.
  24. Ed. Aruna Ghose et al, DK Eyewitness Travel Guide: India, 2014, p. 627.