Şimali Makedoniyada boşnaklar
Makedoniya Respublikasında boşnaklar (mak. Македонски бошњаци) Makedoniya Respublikasında yayılmış xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2001-ci il siyahıya alınmağa görə Makedoniyada 17018 nəfər boşnak yaşayır. Bu isə ümumi əhalinin 0,84%[1] təşkil edir. Makedoniya ərazisində yayılmış boşnaklar əsasən Skopye və ətrafı ərazilərdə yayılmışdır. 8 fevral 2007-ci ildən ölkədə 28 sentyabr beynəlxalq boşnak günü kimi qeyd edilir. İcma üçün isə həmin gün istirahət günüdür. Boşnakların ölkədə iki siyası partiyası vardır: Boşnakların Demokratik Liqası və Demokratik Hərəkat partiyası.
Tarixi
[redaktə | mənbəni redaktə et]Boşnaklar Makedoniya ərazisində bərabər yayılmışdır. Makedoniya ərazisində ilk boşnaklar Bosniya və Herseqovinanın 1875—1878 illərdə Avtriya-Macarıstan tərəfindən işğalından sonra meydana gəlmişdir. Balkan müharibələrindən sonra boşnakların bir qismi Türkiyə köçmüşdür. Makedoniya Sosialist Respublikası qurulduqdan sonra boşnaklar 1950-1960-ci illərdə Sancak ərazisindən əsasən Tutin, Plav, Qusine və Novi-Pazar ərazilərindən gəlmişdirlər. Türkiyə və Yuqoslaviya arasında anlaşmaya görə müsəlmanlar Makedoniya ərazisindən keçməklə Türkiyəyə gələ bilərlərdilər. Ancaq əhalinin bir qismi burada qalmışlar. Boşnakların yaşadığı Batins, Sredno-Konyari və Qorno-Orizari kəndlərində cəmləşmişdilər ki, burada da çoxlu sayda türk yaşayırdı. Hazırda isə boşnakların böyük qismi Skopye rayonu, Yorbeşiya, Prilep vilayətləri və Babuna, Topolka çayları vadisində cəmləşmişdir. Boşnaklar süni-müsəlmanlardır.
Əhali
[redaktə | mənbəni redaktə et]2001-ci ildə aparılan siyahıya alınmağa görə boşnakların yaşayış icmaları:
İcma | Ümumi əhali | Boşnaklar |
---|---|---|
Skopye | 467.257 | 6.465 |
Veles | 57.602 | 2.406 |
Studeniçani | 17.246 | 1.662 |
Dolneni | 11.583 | 1.633 |
Petroves | 8.255 | 1.442 |
Tanınmış nümayəndələri
[redaktə | mənbəni redaktə et]- Fehim Xuskoviç, rəssam
- Ferid Muxiç, filosof
- Mayya Muxiç, katib
- Damir Xaciç,
- Elvir Mekiç, müğənni
- Almira Papiç, Tv xəbər aparıçısı.
- Elvira Paxiç, müğənni
- Xido Turkuqolu, türk basketbolçusu.
- Rafet Muminoviç, Makedoniya deputatı.
- Safet Bişevas, jurnalist.
- Necat Memiç, jurnalist
- Elvir Kurtanoviç, 1994-cü ildə Karate üzrə Avropa çemionu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- U Ljubinu nadomak Skoplja otvorena prva škola na bosanskom jeziku u Makedoniji
- Jesu li Bošnjaci Makedonije zaboravljeni?[ölü keçid]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Republic of Macedonia, 2002 census" (PDF). 2007-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-02.