Şefik Avni Özüdoğru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şefik Avni Özüdoğru
türk. Şefik Avni Özüdoğru
Şefik Avni Özüdoğru
Şefik Avni Özüdoğru
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Samsun, Türkiyə
Vətəndaşlığı Osmanlı İmperiyası
Türkiyə Türkiyə
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1903-1921
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İtaliya-Osmanlı müharibəsi
Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şefik Avni Özüdoğru (türk. Şefik Avni Özüdoğru; d. 1884, Samsun, Osmanlı İmperiyası – ö. 1960, Samsun, Türkiyə) — Türk əsgəri və siyasətçisi.

Orta təhsilini Samsunda türk və fransız dillərində almışdır. İngilis, fransız və alman dillərində səlis danışmağı bacarırdı.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1906-cı ilin 26 sentyabrında Hərbi Akademiyanı bitirdi. 1909-1911-ci illər arasında Almaniyada hərbi təlimlərdə iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda Türkiyəyə geri dönərək Osmanlı Hərbi Kollecində müəllim kimi fəaliyyət göstərməyə başladı.

Birinci Dünya müharibəsi başlayanda Ərzurum Hərbi Rəisliyinə təyin edildi. 1915-ci ildə mayor oldu və 31 və 17-ci tümən komandirliklərinə rəhbərlik etməyə başladı. 1917-ci ildə Qalisiya 4-cü korpusunun 46 və 19-cu tümən komandirliklərində xidmət etdi. 1918-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəldi. 1919-cu ildə Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu.

  • Keşif
  • Ağır Topçuların Eğitimi
  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 189.