Şant TV
Şant TV | |
---|---|
| |
Ölkə | Ermənistan |
Yayım ərazisi |
Ermənistan Dağlıq Qarabağ Respublikası Avropa İran Rusiya ABŞ |
Dil | Erməni dili |
Baş qərargah |
Gümrü (1994–2001) İrəvan (2001–h.h.), Ermənistan |
Yaranma tarixi | 1994 |
Sahibi |
Artur Yezekyan Armen Minas |
Keçmiş adları | STV Armenia |
Sayt | shanttv.com |
Vikianbarda əlaqəli mediafayllar |
«Şant» (erm. «Շանթ») — Ermənistan özəl telekanalı. Telekanal Artur Yezekyan tərəfindən 1994-cü ildə Gümrü şəhərində təsis edilmişdir. Növbəti il Armen Minas qurucu heyətə qoşulmuşdur. Telekanal Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır, ancaq süni peyk vasitəsilə xarici ölkələrdə də yayımlanır.
«Şant» telekanalı 2008-ci ilin dekabr ayında süni peyk vasitəsilə yayım etməyə başlamışdır. Telekanalda məlumatlandırıcı, satirik, idman, musiqi və siyasi verilişlər yayımlanır. «Şant» hal-hazırda Ermənistanın ən çox izlənən telekanallarından biridir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]«Şant» telekanalı 21 iyun 1994-cü ildə Şirak mərzində xəbər xidməti olaraq yayıma başlamışdır. Telekanal 1995-ci ilin may ayında gündə 6 saatlıq yayıma başlamışdır. Həmin ilin telekanlın rəsmi həftəlif qəzeti təsis edilmişdir. 1998-ci ildə telekanalın rəsmi radiostansiyası – «Radio Şant» təsis edilmişdir. 2001-ci ildə «Şant» baş qərargahını Gümrü şəhərindən İrəvan şəhərinə köçürmüşdür. Telekanal 2007-ci ildə ABŞ-də yayımlanmağa başlamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Նախորդ շաբաթվա ընթացքում Հայաստանում առավելագույնը դիտված 10 հեռուստաալիքները (գրաֆիկներ)" (erməni). tert.am. 13 fevral 2013. 15 fevral 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2019.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]shanttv.com — «Şant» telekanalının rəsmi saytı