Şahablı
kənd | |
Şahablı | |
---|---|
39°52′00″ şm. e. 44°54′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1873 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.300 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şahablı kəndi rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Adın mənşəyi
[redaktə | mənbəni redaktə et]Toponim Şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik oykonimdir. Quruluşca düzəltmə toponimdir (fars. شهاب (shahâb, meteor); ərəb. شهاب (šihāb, meteor))[5]
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 iyun 1968-ci il tarixlı fərmanı ilə kəndin adı dəyişdirilərək Şahap (Şaqap) qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Türkiyənin Van və Şatax vilayətlərindən köçürülən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 79 nəfər azərbaycanlı yaşamışdır[6].
SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.106
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.290
- ↑ "Shahab definition". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15.
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157