Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

İvan Urqant

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İvan Urqant
rus. Иван Ургант
İvan Urqant "Al yelkənlər" festivalında. 2018-ci il.
İvan Urqant "Al yelkənlər" festivalında. 2018-ci il.
Doğum tarixi 16 aprel 1978(1978-04-16) (46 yaş)
Doğum yeri Leninqrad, SSRİ
Vətəndaşlığı  SSRİ
 Rusiya
Atası Andrey Urqant
Anası Valeriya Kiselyova
Fəaliyyəti teleaparıcı, aktyor, müğənni, şoumen
Fəaliyyət illəri 1999-cu ildən
Təhsili
Mükafatları "İtaliya ulduzu" ordeninin cəngavər dərəcəsi
IMDb ID1679435
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Andreyeviç Urqant (rus. Иван Андреевич Ургант; d. 16 aprel 1978, Leninqrad, Rusiya SFSR, SSRİ) — Rusiya aktyoru, şoumeni, teleradio aparıcısı, müğənnisi, musiqiçisi və prodüseri. Hazırda "Pervıy Kanal"da yayımlanan "Axşam Urqantı"[1] və "Smak"[2] verilişlərinin aparıcısı, "Projektorperishilton"[3] verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib.[4][5] Dəfələrlə "TEFİ" mükafatının laureatı olub.[6] 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.[7]

İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib.[8] Onun filmoqrafiyasında — "Yolkalar""Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var.[8] Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib.[9] O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çox seriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib.[9] Urqant Alsu ilə birlikdə Moskvada keçirilmiş 2009 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin aparıcısı olub.[10][11]

Erkən illəri və təhsili

[redaktə | mənbəni redaktə et]
Urqantın ali təhsil aldığı Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyası.

İvan Urqant 1978-ci il aprelin 16-da Leninqrad şəhərində, aktyorlar Andrey UrqantValeriya Kiselyovanın (1951—2015) ailəsində anadan olub.[5][7] İvan aktyorlar Lev MilinderNina Urqantın nəvəsidir.[5][7] Ulu babası Nikolay Urqant milliyətcə eston olub.[12][13] Urqantın 1 yaşı təzəcə tamam olarkən atası ilə anası ayrılıblar.[5] Valideynlərinin ayrılmasından sonra o, anası və atalığı — Leninqradlı aktyor Dmitri Ladıginlə yaşayıb.[5][14]

Urqant Leninqradda yerləşən Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyasında və həmçinin 18 saylı uşaq musiqi məktəbində oxuyub.[4][5][7][15] 1995-ci ildə[16] gimnaziyanı bitirdikdən sonra birbaşa Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) ikinci kursuna qəbul olunmuşdur.[4][17] Urqant hələ akademiyada təhsil aldığı zaman Tovstonoqov adına Rusiya Böyük Dram Teatrında Alisa Freyndlixlə birlikdə "Maqbet" tamaşasında oynayıb.[15] Burada o, 12 nömrəli gözətçi rolunu ifa edib.[5][15]

Urqant aktyor təhsili aldıqdan sonra teatr karyerasını davam etdirmək istəməyib.[7] O, sonralar qeyd edirdi ki, aldığı dram aktyoru təhsili ona teleaparıcı peşəsində çox kömək edib.[17] Urqant hələ akademiyada oxuduğu zaman (18 yaşı tamam olduqdan sonra) və həmçinin diplomunu aldıqdan sonra, özünü maddi baxımdan təmin etmək üçün barmen, ofisiant, gecə klublarında aparıcı və o cümlədən Jan-Mişel təxəllüsü altında striptiz klubda aparıcı işləyib.[15][17][18] O, sonralar striptiz klubda aparıcı işləməsini belə xatırlayıb:

" Striptiz-barda mən ekstremal şərtlər altında işləyirdim. Belə məkanlarda aparıcıya diqqəti özünə cəlb etmək çox çətindir. Bundan başqa, mən heç vaxt həyatımda bu qədər çılpaq qadın görməmişdim və qorxuram ki, əgər hamamçı işinə düzəlməsəm daha görməyəcəyəm də.[15]
İvan Urqant
"

Televiziya və radio

[redaktə | mənbəni redaktə et]

Urqant 1999-cu ildə Peterburqun o qədər də məşhur olmayan "Superradio" radiostansiyasında işləməyə başlayıb.[16][17] Bu işlə yanaşı, "Pyatıy Kanal"da yayımlanan "Peterburq kuryeri" adlı proqramda aparıcı işləyib.[17] 2000-ci ilin əvvəllərində Moskvaya köçüb.[5] Burada bir müddət "Rus radiosu"nda, daha sonra isə "Hit-FM"də dicey işləyib.[5][7][17][19]

2001-ci ildə MTV kanalından olan Anton Komolov və Olqa Şelest "Gümrah səhər" şousunda aparıcıya tərəf müqabili tapmaq üçün kastinq elan ediblər.[16][17] Kastinqdən uğurla keçən İvan 2002-ci ilə kimi Olqa Şelest ilə birlikdə "Gümrah səhər" şousunun aparıcısı olub.[16][17] İvan MTV kanalında "Gümrah səhər" şousundan savayı, "Böyük kino"[20] və "Total şou"[21] verilişlərində, həmçinin gələcək qeyri rəsmi-həyat yoldaşı Tatyana Gevorkyanla birlikdə "Ekspresso" verilişində aparıcı işləyib.[4] Urqantın sözlərinə görə o, MTV kanalında işlədiyi müddət ərzində canlı yayımda işləmək təcrübəsini qazanıb.[22]

İvan Urqant 2003-cü ildə MTV kanalından Rossiya kanalına keçib. Burada o, Fyokla Tolstaya ilə birlikdə "Xalq artisti" teleşousunda iki mövsüm aparıcı işləyib.[18] Teleşou yetərincə uğurlu olub. Mətbuatda qeyd olunurdu ki, teleşounun uğurlu olması tək iştirakçıların hesabına yox, eyni zamanda, istedadlı şoumen İvan Urqantın hesabına mümkün olub.[4][17] 2004-cü ildə Rossiya kanalında "Piramida" adlı teleoyunda aparıcı işləyib.[17][18] Eyni ildə "Fort Boyard" şousunda iştirak edib və Dmitri Nağıyevin komandasının heyətində qalib olaraq 13600 rubl qazanıb.[6]

İvan Urqant 2005-ci ildə Rossiya kanalından Pervıy kanala keçib.[16][17] Burada o, atası Andrey Urqant ilə birlikdə bir ilə yaxın müddət ərzində "Böyük premyera" şousunda aparıcı işləyib.[16][17] Bəzi məlumatlara görə, verilişin yayımının dayandırılma səbəbi İvan Urqantın sıx iş qrafiki olub.[16]

İvan Urqant Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çoxseriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib.[9]

İvan Urqant 2006-cı ildə Pervıy kanalında "İvan Urqantla yaz" verilişinin aparıcısı olub.[16][17] Eyni ildə Vladimir Pozner və Brayan Kanla birlikdə 16 seriyadan ibarət olan və Amerikanın müxtəlif ştatlarından bəhs edən — "Birmərtəbəli Amerika" sənədli filmində aparıcı olub.[16][23][24] Bu sənədli film 2009-cu ildə "Televiziya kinematoqrafiyası sahəsində yaradıcı nailiyyətə görə" nominasiyasında "Nika" mükafatını qazanıb.[25][26] 2006-cı ildə Pervıy kanalın rəhbərliyi İvan Urqantı "Smak" verilişinin yaradıcısı[27] və əvəzolunmaz aparıcısı (1993-2005) Andrey Makareviçin yerinə təyin etməklə, kanalın tarixi ərzindəki ən gözlənilməz aparıcı dəyişikliklərindən birini etmiş oldu.[2][16] İvan Urqantın aparıcılığı ilə efirə çıxmış "Smak" verilişinin ilk qonağı Andrey Makareviç olmuşdur.[28][29]

İvan Urqant 2007-ci ildə Pervıy kanalda səkkiz yaşlı Aleksandra Volkovskaya ilə birlikdə "Ulduzlarla sirk" və Aleksandr Tsekalo ilə birlikdə "Divar divar üstünə" verilişlərinin,[6][17] həmçinin "Disneyin sehrli aləmi" verilişinin aparıcısı olub.[30] 2007-ci ilin sonunda İvan Urqant özünün ilk peşəkar mükafatı olan "Əyləncəli proqramın aparıcısı" nominasiyasında "TEFİ" mükafatını qazanıb.[4][6]

2008-ci ilin yanvarında Pervıy kanalın efirində İvan Urqantın və Aleksandr Tsekalonun təqdimatında özündə məşhur telelayihələrə, filmlərə, seriallara və reklam çarxlarına parodiyaları əks etdirən — "Böyük fərq" verilişinin ilk buraxılışı yayımlanıb.[6][17] İvan Urqant 2008-ci ilin may ayında Pervıy kanalda Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo ilə birlikdə yumoristik şəkildə həftə ərzində baş vermiş aktual mövzuların müzakirə edildiyi — "Projektorperishilton" verilişini aparmağa başlayıb.[6][17] Veriliş yetərincə uğurlu olub. Veriliş 2008,[31] 2009,[32] 2010[33]2011-ci[34] illərdə "Ən yaxşı əyləncəli-informasiya proqramı" nominasiyasında "TEFİ" mükafatını qazanıb. 2012-ci ildə TNT kanalı ilə olan müqavilə şərtlərinə görə Sergey Svetlakov və Qarik Martirosyan "Projektorperishilton" verilişindən ayrılmalı olublar.[35] Pervıy kanal rəhbərliyi onların əvəzinə verilişə yeni aparıcılar təyin etməkdən imtina edib.[36][37] 2012-ci ilin sentyabrında verilişin yayımı rəsmən dayanıb.[17] 4 mart 2017-ci ildə 5 illik fasilədən sonra "Projektorperishilton" verilişi eyni aparıcıların təqdimatında yenidən efirə qayıdıb.[38][39]

İvan Urqant 2009-cu ilin may ayında Alsu ilə birlikdə Moskvada keçirilmiş 2009 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin aparıcısı olub.[10][11] Eyni ildə Vladimir Poznerlə birlikdə 13 seriyadan ibarət olan və Fransanın görməli yerlərindən bəhs edən — "Tur de Frans" sənədli filmində aparıcı olub.[40]

2011-ci ilin yayında Vladimir Poznerlə birlikdə 10 seriyadan ibarət olan və İtaliyaitalyanlar haqqında bəhs edən — "Onların İtaliyası" sənədli filmində aparıcı olub.[41]

İvan Urqant 2012-ci ilin payızından bugünədək Pervıy kanalın efirində yayımlanan "Gecə şousu" (ing. Late Night Show) formatında olan "Axşam Urqantı" verilişinin aparıcısıdır.[1][42] Tənqidçilər "Axşam Urqantı" layihəsini "kreativ sinfin" və "bloggerlərin" baxdığı yeganə teleşou adlandırırlar.[43] İvan Urqant 2014,[44] 2015[45]2016-cı[46] illərdə "Əyləncəli proqramın aparıcısı" nominasiyasında "TEFİ" mükafatına sahib olub. 2012-ci ilin yayında Vladimir Poznerlə birlikdə 8 seriyadan ibarət olan və Almaniyadan bəhs edən — "Almaniya tapmacası" sənədli filmində aparıcı olub.[47]

İvan Urqant Vladimir Poznerlə birlikdə 2013,[48]2014[49]2016-cı[50] illərdə, müvafiq olaraq, İngiltərədən bəhs edən — "İngiltərə, ümumiyyətlə və xüsusilə", İsraildən bəhs edən — "Yəhudi xoşbəxtliyi" və İspaniyadan bəhs edən — "Don Kixotun axtarışında" sənədli filmlərində aparıcı olub.

Xarici video
İvan Urqantın "Sərt zaman" filmində oynadığı epizodik rol.

İvan Urqantın kinoda debüt işi 1996-cı ildə çəkilmiş "Sərt zaman" filmində olmuşdur.[8][51] O, bu filmdə epizodik rolda çəkilib. İvan sonrakı 10 il ərzində yerli seriallarda və tammetrajlı filmlərdə daha bir neçə epizodik rollarda çəkilib.[51]

Aktyorun kinoda ilk böyük rolu kinorejissor Konstantin Xudyakovun 2007-ci ildə çəkdiyi "O, o və mən" filmində olub.[8][51] İvan melodram janrında çəkilmiş bu filmdə gənc və cazibədar Denis Qanin rolunda çəkilib. Onun bu filmdə tərəf müqabilləri Aleksandr Qalibin, Yekaterina Quseva və Yuliya Rutberq kimi aktyorlar olub.[51]

İvan Urqant rejissor Pavel Bardinin 2007-ci ildə komediya janrında çəkdiyi "Üç nəfər və qar dənəciyi" filmində oynadığı Qarik roluna görə, "Ən yaxşı komediya aktyoru" nominasiyasında "MTV Russia Movie Awards" mükafatına namizəd olub.[52][53]

İvan Urqant 2010-cu ildə bir neçə novelladan ibarət, müxtəlif rejissorlar tərəfindən çəkilmiş[54] "Yolkalar" kinokomediyasında çəkilib.[8][51] Bu filmdə oynadığı biznesmen Boris roluna görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.[55]

2011-ci ildə Milla Yovoviç, Sergey Qarmaş, Vladimir Menşov və Konstantin Xabenski kimi aktyorlarla birlikdə Levan Qabriadzenin "Oyunbazlıqlar"Sergey Bezrukov və Oksana Akinşina kimi aktyorlarla birlikdə Pyotr Buslovun "Vısotski. Sağ ol ki, yaşayırsan" filmində çəkilib. İvan bu iki filmdə canlandırdığı obrazlara görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.[56]

İvan Urqant 18 saylı uşaq musiqi məktəbində oxuduğu zaman 4 il zərb musiqi alətlərində ifa etməyi öyrənib. İvan daha sonralar sərbəst şəkildə gitara, fortepianoblokfleytada ifa etməyi öyrənib.[15]

İvan Urqant 1990-cı illərin sonunda Vnuuk təxəllüsü ilə çıxış edib.[57][58] 1998-ci ildə o, "Sirr" kvartetindən olan Maksim Leonidovla birlikdə üzərində işlədiyi "Звезда" (azərb. "Ulduz"‎) albomunu buraxıb.[16] Lakin albom satışa çıxarılmayıb. İvan buraxılmış bütün tirajları dostlarına paylayıb.[16]

2011-ci ildə müğənnilik karyerasını bərpa edib, Qrişa Urqant təxəllüsü ilə çıxış edir.[7][16] 2012-ci ildə "Estrada" albomunu yazdırıb və tamaşaçılar qarşısında Qrişa Urqant kimi ilk dəfə konsert proqramı ilə çıxış edib.[7]

  • 1998 — "Звезда", Maksim Leonidovla birlikdə
  • 2012 — "Estrada"

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

İvan Urqant ilk dəfə 18 yaşında olarkən valideynlərinin etirazlarına baxmayaraq, özündən dörd yaş böyük olan Sankt-Peterburq dövlət mədəniyyət institutunun tələbəsi Karine Avdeyeva ilə evlənib.[16][59] İvan onunla diskotekada tanış olmuşdu.[51] Bu nikah cəmi yarım il davam edib.[16]

İvan Urqant uzun müddət teleaparıcı Tatyana Gevorkyan ilə birlikdə yaşayıb. Onlar MTV-nin ofisində tanış olublar.[16] Beş il vətəndaş nikahında yaşadıqdan sonra onlar ayrılıblar.[51]

İvan Urqantın ikinci və hazırkı rəsmi həyat yoldaşı idman şərhçisi və Sport telekanalının baş direktoru Vasili Kiknadzenin bacısı qızı Nataliya Kiknadzedir.[43] İvan və Nataliya çoxdan tanış idilər, onlar Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyasında bir sinifdə oxumuşdular.[59] Cütlüyün iki uşağı var — Nina (d. 2008) və Valeriya (d. 2015). Nina İvanın nənəsinin şərəfinə adlandırılıb, Valeriya isə aktyorun anasının adını daşıyır.[51] Nataliyanın birinci nikahından Niko (d. 1997) adlı oğlu və Erika (d. 2000) adlı qızı da var.[60]

İvan Urqantın atası Andrey Urqant və anası Valeriya Kiselyova
  • Atası — Andrey Urqant (doğ. 1956), sovet və rus aktyoru, teleaparıcı, şoumen.[61]
  • Anası — Valeriya Kiselyova (1951—2015), sovet və rus aktrisası, Rusiya Federasiyasının əməkdar artisti (2000).[62]
  • Babası — Lev Milinder (1930—2005), sovet və rus aktyoru. Rusiya Federasiyasının əməkdar artisti (1991).[63]
  • Nənəsi — Nina Urqant (doğ. 1929), sovet və rus aktrisası, RSFSR xalq artisti (1974), SSRİ Dövlət Mükafatı laureatı (1976).[64]
  • Ulu babası — Nikolay Urqant, estoniyalı NKVD zabiti.[12][13]
  • Atabir bacısı — Mariya (doğ. 1984)[65]
  • Anabir bacıları — Valentina (doğ. 1983) və Aleksandra (doğ. 1988) Ladıginalar, onların hər ikisi aktrisadır.[66][67]
  • Birinci arvadı — Karina Urqant (qızlıq soyadı: Avdeyeva) (doğ. 1974)[68][69].
  • İkinci arvadı — Nataliya Kiknadze (doğ. 1978).[43]
    • Ögey oğlu — Niko (Nataliyanın birinci nikahından olan oğlu; doğ. 1997).[60]
    • Ögey qızı — Erika (Nataliyanın birinci nikahından olan qızı; doğ. 2000).[60]
    • Qızları — Nina (doğ. 2008) və Valeriya (doğ. 2015).[51]

Aparıcı olduğu layihələr

[redaktə | mənbəni redaktə et]
Verilişlər
İl Adı Tərəf müqabil(lər)i Kanal
1999 Peterburq kuryeri Pyatıy kanal
2001 Böyük kino MTV
2001—2002 Gümrah səhər Olqa Şelest MTV
2002 Total şou MTV
2002—2004 Ekspresso Tatyana Gevorkyan MTV
2003—2004 Xalq artisti Fyokla Tolstaya Rossiya 1
2004 Piramida Rossiya 1
2005 Böyük premyera Pervıy kanal
2006 İvan Urqantla yaz Pervıy kanal
2006 Birmərtəbəli Amerika Vladimir Pozner və Brayan Kan Pervıy kanal
2006— Smak Pervıy kanal
2007 Ulduzlarla sirk Aleksandra Volkovskaya Pervıy kanal
2007—2008 Divar divar üstünə Aleksandr Tsekalo Pervıy kanal
2007—2011 Disneyin sehrli aləmi Pervıy kanal
2008—2012 Böyük fərq Aleksandr Tsekalo Pervıy kanal
2008—2012, 2017— Projektorperishilton Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo Pervıy kanal
2009 Tur de Frans Vladimir Pozner Pervıy kanal
2011 Onların İtaliyası Vladimir Pozner Pervıy kanal
2012— Axşam Urqantı Pervıy kanal
2012 Almaniya tapmacası Vladimir Pozner Pervıy kanal
2013 İngiltərə, ümumiyyətlə və xüsusilə Vladimir Pozner Pervıy kanal
2014 Yəhudi xoşbəxtliyi Vladimir Pozner Pervıy kanal
2016 Don Kixotun axtarışında Vladimir Pozner Pervıy kanal
Mükafatlar və s.
İl Adı Tərəf müqabil(lər)i Kanal
2005—2007, 2009—2016 Al yelkənlər Pyatıy kanal
2005—2007, 2009—2015 "İlin qadını" Qlamur mükafatı STS (2005-2007 və 2009-2014)
Domaşniy (2015)
2006, 2009 Miss Rusiya Pervıy kanal
2007 MTV Russia Movie Awards Pamela Anderson MTV
2007 "İlin yumoru" mükafatı Aleksandr Tsekalo Pervıy kanal
2007 "Gümüş qaloş" mükafatı Aleksandr Tsekalo
2008 "Olivye-şou. Köhnə ili yola salma" Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo Pervıy kanal
2008, 2010 Muz-TV mükafatı Kseniya Sobçak Muz-Tv
2008—2016 "Qızıl qrammofon" mükafatı Pervıy kanal
2009 Pervıy kanalında yeni il gecəsi Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo Pervıy kanal
2009—2016 "GQ ilin adamı" mükafatı STS
2009 Avroviziya Alsu Pervıy kanal və s
2010, 2012 Miss Ukrayna İnter
2010 "2010-cu ilin 20 ən yaxşı mahnısı" konserti Aleksandr Tsekalo və Qarik Martirosyan Pervıy kanal
2010—2012 "Parodiyalar festivalı, Böyük fərq" Aleksandr Tsekalo Pervıy kanal
2010—2012 Olivye-şou Pervıy kanal
2011—2013 "Viva! Ən gözəllər" İnter (2011, 2013)
1+1 (2012)
2011 "Talismaniya. Soçi-2014" Pervıy kanal
2011 "Yuri Nikulin 90! Yubiley gecəsi" Aleksandr Tsekalo Pervıy kanal
2016 Oleq Tabakovun yubiley gecəsi İqor Zolotovitskiy Pervıy kanal

Əsas mükafatları

[redaktə | mənbəni redaktə et]

  • Познер В., Кан Б., Ургант И. Одноэтажная Америка. — М.: Зебра-Е, 2008. — 480 с. — ISBN 978-5-94663-604-9.;
  1. 1 2 "ВЕЧЕРНИЙ УРГАНТ О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  2. 1 2 "СМАК О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  3. "ПРОЖЕКТОРПЕРИСХИЛТОН О проекте". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  4. 1 2 3 4 5 6 "Иван Ургант: Его телепроекты, его машины и его женщины". "Komsomolskaya pravda". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  5. 1 2 3 4 5 6 7 8 9 "Звезды Иван Ургант (Grisha Urgant)". Muz-tv.ru. 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  6. 1 2 3 4 5 6 7 "Иван Андреевич Ургант — биография". To-name.ru. 2 aprel 2017 tarixində arxivləşdirilib.
  7. 1 2 3 4 5 6 7 8 "Биография Ивана Урганта". Ria.ru. 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  8. 1 2 3 4 5 "Иван Ургант". Kinopoisk.ru. 2017-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  9. 1 2 3 "ПУТЕШЕСТВИЯ ПОЗНЕРА И УРГАНТА". "Pervıy Kanal". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  10. 1 2 "Названы ведущие "Евровидения": Иван Ургант, Алсу, Андрей Малахов и Наталья Водянова". Newsru.com. 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  11. 1 2 "Ведущими финала "Евровидения" станут Иван Ургант и Алсу". Lenta.ru. 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  12. 1 2 "Нина Ургант, Три кошки и двое мужчин, 2009 — Документальное кино — Первый канал". 1tv.ru. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  13. 1 2 Игорь BIN. "Ургант Нина Николаевна". rusactors.ru. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  14. "Отчим Ивана Урганта Дмитрий Ладыгин: Наша семья жила бедно, пока Ваня не стал звездой". "Komsomolskaya pravda". 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  15. 1 2 3 4 5 6 "ПЕТЕРБУРГ ИВАНА УРГАНТА". Piterstory.ru. 2 Aprel 2017 tarixində arxivləşdirilib.
  16. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Иван Ургант, биография, новости, фото - узнай вce!". Uznayvse.ru. 2 aprel 2017 tarixində arxivləşdirilib.
  17. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "Ургант, Иван Телеведущий, музыкант". Lenta.ru. 2 aprel 2017 tarixində arxivləşdirilib.
  18. 1 2 3 "Иван Ургант: «Я всё время что-то веду…»". OK!. 4 aprel 2017 tarixində arxivləşdirilib.
  19. "Иван Ургант". Cosmo.ru. 2 aprel 2017 tarixində arxivləşdirilib.
  20. "Иван Ургант". Biografix.ru. 13 Iyun 2017 tarixində arxivləşdirilib.
  21. "Закрытие «MTV Россия»: телеведущие, ставшие звездами". Afisha.mail.ru. 13 Iyun 2017 tarixində arxivləşdirilib.
  22. "Татьяна Лазарева. Иван Ургант: "Как говорит моя жена, все миссионерское скучно"". İnterviewrussia.ru. 4 aprel 2017 tarixində arxivləşdirilib.
  23. "ПУТЕШЕСТВИЯ ПОЗНЕРА И УРГАНТА ОДНОЭТАЖНАЯ АМЕРИКА". "Pervıy Kanal". 8 Aprel 2017 tarixində arxivləşdirilib.
  24. "Одноэтажная Америка". http://qwester.ru. 8 Aprel 2017 tarixində arxivləşdirilib.
  25. "УРГАНТ Иван Андреевич". Tefi.ru. 18 İyun 2017 tarixində arxivləşdirilib.
  26. "Стиляги взяли «Нику»". Proficinema.ru. 18 İyun 2017 tarixində arxivləşdirilib.
  27. "СМАК". "Pervıy Kanal". 18 Iyun 2017 tarixində arxivləşdirilib.
  28. "Иван Ургант стал преемником Макаревича". "Komsomolskaya pravda". 18 İyun2017 tarixində arxivləşdirilib.
  29. "ПЕРСОНАЛИИ ИВАН УРГАНТ". "Rossiya 1". 8 Aprel 2017 tarixində arxivləşdirilib.
  30. "Парфенов стал ведущим передачи "Волшебный мир Disney" на Первом канале". Ria.ru. 13 Iyun 2017 tarixində arxivləşdirilib.
  31. "Лауреаты ТЭФИ-2008 (основные номинации)" (rus). Kommersant. 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-17.
  32. "Победители «ТЭФИ-2009» — «Профессии»" (rus). 22 сентября 2009. 2012-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-29.
  33. "Победители «ТЭФИ-2010» — «Профессии»" (rus). 22 сентября 2010. 2012-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-29.
  34. "Победители «ТЭФИ-2011»". 2012-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
  35. "ТНТ и "Первый" не поделили топовых ведущих Гарика Мартиросяна и Сергея Светлакова". Comnews.ru. 18 Aprel 2017 tarixində arxivləşdirilib.
  36. "Первый канал закрыл программу "Прожекторперисхилтон"". Lenta.ru. 18 Aprel 2017 tarixində arxivləşdirilib.
  37. ""Прожекторперисхилтон" закрыт по требованию Газпрома". Rbc.ru. 18 Aprel 2017 tarixində arxivləşdirilib.
  38. "Ведущие «Прожекторперисхилтон» вернулись и рассказали, почему пять лет назад программа была закрыта. Официальный спойлер нового сезона". "Pervıy Kanal". 7 may 2017 tarixində arxivləşdirilib.
  39. "«Прожекторперисхилтон»: четверо вялых". "Komsomolskaya pravda". 7 may 2017 tarixində arxivləşdirilib.
  40. "Тур де Франс (сериал)" (rus). Kinopoisk.ru. 2017-04-22 tarixində arxivləşdirilib.
  41. "Их Италия (сериал)" (rus). Kinopoisk.ru. 2017-04-29 tarixində arxivləşdirilib.
  42. "«Вечерний Ургант» — в эфир Первого канала выходит первое в России найт-шоу" (rus). 1tv.ru. 2017-05-04 tarixində arxivləşdirilib.
  43. 1 2 3 "Иван Ургант". Vokrug.tv. 4 may 2017 tarixində arxivləşdirilib.
  44. 1 2 "«Оттепель» и Олимпиада получили ТЭФИ-2014". Gazeta.ru. 4 may 2017 tarixində arxivləşdirilib.
  45. 1 2 "Победители ТЭФИ 2015 !". Tefitv.ru. 4 may 2017 tarixində arxivləşdirilib.
  46. 1 2 "СТАЛИ ИЗВЕСТНЫ ПОБЕДИТЕЛИ «ТЭФИ–2016»". Kinometro.ru. 4 may 2017 tarixində arxivləşdirilib.
  47. "Сериал Германская головоломка" (rus). Vokrug.tv. 2017-05-04 tarixində arxivləşdirilib.
  48. "Англия в общем и в частности" (rus). Vokrug.tv. 2017-05-04 tarixində arxivləşdirilib.
  49. "Познер и Ургант начали съемки фильма «Еврейское счастье»" (rus). Jewish.ru. 2015-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  50. "В поисках Дон Кихота (сериал 2016 – ...)" (rus). Kinopoisk.ru. 2017-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  51. 1 2 3 4 5 6 7 8 9 "ИВАН УРГАНТ". Rossiya 1. 16 May 2017 tarixində arxivləşdirilib.
  52. 1 2 "Премия MTV RUSSIAN 2008". Kinonews.ru. 16 May 2017 tarixində arxivləşdirilib.
  53. "Награды / Кинонаграды «MTV-Россия» / 2008". Kinopoisk.ru. 16 May 2017 tarixində arxivləşdirilib.
  54. "Yolkalar 2". citylife.az. 20 May 2017 tarixində arxivləşdirilib.
  55. 1 2 "Лауреаты «Жорж 2011»". national-movie-awards.ru. 20 May 2017 tarixində arxivləşdirilib.
  56. 1 2 "Лауреаты «Жорж 2012»". national-movie-awards.ru. 20 May 2017 tarixində arxivləşdirilib.
  57. "Максим Леонидов продюсирует высококачественную попсу (1998)". tutti.e-burg.ru; archive.org. Archived from the original on 2003-05-28. İstifadə tarixi: 2013-04-18.
  58. "Проект ВНУУК". Неофициальный сайт группы «Секрет» (thesecret.narod.ru). 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  59. 1 2 "История любви: Иван Ургант и Наталья Кикнадзе". lady.mail.ru. 27 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2017.
  60. 1 2 3 "Наталья Кикнадзе". 24smi.org. 30 May 2017 tarixində arxivləşdirilib.
  61. "АНДРЕЙ УРГАНТ". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
  62. "ВАЛЕРИЯ КИСЕЛЁВА (II)". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
  63. "ЛЕВ МИЛИНДЕР". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
  64. "НИНА УРГАНТ". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
  65. Коробка С. "Отец Ивана Урганта: Родим сыну сестричку". blik.ua; archive.org. 2010-12-01. Archived from the original on 2010-12-04. İstifadə tarixi: 2013-04-18.
  66. "ВАЛЕНТИНА ЛАДЫГИНА (II)". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
  67. "АЛЕКСАНДРА ЛАДЫГИНА". Kino-teatr.ru. 30 May 2017 tarixində arxivləşdirilib.
  68. Емельянова О. "Амурные тайны семьи Ургантов". «Экспресс газета» (eg.ru). 2011-04-06. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  69. Мурашкина Л. "Тайная жена Ивана Урганта". kp.ru. 2009-06-11. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  70. "Победители Kids' Choice Awards 2016". yesmagazine.ru. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
  71. "ПОБЕДИТЕЛИ ПРЕМИИ "БОЛЬШЕ ЧЕМ ЗВЕЗДЫ!"". ok-magazine.ru. 17 iyun 2017 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]