İsveçrə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsveçrə
alm. Schweizerische Eidgenossenschaft
fr. Confédération suisse
it. Confederazione Svizzera
romanş Confederaziun svizra
Bayraq, Bayraq[d] Gerb
Bayraq, Bayraq[d] Gerb
Unus pro omnibus omnes pro uno lat. Bir nəfər hamı, hamı bir nəfər üçün
Himn: İsveç zəburu
Tarixi
 • Yaradıldı 1 avqust 1291
 • Federal dövlət 12 sentyabr 1848
Rəsmi dilləri
Paytaxt Yoxdur (de yure), Bern (de fakto)
İdarəetmə forması Birbaşa demokratiya elementləri olan federal məclis-müstəqil direktor respublikası
Prezident Viola Amqerd
Vitse prezident Karin Keller-Sutter
Sahəsi Dünyada 133-cü
 • Ümumi 41,285 km2 km²
 • Su sahəsi (%) 4.34 (2015)
Əhalisi
 • Əhali 8,738,791 [1] nəfər (99-cu)
 • Siyahıyaalma (2015) 8,738,791 nəf.
 • Sıxlıq 207 nəf./km² (48-ci)
ÜDM (AQP)
 • Ümumi $774.472 milyard dollar  (36-cı)
 • Adambaşına $88,625 dollar  (6-cı)
ÜDM (nominal)
 • Ümumi (2023) $869.601 milyard dollar  (20-ci)
 • Adambaşına $98,767 dollar  (4-cü)
İİİ (2021) 0.962 (artım; 1-ci)
Valyuta İsveçrə frankı[3]
İnternet domeni .ch[4]
ISO kodu CH
BOK kodu SUI
Telefon kodu +41
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzicənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə AvstriyaLixtenşteynlə həmsərhəddir.[6] İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədir. Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Əhalinin sayı təqribən 8 milyon nəfərə çatır ki, bunun da əksər hissəsi İsveçrə platosunda yaşayır. Ölkənin ən böyük şəhərləri hesab edilən SürixCenevrə də həmin platoda yerləşmişdir.

Qədim İsveçrə Konfederasiyasının əsasının qoyulması orta əsrlər dövrünə təsadüf edir. Avstriya qraflığıBurqundiya hersoqluğuna qarşı həyata keçirilən ardıcıl hərbi uğurlar nəticəsində həmin konfederasiyanın əsası qoyulmuşdur. 1648-ci ildə imzalanmış Vestfaliya sülhü nəticəsində İsveçrənin Müqəddəs Roma İmperiyasından ayrılaraq müstəqillik əldə etməsi formal olaraq tanınmışdır. İsveçrə Konfederasiyasının uzun bir silahlı tərəfsizlik tarixi vardır. Bu ölkə 1815-ci ildən bu yana heç bir müharibədə iştirak etməmiş və yalnızca 2002-ci ildə BMT-yə üzv olmuşdur. Buna baxmayaraq, İsveçrə hal-hazırda aktiv xarici siyasət yürüdür və tez-tez dünya miqyasında sülh yaratma missiyalarında iştirak edir.[7] Bu ölkə eyni zamanda Qırmızı Xaçın yaradıldığı ölkədir və BMT-nin ikinci böyük mərkəzi olan Cenevrə ofisi də daxil olmaqla bir çox beynəlxalq təşkilata ev sahibliyi edir. Avropa səviyyəsində Avropa Sərbəst Ticarət Birliyinin qurucu üzvlərindəndir və Şengen zonasına daxildir. Buna baxmayaraq, Avropa İttifaqı, Avropa iqtisadi zonası və ya Avrozonanın tərkib hissəsi deyil.

İsveçrə dörd mühüm linqvistik və mədəni regiondan ibarətdir: alman, fransız, italyan və roman. Əhalinin əksər hissəsi alman dillidir.[8] İsveçrə Konfederasiyasının qurulması tarixi ənənəvi olaraq 1 avqust 1291-ci il olaraq qəbul edilir və hər il bu tarix İsveçrə Milli Günü olaraq qeyd edilir.

İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdə, adambaşına düşən ÜDM həcminə görə isə səkkizinci yerdədir.[9][10]

1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma German İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburg xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar.

1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, SürixBern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Zürih bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I. Charlesə qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır…

Şərqdəki Graubünden kantonunda bir qış mənzərəsi

1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq. 1515-ci ildə Marignano Vuruşmasındakı İsveçrə uduzması ilə ilk dəfə dayandı. Bəzi kantonlarda Huldrych Zwinglinin İslahatının müvəffəqiyyətli olması 1529 və 1531 illərində kantonlararası döyüşlərin (Kappeler Kriege) çıxmasına səbəb oldu. Katolik və Protestant kantonlar arasında anlaşılmazlığın davam etməsi üzərinə 1656 və 1712 illərində Villmergen Vuruşmaları ilə qarşılıqlı şiddət davam etmişdir. 1648-ci ildə Westfalya Barış Anlaşması ilə Avropalı ölkələr İsveçrənin Müqəddəs Roma German İmperiyasından ayrılmasını və tərəfsizliyini tanıdı.

1798-ci il fransız işğalı

[redaktə | mənbəni redaktə et]

1798-ci ildə Fransız İnqilabı orduları İsveçrəni işğal edərək məcburi yeni bir konstitusiyanı tətbiq etdilər. Bu konstitusiya ilə ölkənin hökuməti mərkəziləşdirilir və kantonlar ortadan qaldırılırdı. Helvet Respublikası olaraq bilinən yeni dövlətin xalq arasında heç dəstəyi yox idi. Xarici işğal qüvvətləri tərəfindən məcburi qəbul etdirilən bu hökumət dini inanc azadlığı da daxil olmaq üzrə əsrlər tərəfindən sürən ənənələri yıxmışdı. Bu dövlət, İsveçrəni Fransanın bir peykindən başqa bir şey etməmişdi. Tez-tez ortaya çıxan qiyamlar, Fransız birliklərinin varlığı səbəbiylə müvəffəqiyyətə çata bilməmişdi. Sentyabr ayında Nidwalden üsyanının Fransızlar tərəfindən qanlı bir şəkildə yatırılması xalq tərəfindən pis qarşılanmışdır.

Fransa ilə digər ölkələr arasında döyüş çıxdıqdan sonra İsveçrə, Avstriya və Rusiya kimi başqa qüvvətlər tərəfindən də işğal edilmişdi. İsveçrəlilər, mərkəzi hökuməti dəstəkləyən "Respublikaçılar" və kantonların avtonomluğunun təkrar verilməsini istəyən "Federalistler" arasında ikiyə bölünmüşdü. Napolyon Bonapart, hər iki tərəfin qabaqda gələn siyasətçilərini 1803-cü ildə Parisdə bir yerə gətirdi. Bu yığıncağın nəticəsində İsveçrənin avtonomluğunu böyük nisbətdə geri verən və 19. kantondan ibarət olan bir Konfederasiyası quran Vasitəçilik Qanunu çıxmışdır. 1815-ci ildə Viyana Konqresi ilə İsveçrənin müstəqilliyi və tərəfsizliyi bütün Avropa gücləri tərəfindən tanınmışdır. Bu tarixdə, Valais, Neuchatel və Cenevre kantonlarının federasiyaya qatılmasıyla birlikdə İsveçrə tarixdəki ən son genişləməyi reallaşdırmışdır.

1848-ci il konstitusiyası

[redaktə | mənbəni redaktə et]

1845-ci ildə katolik və protestant kantonlar arasında bir vətəndaş müharibəsi (Sonderbundskrieg) baş verdi. O zamanlar hökumətdə olan Radikal Partiyanın yaymağa çalışdığı daha unitar bir İsveçrə fikrindən xoşlanmayan katoliklər Sonderbund adını verdikləri xüsusi bir andlaşma ortaya çıxardılar. Radikalların da bu andlaşmağa qarşı çıxması üzərinə ortaya çıxan döyüş bir aydan az sürdü və təxminən yüz itki verildi. Kiçik qiyamları saymasaq bu vuruşma, İsveçrə torpaqlarında yaşanan son silahlı qarşıdurma idi.

Vətəndaş müharibəsidən sonra İsveçrə referendum tətbiqinə keçdi və 1849-cu ildə federal konstitusiya qəbul edildi. Bu konstitusiya ilə mərkəzi nüfuz qurulur və kantonlar yerli mövzularda öz özlərini idarə edə bilirdilər. Əhali artımı, Sənaye İnqilabı və tək pul vahidi istifadə edilməsi səbəbiylə 1872-ci ildə bu konstitusiya əhəmiyyətli nisbətdə düzəldilmişdir. Bu konstitusiyayla müdafiə etmə, ticarət və qanuni mövzularda federal məsuliyyət də təşkil edilmişdi.

İki palatalı İsveçrə parlamenti Federal Məclis, Federal Şuradan ayrı olaraq təməl iqtidar mərkəzindən ibarətdir. Federal Məclisi meydana gətirən Əyalətlər Şurası və Milli Şura qanun çıxarmaq da daxil olmaq üzrə hər baxımdan bərabər gücə malikdir.

1999-cu il konstitusiyasına görə, federasiyaya xüsusi olaraq nümayəndə edilməmiş bütün güclər kantonların əlindədir.

Əyalətlər şurasının 46 üzvü (hər kantondan iki və yarım kantondan bir olmaq üzrə) bir başa hər kantonda seçilir. Milli Şuranın 200 üzvü isə nisbi təmsil əsaslarına söykənərək seçilər. Hər iki məclisə seçilənlərin vəzifə müddəti 4 ildir. Referendumlar yoluyla hər vətandaş federal hökumət tərəfindən qəbul edilmiş qanunların etibarlılığını sorğulaya bilər və federal konstitusiyaya düzəltmə edilməsini istəyə bilər. Bu haqqlar İsveçrəni doğrudan demokratiya tətbiq olunan bir ölkə olmasını göstərir.

İcra etmə və dövlət başçılığı vəzifəsi yeddi üzvdən ibarət olan Federal Şurada toplanmışdır. Hər nə qədər konstitusiyaya görə Məclis Şura üzvlərini seçsə və nəzarət etsə də, qanunuma müddətini istiqamətləndirmə və federal qanunları tətbiq mövzusunda Federal Şura yavaş yavaş qabaqda gələn bir rola qovuşmuşdur. Xüsusi təmsil vəzifələrini icra etmək üzrə şurası meydana gətirən yeddi adam içindən bir adam bir illiyinə İsveçrə Konfederasiya Başçısı olaraq seçilər.

1959-cu ildən dekabr 2003-cü ilə qədər Federal Şurada İsveçrənin dörd əhəmiyyətli siyasi partiyası, federal məclisdəki təmsil nisbətlərinə görə ibarət olan "sehrli düstura" görə təmsil edilmişdir: 2 üzv Xristian Demokratlardan (CVP/PDC), 2 üzv İctimai Demokratlardan (SPS/PSS), 2 üzv Liberal Demokratlardan (FDP/PRD), və 1 üzv də İsveçrə Xalq Partiyasından (SVP/UDC). Şuradakı bu ənənəvi üzv dağılımı hər hansı bir qanun ilə təyin olunmamışdır və 2003 seçkilərindən sonra Xristian Demokratlar ikinci kürsülərini, o il məclis seçkilərində ən güclü partiya olaraq çıxan İsveçrə Xalq Partiyasına tutmuşdur.

Federal Yüksək Məhkəmənin vəzifəsi kanton məhkəmələrindən gələn şikayətlərə və federal rəhbərliyin administrativ qərarlara baxmaqdır. Yüksək Məhkəmə hakimləri, altı illik vəzifə müddəti üçün Federal Məclis tərəfindən seçilir.

41.285 kvadrat kilometrlik sahəylə İsveçrə nisbətən kiçik bir ölkədir. 7,4 milyonluq əhaliyə sahib olan ölkədə əhali sıxlığı kvadrat kilometrə 182 nəfərdir. İsveçrədə üç əsas vilayət vardir : İsveçrə Alpları, İsveçrə platosu, və Jura Dağları. Alplar, ölkəni orta və cənubundan qət edən yüksək sıra dağlarıdır. İsveçrə Alplarının yüksək dorukları arasında (ən yüksək zirvəsi 4.634 metrlik Dufour Zirvəsidir) bəzilərində buzlaq olan saysız vadi yer alır. Buradan mənbəyini götürən Reyn, Rhône, Inn, Aare və Ticino kimi Avropanın başlıca çayları Cenevre Gölü, Sürix Gölü, Neuchatel Gölü və Konstanz Gölü kimi göllərə tökülür.

Ölkənin daha sıx əhaliyə sahib olan şimal hissəsi daha düzənlik də olsa şimal-qərbdə olan daha kiçik Jura Dağları kimi dağlıq da ola bilər. İsveçrənin iqlimi ümumiyyətlə mülayim olsa da, yüksək dağlardakı çətinlikli şərtlərdən İsveçrənin cənub ucundakı isti Aralıq dənizi iqliminə qədər bölgədən bölgəyə dəyişiklik göstərir.

Yüksək dağlarla ayrılan bir çox vadinin varlığı səbəbiylə İsveçrənin ekosistemleri çox həssasdır və az qala hər vadidə özünə xas ekologiyalar meydana gəlmişdir. Dağlıq bölgələrdə də digər yüksəkliklərdə tapılmayan zəngin bir bitki örtüyü vardır.

border=none Əsas məqalə: İsveçrə əhalisi

1970–2005-ci illər arasında əhali artımı dinamikası, min nəfərlə:

2008-ci il qiymətləndiriliməsinə görə ümumi əhali sayı 7 580 000 nəfərdir.

Əhalinin yaş strukturu:

0–14 yaş: 15,8 %

15–64 yaş: 68,2 %

65 yaşdan böyük: 16 %

Əhalinin orta yaşı

orta: 40,7

kişilər: 39,6

qadınlar: 41,7

İsveçrədə ölkə miqyasında bir dövlət dini olmasa da, Cenevre və Neuchatel kantonlarının xaricindəki bütün kantonlarda vergiləndirmə yoluyla Roman Katolik, Köhnə Katolik, ya da İsveçrə İslahat Kilsələri dəstəklənir.

İsveçrədə ən məşhur din 44 % ilə Roma Katolik Kilsəsidir. Ardından 38,5 % ilə protestantlıq gəlir. İmmiqrantlar ilə birlikdə 4,3% -lik bir müsəlman əhali ilə 1,8%-lik bir ortodoks əhali də yerləşmişdir. Fərqli dillərdə danışan əhaliyə sahib olan İsveçrənin sabitlikli və bitərəf bir ölkə olması, bu ölkənin bir konsensus, ya da ahəng dövləti olaraq təyin olunmasına gətirib çıxarmışdır.

Tarixi olaraq ölkə katoliklər və protestantlar arasında təxminən bərabər olaraq dağılmışdır. Hətta Appenzell kimi bəzi kantonlar rəsmi olaraq katolik və protestant hissələrə ayrılmışdır və bir çox kəndin girişində üstün olan din, "bu kənd katolikdir və ya protestantdır" adlı plakatlar asılmışdır. Ancaq bəzi ümumi modellər də var. Böyük şəhərlərarasında paytaxt Bern, bankçılıq mərkəzi SürixBazeldə protestantlıq daha uütün olsa da Lüzern kimi digər şəhərlər əksəriyyətlə katolikdir. Cenevrə ilk Calvincilik mərkəzi olaraq tanınmışdır və dünyadakı fransızların əksəriyyətinin katolik olmasına baxmayaraq Fransız İsveçrəsinin əksəriyyəti protestantdır. Digər tərəfdən İsveçrənin quruluşunda olan Almanca danışılan Schwyz, Uri, və Unterwalden kantonlarıyla İtalyanca danışılan Ticino kantonu ümumiyyətlə katolikdir.

İsveçrənin mədəniyyəti qonşuları tərəfində çox təsirləndisə də illər boyunca əhəmiyyətli regional fərqliliklər göstərən özünə xas bir mədəniyyət meydana gəlmişdir. Xüsusi olaraq Fransızca danışılan bölgələrə Fransaya, Almanca danışılan bölgələr Almaniyaya və İtalyanca danışılan bölgələr də İtaliyaya, ölkələrindəki digər bölgələrdən daha yaxındır. İsveçrədəki qüvvətli bölgəçilik səbəbiylə homogen bir İsveçrə mədəniyyətindən danışmaq mümkündür.

Mədəni olaraq aktiv olan bir çox İsveçrəli, ölkələrindəki məhdud imkanlar səbəbiylə xaricə çıxmağı seçmişdir. Eyni zamanda İsveçrənin tərəfsizliyi və aşağı vergi nisbətləri də bütün dünyadan bir çox yaradıcı insanı bu ölkəyə çəkmişdir. Döyüş zamanlarında siyasi sığınma ənənəsi bir çox sənətçinin bu ölkəyə gəlməsində köməkçi olarkən indiki vaxtda bunu aşağı vergi nisbətləri təmin etməkdədir.

İsveçrə homoseksualların həm dini, həm də dövlət nikahına icazə verilən ilk dövlətdir. İsveçrə hökuməti homoseksualların rəsmi nikahına 1 may 2009-cu ildə icazə vermişdi. Bunun ardınca, kilsə də homoseksualların yolunu açaraq, 22 oktyabr 2009-cu il tarixli qərarı ilə dövlətin qərarını dəstəkləmişdir. Müqəddəs Sinodun 250 üzvünün 70 faizi qərarın lehinə səs verib. Qərar 1 noyabr 2009-cu il tarixdən qüvvəyə minəcək. May ayında parlamentdəki müzakirələri təqdir edən Kilsə, qərar vermək hüququnu sinoda həvalə etmişdi. İsveçrədə kilsə dövlətdən 2000-ci ildə ayrılıb. [11]

border=none Əsas məqalə: İsveçrədə təhsil

İsveçrədə ibtidai və orta məktəblər dövlət və özəl məktəblərə ayrılırlar.

Burada 120-ə yaxın kollec var. Kolleclər peşəkar təhsil verirlər.

İsveçrədə universitetlər əsasən dövlət universitetləridirlər. 7 kanton (inzibati ərazi bölgüsü) universitet – Bazel, Bern, Friburq, Cenevrə, Lozan, Nevşateli, Sürix və Sant-Qallendə, 2 kanton universitet statuslu ali məktəb isə Lüsern və Luqanoda yerləşir. Bu şəhərlərdə iki politexnik məktəbləri də var. Ən böyük ali məktəb 20 min tələbənin təhsil aldığı Sürix universitetidir. Burada xarici tələbələr 15–20% təşkil edir. Təhsil müddəti 4–6 ildir. İsveçrənin alman-dilli bölgələrindəki universitetlərdə tədris alman dilində, fransızdilli bölgədə isə fransız dilindədir. Lakin Friburq Universiteti istisnalıq təşkil edir. Belə ki, burada ikidilli tədris var. Fransız dilli universitetə daxil olmaq (yalnız orta məktəbi bitirmək haqqında şəhadətnamənin olması və xaricilər üçün təşkil olunmuş imtahanı vermək kifayət edir) alman dilli universitetə (rus ali məktəblərində ən az iki illik təhsil tələb edilir) daxil olmaqdan nisbətən asandır.

İsveçrənin dil məktəbləri bir neçə xarici dil: fransız, alman, italyan və ingilis dil kursları təklif edirlər. Montredəki C&L Study Centre kimi bəzi məktəblərdə paralel olaraq iki dil öyrənmək mümkündür.

İsveçrənin ali məktəb və universitetlərində tələbələrin sayı günbəgün artır. Buna görə də qəbul olmaq hər bir xarici vətəndaşa nəsib olmur. Burada tibbin hər sahəsini və farmakologiyanı oxumaq isə tamamilə qeyri-mümkündür. Səbəb boş yerin olmamasıdır.

İsveçrədə 12 universitet və ali məktəb 10 kanton universitet, 2 federal politexnik məktəb – École Fédérale Polytechnique (EPFL) və bir neçə bu tip ali məktəb fəaliyyət göstərir. Bazel, Bern, Sant-Qalen, Sürix, həmçinin Sürixin Federal Politexnik Universiteti və Lusernin ali məktəbi Universitare Hochschule Luzern İsveçrənin alman bölgəsində yerləşirlər.

Cenevrə, Lozanna və Friburq (bəzi fənlərdə təhsil alman dilində aparılır) Neuchatel və École Politechnique Fédérale de Lausanne İsveçrənin fransız bölgəsində yerləşirlər.

İtalyan Universiteti Luqano ölkənin italyan bölgəsində yerləşir.

Bir tədris ili 2 semestrə bölünür: qış semestri – oktyabrın son həftəsindən fevralın ortalarına qədər; yay semestri, universitetdən asılı olaraq martın/aprelin ortalarından iyun/iyulun ortalarına qədər.

Birinci akademik imtahana qədər təhsil müddəti 4–5 ildir. Tibb təhsilinə gəldikdə isə bu 6 il davam edir.

Təhsili bitirdikdə akademik sənədlər – lisenziya, diplom, doktorluq dərəcəsi verilir. Lisenziya və diplom (Bu sənədlər İsveçrədə verilir) ABŞ-də verilən "Master degree" ilə eynilik təşkil edir. Doktorluq dərəcəsinə qədər təhsilin davam etdirilməsi üçün universitetlərin çoxu namizəddə lisenziyanın olmasını tələb edir. Qeyd olunan universitetlərdən başqa, anqlo-saks modelində özəl universitetlər də fəaliyyət göstərir ki, bu ali məktəb ocaqlarında verilən imtahanlar və təhsil hələ də dövlət tərəfindən tanınmır. Bunun üçün də, universitetlər barədə ətraflı məlumat toplayaraq doğru seçim etmək lazımdır.

  • Daxil olma şərtləri
  • Yaş: ən azı 18 yaş
  • Dil: İsveçrənin ali məktəb və universitetlərinə daxil olmaq üçün tədrisin keçirildiyi alman, fransız və ya italyan dilini bilmək lazımdır.

Orta məktəb haqqında Federal attestatın və ya xarici sənədin – müvafiq Universitet və ya Ali Məktəb tərəfindən tanınması vacibdir.

Mütləq müvafiq Universitetin və ya Ali Məktəbin tanıdığı orta təhsil haqqında federal attestat və ya xarici sənəd olmalıdır. Bu müvafiq universiteti müəyyən etmək üçün siz sənədi qiymətləndirən həmin seçdiyiniz Ali Məktəbə müraciət etməlisiniz.

Maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]
  • İsveçrədə 4 rəsmi dil var. Vətəndaşlar, parlamentin qəbul etdiyi hər hansı bir qanunu ləğv etmək hüququna malik deyillər.
  • İsveçrədə 8 milyondan bir az çox insan yaşayır. Bununla yanaşı onların əlində 3 milyon ədəddən çox odlu silah var. Ölkənin sakinləri, orduda xidmətdən sonra, ehtiyat silahla qayıdırlar. Daha sonra onları dəfələrlə hərbi yığıncaqlara çağırırlar. Hər bir kişidə silahın olmasına baxmayaraq, onunla cinayətlər çox nadir hallarda baş verir.
  • Yüksək sürətə görə yol hərəkət qaydalarını pozan sürücünün gəlirindən asılı olaraq ona cərimənin məbləği təyin edilir. Buna görədə imkanlı şəxslər üçün bu cərimə 100 İsveçrə frankına qədər arta bilər.
  • Bu günə kimidə, bir İsveçrə bankında Vladimir Ulyanov adına hesab var. 2006-cı ildə bankın əməkdaşı tərəfindən tələb edilməmiş məbləğlərin siyahıya alınması aparılıb. Məlum oldu ki, dünya inqilabının liderinin burada hələ də 13 İsveçrə frankı saxlanılır.
  • Cenevrədə hökumət binasının qarşısında ki, şabalıd ağacının ilk yarpağı açan kimi yazın gəlişi barədə hökm verilir. Bu ənənəyə 200 ildən artıqdı ki riayət olunur.
  • "Qapıçı" və "İsveçrəli" sözləri arasında hər hansı əlaqə varmı? Məlum olur ki birbaşa əlaqə var. Hələ Orta əsrlər vaxtından nüfuzlu insanlar, öz ətraflarında cəsurluqlarıyla bütün Avropada məşurlaşan, İsveçrəli döyüşçüləri yığırdılar. Çox güman ki, restoranlarda, otellərdə və digər müəssisələrdə sakitçilik yaradan insanları zarafatça belə adlandırırmışlar. Rusiyada uzun müddət İsveçrə əhalisini qapıçı adlandırırdılar. Lakin 20-ci əsrin əvvəllərində, mühafizəçi ilə səhv salmamaq üçün onları İsveçrəlilər adlandırmağa qərar verdilər. İsveçrəli uşaqlar artıq 4 yaşlarından məktəbə getməyə başlayırlar. Ölkənin bütün məktəbliləri üçün həftədə 3 dəfə istirahət günü təyin edilib- çərşənbə, şənbə və bazar.
  • 1451-ci ildə İsveçrədə zəlilərə qarşı məhkəmə keçirilmışdir. Lozannanın yepiskopu bildirmişdi ki, yerli gölməçələrdə onlardan həddindən artıq çoxdur və zəliləri, təmiz suyun çirklənməsində günahlandırırdı. Zəlilərə, yerli məhkəməyə gəlmələri üçün çağırış göndərildi. İcra məmurları gölə gedib bir neçə "cinayətkarı" tutmalı idilər. Onları məhkəmə zalına çatdırıb, cəzanı oxudular: yaxın üç gün ərzində gölü tərk edin. Bu hökm icra olundu ya yox- məlum deyil. Kiçik Çermant şəhərciyi ən ekoloji təmiz şəhərlərdən biri sayılır. İş ondadır ki, Çermantda havanı çirkləndirən bütün nəqliyyat növü qadağandır. Şəhərdə yalnız elektromobillə və karteglə hərəkət etmək olar.
  • İsveçrədə böyük sayda ağ göbələk yetişir. Amma yerli sakinlər onların zəhərli olduğunu düşünərək yığmırlar və yeməkdə də istifadə etmirlər.
  • 25 dekabr 1977-ci ildə İsveçrənin Veve şəhərində məşhur aktyor Çarli Çaplin vəfat edib. O yerli qəbristanlıqların birində dəfn edilmişdi, amma bir neçə il sonra onun tabutu cəsədi ilə birlikdə oğurlanmışdı. Məlum olub ki, oğrular dünya kinosunun ulduzunun qohumlarından böyük fidya almaq niyyətində olublar. Oğruları həbs etdilər, Çaplini isə 1 metr 80 santimetr qalınlğı olan beton altında basdırdılar ki, gələcəkdə də eyni vəziyyət baş verməsin.
  • 2017-də İsveçrə, rüşvətlə fəal mübarizə aparan ölkələrin reytinqlərində 3-cü sırada yer alıb. Maraqlı olan şey isə İsveçrənin, müəyyən bir xidmət üçün edilən ödəməni, yəni rüşvət verməyi "qanuni" hesab etməyə qərar verməsidir. Rüşvətlə mübarizədə bunun daha təsirli olacağını düşünürlər.
  • İsveçrədə, sürət həddini aşdığınız üçün dünyanın ən böyük pulunu ödəmək məcburiyyətində qala bilərsiniz. Yerli bir avtomobil sürücüsü saatda 180 mil sürətlə getdiyi üçün 650 min avro pul cəzası aldı. Məsələ ondan ibarətdir ki, bu ölkədəki pul cəzaları sabit deyil və qazandığınız pul miqdarına bağlıdır. Nə qədər çox əldə etsəniz, o qədər çox ödəyərsiniz. İsveçrədə ədalət belə təmin olunur.
  • Berndə, hər il 7 milyondan artıq çox yaxşı bir markanın şokoladları istehsal olunur. Və uzun zaman əvvəl yeni bir növ şokolad icad edilib: Ruby şokolad! İsveçrəli Valcambi şirkəti, Combibar adı verilən və şokolad kimi formalaşdırılmış qızıl çubuqlar istehsal edir. Bu çubuqları 1 qram ağırlığında kiçik parçalara ayıra və bunları ödəniş etmək üçün istifadə edə bilərlər.
  • İsveçrə cib bıçağı, 19-cu əsrin sonlarında ortaya çıxdı, amma əslində daha da qədim bir prototipə malikdir. Kembric muzeylərindən birində, Antik Romada yaradılmış universal bir vasitə mövcuddur və İsveçrə bıçağına oxşar şəkildə bir qaşıq, bir çəngəl, bir bıçaq, bir diş çöpü, bir spatula və (ən qəribə olan şey) bir krevet qabığından əti çıxarmaq üçün xüsusi aparat ehtiva edir. İsveçrə cib bıçağının İsveçrədə istehsal edilməyən yeganə hissəsi tirbuşondur və o da Yapon istehsalıdır.
  • İsveçrəli Şaxta Babanın adı "Samichlaus"dur. 6 Dekabrda böyük bir torba şəkər, fıstıq əzməsi və portağal ilə uşaqları ziyarət edir. Ancaq tək deyil, özünü qara geyimləri və qaranlıq bir üzü olan qorxuducu görünüşlü bir adam müşayiət edir. Bu adamın adı "Palçıqlı" olaraq tərcümə edilən "Schmutzli"dir və onun işi dəcəl uşaqlara dəyənəklə vurmaqdır. Ancaq gələn il daha yaxşı olmaq sözü verən uşaqlar cəzadan xilas olurlar.
  • Əkiz qardaşlar Frank və Patric Riklin, İsveçrə Alplarında "Null Stern" adlı bir açıq hava oteli açıblar. Divarları və tavanı olmayan bir "otaq"da bir gecənin qiyməti 300 dollardır. Otel, dəniz səviyyəsindən təxminən 4 min metr məsafədədir. Otaqda iki nəfərlik yataq xaric, komod və bir TV var[12].
  • İsveçrə 2019-cu ildə adambaşına düşən zənginlik indeksinə görə 555 min dollarla dünyada birinci oldu
  1. Census.gov. "Country Rank. Countries and Areas Ranked by Population: 2013". U.S. Department of Commerce. 2013. 2013-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
  2. 1 2 3 4 https://www.admin.ch/opc/en/classified-compilation/19995395/index.html#a70.
  3. http://www.admin.ch/opc/de/classified-compilation/19994336/index.html.
  4. http://www.switch.ch/about/id/.
  5. http://chartsbin.com/view/edr.
  6. Berner, Elizabeth Kay; Berner, Robert A. Global Environment: Water, Air, and Geochemical Cycles - Second Edition (ingilis). Princeton University Press. 22 aprel 2012. ISBN 978-1400842766.
  7. Thomas Fleiner, Alexander Misic, Nicole Töpperwien. Swiss Constitutional Law. Kluwer Law International. 5 avqust 2005. səh. 28. ISBN 978-9041124043.
  8. Prof. Dr. Adrian Vatter. Das politische System der Schweiz [The Political System of Switzerland]. Studienkurs Politikwissenschaft (German). Baden-Baden: UTB Verlag. 2014. ISBN 978-3-8252-4011-0. 2016-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  9. Subir Ghosh. "US is still by far the richest country, China fastest growing". Digital Journal. Canada. 9 oktyabr 2010. 12 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
  10. Simon Bowers. "Franc's rise puts Swiss top of rich list". The Guardian. London, UK. 19 oktyabr 2011. 12 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2018.
  11. "İsveçrə kilsəsi homoseksuallar arasında nikaha icazə verdi". 2009-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.
  12. "İsveçrə haqqında maraqlı məlumatlar". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.