İstifadəçi müzakirəsi:Turkmen/Arxiv 6

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Salam

[mənbəni redaktə et]

Salam Turkmen. İSESCO səhifəsini ərəbcədən tərcümə edib artırıram. Oradakı şablonu Azərbaycan dilinə siz uyğunlaşdırmısınız. Xahiş edirəm bir məsələdə mənə yardımçı olun. Şablona yeni parametr əlavə etmişəm, məsələn "Baş direktor". Baş direktorun adını yazanda çıxmır. Problemi tapa bilmirəm. X.e. yardımçı olun. Vusal Muzaffar Jahangiri (müzakirə) 09:38, 16 iyun 2021 (UTC)Cavabla

Salam qardaş. Bu Redaktə'nin Düzəliş təsvirini də silin lütfən. Birdə bu redaktələr: 1 2Bu redaktələri də silin zəhmət olmasa. Təşəkkürlər.— Mr,p balçi (müzakirə) 10:44, 5 yanvar 2021 (UTC)Cavabla

Salam hörmətli Mr,p balçi, ✅Y həll edildi.Turkmen müzakirə 21:13, 7 yanvar 2021 (UTC)Cavabla

Səfəvilər

[mənbəni redaktə et]

Salam Səfəvilər dövləti ingilis dilində olan vikipediyanın seçilmiş ən pis məlumatıdır çünki Səfəvilərin türk olmadığını sübut etməyə çalışırlar dəyişiklik edilməsi üçün heç bir müdaxilə etmək olmur kömək edə bilərsiz?

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi

[mənbəni redaktə et]

Salam, mərkəzin məqaləsinin sağ tərəfində görsənməli olan şablon, tam şəkildə görsənmir. Bütün məlumatlar əlavə olunmuşdur. Yaranmış problemlə bağlı izahlı kömək etsəniz, minnətdar olardım. — JahJacob (müzakirə) 11:12, 12 aprel 2021 (UTC)Cavabla

✅Y Salam JahJacob. Düzəlişlər etdim. Lakin şablonun parametrləri məhdud olduğu üçün bu qədərini edə bildim.— Turkmen müzakirə 21:22, 12 aprel 2021 (UTC)Cavabla

Lua səhvi

[mənbəni redaktə et]

Hörmətli həmkarlar,

Xahiş edərdim ki, Avstriya Respublikasının hazırkı Federal Kansleri Sebastian Kurts haqqında 3 gün müddətində yaratdığım məqalənin başlığında yaranın, daha dəqiq desək üst şablonda, Sebastian Kurtsun şəklinin üstündəki Lua səhvini aradan qaldırmaqda mənə yardımçı olasınız.Actual Psycho (müzakirə) 16:28, 29 aprel 2021 (UTC)Cavabla

Salam Actual Psycho. ✅Y Həll edildi.— Turkmen müzakirə 19:05, 29 aprel 2021 (UTC)Cavabla
Yardımınız üçün sizə öz təşəkkürümü bildirirəm.Actual Psycho (müzakirə) 19:09, 29 aprel 2021 (UTC)Cavabla
Xoşdur.— Turkmen müzakirə 19:11, 29 aprel 2021 (UTC)Cavabla

«Bürünc Ulduz»

[mənbəni redaktə et]
«Bürünc Ulduz»
Siz, 2021-ci ilin aprel ayı ərzində 1.940 redaktə etmisiniz. Buna görə də Redaktə Liqasının «Bürünc Ulduz» mükafatına layiq görülürsünüz. CCavadov 20:38, 29 aprel 2021 (UTC)Cavabla
Salam CCavadov. Təşəkkürlər.— Turkmen müzakirə 21:55, 29 aprel 2021 (UTC)Cavabla

Səbuhi Hüseynov

[mənbəni redaktə et]

Salam. Hər vaxtınız xeyr olsun Səbuhidir. Göstərdiyim səhifənin həm yaradıcısı həm də bir başa şəxsin özüyəm və məqaləmin silinməsi üçün sizə müraciətimi bildirirəm. Zəhmət olmazsa qısa müddət ərzində məqalənin silinməsinə dəstək olasınız. Azərbaycan dilindən əlavə olaraq da digər dillərdə də belə müəllif hüquqları mənə məxsusdur və orada da həmçinin silinsə gözəl olardı. Düşünürəm ki, burada silindiyi zaman orada da silinəcəktir. Öncədən təşəkkürlərimi bildirirəm. Hörmətlə — Blackariteam (müzakirə) 05:59, 4 may 2021 (UTC)Cavabla

Salam. Təəssüf ki, mənim buna səlahiyyətim çatmır. Zəhmət olmasa m:OTRS ilə əlaqə saxlayın. Həmçinin məqalənin AzVikidə silinməsi digər vikilərdə də silinəcəyi mənasına gəlmir. Yalnız OTRS ilə əlaqə saxlayaraq məsələni həll edə bilərsiniz. Hörmətlə,— Turkmen müzakirə 13:27, 5 may 2021 (UTC)Cavabla

Laruss ensiklopediyası

[mənbəni redaktə et]

Laruss ensiklopediyalarına Pyer Larussun adını qoydular. Niyə "Larussa" yazırsan? 92.184.117.147 16:18, 5 may 2021 (UTC)Cavabla

İstifadəçi hüquqları üçün müraciətlər

[mənbəni redaktə et]

Salam. Burada "Rolbaker" olmağa namizəd vermişəm. Zəhmət olmasa baxarsınız. Hörmətlə: MusaSəmədov 21:56, 9 may 2021 (UTC)Cavabla

Salam. ✅Y Həll edildi.— Turkmen müzakirə 21:38, 10 may 2021 (UTC)Cavabla

Dil keçidi və digər məsələlər

[mənbəni redaktə et]

Hörmətli, həmkar

Dünən müzakirə səhifəmə mesaj qoymusunuz və buna aydınlıq gətirmək istədim, 'dağıtım' sözünü müvafiq sözlə əvəz etdim, lakin 'Kauri Gücləri' ifadəsini əvəz etmək mümkün deyil, çünki 'Yenidən dirçələn Benin üçün Kauri Gücləri' siyasi partiyanın adıdır, bir növ 'Yeni Azərbaycan Partiyası' kimi və bunu əvəz etmək də qeyri-mümkündür. Mənim avtopatrul hüququmun ləğvini də elə bu səbəbdən anlamadım.

İndi isə ikinci məsələ, nədənsə həmişə etdiyim dil keçidini bu dəfə edə bilmirəm, bu gün yaratdığım Ciqme Xesar Namqyel Vanqçuk məqaləsinə dil keçidi verə bilmədim. Səbəbi mənə aydın deyil.

Bu işlərə yenidən baxmanızı və yardım etmənizi xahiş edirəm.

Hörmətlə,Actual Psycho (müzakirə) 18:18, 10 may 2021 (UTC)Cavabla

Salam, məqalədəki problem həll olub deyəsən. Hüquq məsələsində isə fəaliyyətiniz diqqətimdədir. Artıq əvvəlki rejiminə qayıtsa hüququ sizə yenidən verəcəm. İndi isə redaktələrinin yoxlanılmalı olduğunu düşünürəm. Hörmətlə,— Turkmen müzakirə 20:25, 12 may 2021 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İdarəçi seçkisi
Salam, Turkmen.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 10:22, 18 may 2021 (UTC) Cavabla
✅YTurkmen müzakirə 10:21, 19 may 2021 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Hər vaxtınız xeyir, Turkmen . İstifadəçi lüzumsuz redaktələrlə məşğuldur. Zəhmət olmazsa, tədbir görərdiniz. Əvvəlcədən təşəkkürlər. — Burocan (müzakirə) 09:03, 28 may 2021 (UTC)Cavabla

Salam Burocan. ✅Y həll edildi.— Turkmen müzakirə 09:40, 28 may 2021 (UTC)Cavabla

Hüquq

[mənbəni redaktə et]

Salam. Mən həm avtopatrul, həm patrul hüququ daşıyıram. Bildiyim qədər patrul olduğum zaman avtomatik avtopatrul hüquqlarına da sahib oluram. Əgər belədirsə hüququ almağınızı xahiş edirəm. — Dr.Wiki54 (müzakirə) 15:10, 8 iyun 2021 (UTC)Cavabla

Salam Dr.Wiki54. ✅Y Həll edildi. Məlumat üçün təşəkkürlər.— Turkmen müzakirə 19:36, 8 iyun 2021 (UTC)Cavabla

Xüsusi ulduz

[mənbəni redaktə et]
Xüsusi ulduz
AzVikinin inkişafında göstərdiyiniz xüsusi xidmətlərə görə «Xüsusi ulduz» mükafatına layiq görülürsünüz. — Xeyal (müzakirə) 14:31, 16 iyun 2021 (UTC)Cavabla
Salam Xeyal. Diqqətiniz üçün təşəkkür edirəm.— Turkmen müzakirə 14:33, 16 iyun 2021 (UTC)Cavabla

Salam

[mənbəni redaktə et]

Salam, zəhmət olmasa yazıçı Sevin Nuruqızı məqaləsini bərpa edəsiniz. Məqalənin ciddi redaktəyə və istinadlara ehtiyacı var. Özüm bu işləri görəcəyəm. Ümidvaram anlışalacaq.Dərin təşəkkürlər Sh. M.(Shafa Movsumov (müzakirə) 04:26, 21 iyun 2021 (UTC))Cavabla

✅Y Həll edildi. Zəhmət olmasa məqaləni qaydasına salın.— Turkmen müzakirə 12:56, 22 iyun 2021 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam bu iki səsverməni də ([1] / [2]) Vikipediya:Səsvermə səhifəsindəki "mövcud səsvermələr" bölməsinə yerləşdirə bilərsinizmi? — Surə 🗯 08:55, 29 iyun 2021 (UTC)Cavabla

Salam, mümkünsə Vikipediya:Səsvermə/Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) bunu da yerləşdirin. - Dr.Wiki54 (müzakirə) 16:22, 30 iyun 2021 (UTC)Cavabla
✅YTurkmen müzakirə 19:35, 30 iyun 2021 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İdarəçi seçkisi
Salam, Turkmen.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Surə 🗯 11:03, 1 iyul 2021 (UTC) Cavabla
✅YTurkmen müzakirə 12:41, 2 iyul 2021 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Hər vaxtınız xeyir, Turkmen.

İstifadəçi ardıcıl vandalizmlə məşğuldur, zəhmət olmasa tədbir görərdiniz. Bir də xahiş edirəm ki, istifadəçi səhifəmi uzunmüddətli mühafizə edəsiniz, çünki davamlı vandalizmə məruz qalır. Əvvəlcədən təşəkkürlər. — Burocan (müzakirə) 14:40, 2 iyul 2021 (UTC)Cavabla

Salam Burocan. ✅Y Həll edildiTurkmen müzakirə 23:08, 2 iyul 2021 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam, həmkar. Sizi elm xadimlərinin ensiklopedik əhəmiyyətliliyi ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. - Dr.Wiki54 (müzakirə) 14:10, 4 iyul 2021 (UTC)Cavabla

✅YTurkmen müzakirə 01:19, 6 iyul 2021 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam Turkmen bəy! Bilmirəm indiyədək bu mövzu müzakirə olunub mu, ya yox. Sizin də Şablon:Xoşgəldiniz əlavə etdiyinizi gördüm. Digər vikilərdə bu botla icra olunur səhv eləmirsəmsə. Əgər belədirsə, azvikidə də oxşar bot yaratmaq mümkündür mü? - Dr.Wiki54 (müzakirə) 13:57, 6 iyul 2021 (UTC)Cavabla

Salam Dr.Wiki54. Vikipediyada yaradılan istifadəçi adlarına nəzarət üçün tez-tez yeni qeydiyyatdan keçən istifadəçilərin siyahısına göz atıram. Səhv etmirəmsə bot yaradılması ilə bağlı müzakirə bir neçə dəfə olub. Amma təssüf ki, nəticə əldə edilməyib.— Turkmen müzakirə 14:04, 6 iyul 2021 (UTC)Cavabla
Botun yaradılması çətin prosesdirmi? — Surə 🗯 14:11, 6 iyul 2021 (UTC)Cavabla
Sura Shukurlu Açığı bu barədə dəqiq məlumatım yoxdur. Bir vaxtlar NMW03 yaratmışdı bu səpkidə fəaliyyət göstərəcək bot.— Turkmen müzakirə 14:14, 6 iyul 2021 (UTC)Cavabla

Operativ cavab üçün təşəkkür edirəm. Yaxşı olardı ki, belə bot yaradılsın. Yük azalar, ən azından. -Dr.Wiki54 (müzakirə) 14:22, 6 iyul 2021 (UTC)Cavabla

Əlbəttə, mümkündür. Müzakirə açmaq olar.— Turkmen müzakirə 21:00, 6 iyul 2021 (UTC)Cavabla
Salam. Dr.Wiki54, Sura Shukurlu, belə bir bot yaratmaq planım olub amma vaxt azlığından davam edə bilməmişdim. Hal-hazırda üzərində işləyirəm. Dünən gecə ilk testimi etmişəm hətta. NMW03 (müzakirə) 21:33, 6 iyul 2021 (UTC)Cavabla
@İstifadəçi:NMW03 fikir verməmişəm, uğurlu olar ümid edirəm. Çox təşəkkürlər! - Dr.Wiki54 (müzakirə) 21:35, 6 iyul 2021 (UTC)Cavabla

SSK

[mənbəni redaktə et]
Salam, hörmətli Turkmen bəy!. Kriteriyalar hazırdır. Mən tərcümə etmişəm. Copy-paste etdim. - Dr.Wiki54 (müzakirə) 12:25, 8 iyul 2021 (UTC)Cavabla
Əlavə düzəliş olsa, buyurun edin. Növbəti günlərdə səhifə silmə kriteriyalarını da tamamlayıb birgə müzkirəyə çıxarmağı düşünürəm :) -Dr.Wiki54 (müzakirə) 12:27, 8 iyul 2021 (UTC)Cavabla
Salam Dr.Wiki54. Əla iş çıxarmısız. KM-da ara sakitləşsin, ora indi çox qarışıqdır. Həm də, bir neçə dəfə göz gəzdirək rəsmi prinsip üçün təqdim edərsiz. Təşəkkürlər.— Turkmen müzakirə 12:33, 8 iyul 2021 (UTC)Cavabla
Rica edirəm :) Mən də onu gözləyirəm, hardasa bu həftənin sonuna səhifə silmə kriteriyalarını (deletion policy) da hazır edib bərabər müzakirəyə təqdim edəcəyəm. Mən təşəkkür edirəm :) -Dr.Wiki54 (müzakirə) 12:35, 8 iyul 2021 (UTC)Cavabla

Hello

[mənbəni redaktə et]

Salam, is it possible to contact you? I wrote a message already in english wikipedia. Sorry for disturbing. BerkBerk68 (müzakirə) 14:50, 13 iyul 2021 (UTC)Cavabla

Aleykum salam BerkBerk68. Sorry, I see your message now. How can I help you?.— Turkmen müzakirə 03:52, 15 iyul 2021 (UTC)Cavabla
Do you use Discord? We, as volunteer, created a group with 14 people who is generally interested about Syrian Civil war and 2020 Nagarno Karabakh war. Well we need help from professionals especially about "how to do" and rule things. I believe that the number would increase day by day. However, we didn't (couldn't) start editing. Also its important to point that we are not vandalists and ofcourse would like to discuss with editors in talk page to reach which way is the most correct way for the article. We tried to make the organization valid in Wikipedia so we opened a WikiProject, however, it got deleted for "having universal cover meanwhile not being universal." As I said, we are not vandalists and its obvious that many people already organized just like us especially in the articles that we'd try to do something. BerkBerk68 (müzakirə) 13:00, 15 iyul 2021 (UTC)Cavabla
BerkBerk68 I understand you. However, this type of organization of users is prohibited (If I'm not mistaken). I think this organization can create you problems. — Turkmen müzakirə 08:22, 16 iyul 2021 (UTC)Cavabla

Konsensus

[mənbəni redaktə et]

Salam. VP:SNS-da bir məqalənin silinib silinməməsi üçün yetərli səs çoxluğu olub olmadığını necə müəyyənləşdiririk? Neçə faiz məqalənin silinməsinin lehinə olmalıdır ki, məqaləni silim? --► Hörmətlə: SolaVirum 15:59, 14 iyul 2021 (UTC)Cavabla

Salam Solavirum. Bu haqda konkret qayda yoxdur əslində. Mən adətən yekunlaşdıranda Metadakı 80 faizlik konsensusu əsas götürürəm. Hömətlə, Turkmen müzakirə 03:41, 15 iyul 2021 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Hər vaxtınız xeyir, Turkmen. İstifadəçi lüzumsuz redaktələrlə məşğuldur. Zəhmət olmazsa, tədbir görərdiniz. Əvvəlcədən təşəkkürlər. — Burocan (müzakirə) 20:02, 15 iyul 2021 (UTC)Cavabla

Salam, ✅Y həll edildi.— Turkmen müzakirə 20:04, 15 iyul 2021 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam Turkmen bəy, zəhmət olmasa bu şəklin (Fayl:7312_deleted_edits.png açıqlaması:Deleted pages look like this to administrators) Azərbaycan dilində olan analoji versiyasını commonsa yükləyə bilərsiniz mi? Dr.Wiki54 (müzakirə) 14:24, 16 iyul 2021 (UTC)Cavabla

Salam Dr.Wiki54. ✅Y File:Deleted pages look like this to administrators (az.wikipedia.org).pngTurkmen müzakirə 05:10, 17 iyul 2021 (UTC)Cavabla
Çox təşəkkür edirəm ;) - Dr.Wiki54 (müzakirə) 07:24, 17 iyul 2021 (UTC)Cavabla

Şəxsi informasiya

[mənbəni redaktə et]

Salam, Vikipediyaya bağladığım Gmail-i necə dəyişə bilərəm?

Hörmətlə, Actual Psycho (müzakirə) 15:26, 18 iyul 2021 (UTC)Cavabla

Salam hörmətli Actual Psycho. Səhifənin yuxarı hissəsində yerləşən "nizamlamalar" bölməsinə daxil olun. Ən sonuncu başlığın adı "E-mailin parametrləri"dir. Oradan dəyişə bilərsiniz.— Turkmen müzakirə 19:57, 20 iyul 2021 (UTC)Cavabla

Səsvermə

[mənbəni redaktə et]

Salam Vikipediya:Səhifə silmə üçün də səsvermə başlada bilərsiniz? - Dr.Wiki54 (müzakirə) 20:13, 19 iyul 2021 (UTC)Cavabla

Salam Dr.Wiki54. Biraz səbrli olaq. Çünki Vikipediya:Sürətli silmə kriteriyaları qəbul olunanda Vikipediya:Səhifə silmə kriteriyalarının tərkibindəki sürətli silmə haqqında hissələr çıxarılacaq və Vikipediya:Səhifə silmə kriteriyaları avtomatik olaraq havada qalacaq. Belə ki, qaydanın tərkibində təkcə SNS ilə bağlı hissə qalacaq. Təklif edirəm Vikipediya:Səhifə silmə haqqında müzakirə açanda Vikipediya:Sürətli silmə kriteriyaları nın SNS-in təlimat kitabçasına çevrilməsi üçün paralel müzakirə açarıq. Gözləyək sürətli silmə haqqında yekun qərar verilsin.— Turkmen müzakirə 20:22, 19 iyul 2021 (UTC)Cavabla
Anladım. Razıyam. Mesajı görmədən publish etdim silərdiniz zəhmət olmasa - Dr.Wiki54 (müzakirə) 20:23, 19 iyul 2021 (UTC)Cavabla
✅Y Dr.Wiki54Turkmen müzakirə 20:26, 19 iyul 2021 (UTC)Cavabla
Səhifə silmənin sadəcə SNS-in təlimat kitabçası olması düzgün deyil məncə. Çünki ingiliscədə də "Deletion policy" gedir. Yəni ümumi silmə ilə bağlı olan qaydanı sadəcə bir silmə növünə şamil etmək düz olmaz - Dr.Wiki54 (müzakirə) 20:27, 19 iyul 2021 (UTC)Cavabla
Dr.Wiki54, Vikipediya:Səhifə silməni nəzərdə tutmuram, Vikipediya:Səhifə silmə kriteriyalarını nəzərdə tuturam. Sürətli silmə qəbul olunsa Vikipediya:Səhifə silmə kriteriyalarının tərkibində sadəcə SNS ilə bağlı hissə qalacaq. Həmin SNS ilə bağlı məzmunu təkmilləşdirib təlimat kitabçası etmək olar. Vikipediya:Səhifə silməni də ayrıca qayda kimi qəbul edərik.— Turkmen müzakirə 20:32, 19 iyul 2021 (UTC)Cavabla
Biraz qarışdırdım. Belə demək istəyirsiniz yəni, Sürətli silmə qəbul olunsa, səhifə silmə krit içində sadəcə sns qalacaq. Səhifə silməni səsverməyə qoyub qəbul edə bilərik. Səhifə silmə krit isə sns üçün qala bilər demək istəyirsiniz. Amma Vikipediya:Səhifə silmə içində onsuz SNS ilə bağlı kifayət qədər təlimat var da - Dr.Wiki54 (müzakirə) 20:36, 19 iyul 2021 (UTC)Cavabla
Elədirsə problem yoxdur. Səsverməni bərpa etdim.— Turkmen müzakirə 20:44, 19 iyul 2021 (UTC)Cavabla

2 məqalə

[mənbəni redaktə et]

Salam. İslamazeriQlobal TV adlı 2 məqalə müzakirəsiz və xəbərdarlıqsız, vikiqaydalara zidd formada silinib. Zəhmət olmasa, bərpa edərdiz.— samral müzakirə 10:54, 20 iyul 2021 (UTC)Cavabla

✅Y Salam, White Demon tərəfindən həll edilib.— Turkmen müzakirə 19:59, 20 iyul 2021 (UTC)Cavabla

Sil şablonu

[mənbəni redaktə et]

Salam Turkmen bəy, yeni qaydalarımız xeyrli olsun. Sil şablonunun kateqoriyasını "Sürətli silinəcək səhifələr" olaraq dəyişə bilərsiniz mi? Bir də oradakı "səhifə silmə kriteriyalarına görə" bölməsini "sürətli silmə kriteri..." edə bilərsiniz mi? - Dr.Wiki54 (müzakirə) 21:39, 3 avqust 2021 (UTC)Cavabla

✅Y Salam, həll edilib.— Turkmen müzakirə 23:30, 3 avqust 2021 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Hər vaxtınız xeyir. İstifadəçi vandalizmlə məşğuldur. Zəhmət olmasa, tədbir görərdiniz. Əvvəlcədən təşəkkürlər. — Burocan (müzakirə) 21:47, 7 avqust 2021 (UTC)Cavabla

✅Y Salam, həll edilib.— Turkmen müzakirə 11:03, 8 avqust 2021 (UTC)Cavabla

Sual

[mənbəni redaktə et]

Salam Turkmen bəy? Necəsiniz? Bələdiyyələrlə bağlı indi nə qərar qəbul edildi? Silinmə yoxsa istiqamətləndirmə? İstiqamətləndirmədirsə mən icra edə bilərəm. - Dr.Wiki54 (müzakirə) 13:43, 8 avqust 2021 (UTC)Cavabla

Salam Dr.Wiki54. Oxucuların rahat tapması üçün yönləndirmə kimi nəzərə alınsa yaxşı olardı. Onsuz da yönləndirmələr məqalə kimi siyahıya alınmır.— Turkmen müzakirə 14:05, 8 avqust 2021 (UTC)Cavabla
Tamam. Axşam bir bir həll edəcəyəm. Müvafiq ".... rayonunun bələdiyyələri"ni də sil şablonu qoyaraq. Yeni şablon yaradacağam ümumi. - Dr.Wiki54 (müzakirə) 14:11, 8 avqust 2021 (UTC)Cavabla
Dr.Wiki54 zəhmət olmasa istiqamətləndirmələrə keçid verərkən onları müvafiq başlıqlara yönləndirin. Məsələn, Əhmədli bələdiyyəsini Bakı_bələdiyyələri#Xətai_rayonu şəklində yönləndirin. Məndə köməklik edəcəm. Diqqətiniz və əziyyətiniz üçün təşəkkür edirəm.— Turkmen müzakirə 11:11, 9 avqust 2021 (UTC)Cavabla
@İstifadəçi:Turkmen Eldarado-nun şərhindən sonra elə etmişəm. Kömək etsəniz əla olar say çoxdur. - Dr.Wiki54 (müzakirə) 11:13, 9 avqust 2021 (UTC)Cavabla
Dr.Wiki54 oxucların rahat ayırd etməsi üçün dəqiqləşdirmələri saxlasaq yaxşı olmazmı? — Turkmen müzakirə 19:08, 9 avqust 2021 (UTC)Cavabla
@İstifadəçi:Turkmen əvvəl fikirləşdim ki, silək. Sonra sizin kimi düşünməyə başladım. Məncə də saxlayaq. - Dr.Wiki54 (müzakirə) 19:30, 9 avqust 2021 (UTC)Cavabla
Turkmen bəy, sizcə indiki standart bələdiyyə siyahıları daha yaxşıdır, yoxsa buradakı kimi?
Dr.Wiki54 məncə Bakı bələdiyyələri daha yaxşıdır. Lakin həmin səhifədə başlıqlara nə üçün keçid verdiyinizi anlamadım. Bunun üçün {{Həmçinin bax}} şablonundan da istifadə edə bilərdiniz.— Turkmen müzakirə 11:44, 10 avqust 2021 (UTC)Cavabla
Səhifələri naşı olan vaxtımda yaratmışdım 😄 O zaman etdiyim səhvdir. Düzəldərəm. Vaxtım olduqca bütün siyahıları bu formaya gətirəcəyəm. - 12:15, 10 avqust 2021 (UTC) Dr.Wiki54 (müzakirə) 12:15, 10 avqust 2021 (UTC)Cavabla


Sual

[mənbəni redaktə et]

Salam Türkmən bəy! Məqalənin mühafizə olunmasını necə təmin etmək mümkündür? barədə köməklik göstərsəniz məmnun olardım. Əvvəlcədən təşəkkürlər!JahJacob (müzakirə) 07:35, 12 avqust 2021 (UTC)Cavabla

Salam, Vikipediya açıq və azad ensiklopediya olduğu üçün məqalələr çox az hallarda mühafizə edilir. Yalnız məqaləyə kütləvi hücum halları və davamlı vandalizm halları müşahidə olunduğu hallarda mühafizə edilə bilər. — Turkmen müzakirə 22:00, 12 avqust 2021 (UTC)Cavabla

User:212.47.139.29

[mənbəni redaktə et]

Salam White Demon. IP-lər tez-tez dəyişildiyi üçün normalda praktik olaraq onlar ən çoxu 2 günlük blok edilirlər (spammer və açıq proksilərdən başqa). Başlıqdakı IP tərəfinizdən 1 aylıq bloklanıb və yüksək ehtimal artıq həmin IP-dən başqası istifadə edir. Zəhmət olmasa blok müddətini 1 gün endirə bilərsinizmi? — Turkmen müzakirə 00:37, 15 avqust 2021 (UTC)Cavabla

Salam, endirdim. Amma tez-tez dəyişir ki? Mənim IP ünvanım axı sabitdir.— White Demツnyaz 01:30, 15 avqust 2021 (UTC)Cavabla
Dəyişilməsi qeyd etdiyim kimi yüksək ehtimaldır. Çünki biz onu dəqiq bilmirik. Amma qeyd edim ki, idarəçiliyimin ilk vaxtlarında IP-ləri aşağısı 1 həftəlik blok edirdim və bununla bağlı mənə tez-tez email-lər gəlirdi (IP başqa şəxsə keçirdi). Həmçinin böyük vikilərin də praktikasına nəzər salanda gördüm ki, IP ən çoxu 1-2 günlük bloklanır, hətta vandalizm ilə məşğul olubsa və həmin fəaliyyətin üzərindən bir neçə saat keçirsə ümumiyyətlə blok təyin etməyən adminlər də olur. Ancaq IP spam yayırsa qlobal idarəçi praktikasında azı 3 aylıq bloka göndərilir. — Turkmen müzakirə 01:46, 15 avqust 2021 (UTC)Cavabla

AWB isteği

[mənbəni redaktə et]

Merhaba, AWB düzenlemelerini yapabilmem için beni de kullanıcı listesine ekler misiniz? — Jelican9 (müzakirə) 18:44, 15 oktyabr 2021 (UTC)Cavabla

✅Y Salam, Burada cavab verdim.— Turkmen müzakirə 18:04, 23 oktyabr 2021 (UTC)Cavabla

Might be worth having a chat with Qulam İsmayılzadə about their contributions and reliable sources. m:User:COIBot/XWiki/ismayilzade.az Billinghurst (müzakirə) 11:54, 29 oktyabr 2021 (UTC)Cavabla

Hi, I saw that you wrote something. Need extra help?— Turkmen müzakirə 07:49, 9 noyabr 2021 (UTC)Cavabla

Cəza

[mənbəni redaktə et]

Bu məqalədə https://az.wikipedia.org/w/index.php?title=Qurban_Qurbanov&action=history Evrevre-ni saxta məlumat əlavə etdiyi üçün cəzalandırmaq lazımdır— Azerifactory (müzakirə) 20:47, 9 noyabr 2021 (UTC)Cavabla

✅Y @Azerifactory istifadəçiyə xəbərdarlıq verdim, davam etdiyi təqdirdə müvafiq məqalədə fəaliyyəti məhdudlaşdırılacaq. Diqqətiniz üçün təşəkkürlər. Turkmen müzakirə 18:00, 10 noyabr 2021 (UTC)Cavabla
Bir də Azərbaycan bayrağı bu məqaləni uzun müddətlik qorumaq lazımdır. Oktyabrdan vandalizm gedir.— Azerifactory (müzakirə) 17:21, 11 noyabr 2021 (UTC)Cavabla
✅Y @Azerifactory Turkmen müzakirə 17:50, 14 noyabr 2021 (UTC)Cavabla

İran Türkləri

[mənbəni redaktə et]

Salam. Səhifənin adını İran türkləri olaraq dəyişərdiz zəhmət olmasa. Lavici (müzakirə) 22:11, 1 dekabr 2021 (UTC)Cavabla

@Lavici ✔ Həll edildi Turkmen müzakirə 22:13, 1 dekabr 2021 (UTC)Cavabla

Salam. Zəhmət olmasa səhifənin adını Şahzadə Mustafa olaraq dəyişərdiz. Lavici (müzakirə) 12:22, 2 dekabr 2021 (UTC)Cavabla

@Lavici Bu adda bir çox səhifə mövcud olduğu üçün dəyişdirilməsi məqsədəuyğun deyil. Turkmen müzakirə 19:12, 3 dekabr 2021 (UTC)Cavabla
Digər vikilərə göz atsaz görərsiz ki məqalənin adı hər vikidə Şahzadə Mustafa olaraq qeyd edilib. Ayrıca məqalə üzərində işləyirəm və səhifədə digər məqalələrə keçid verilib. Lavici (müzakirə) 19:15, 3 dekabr 2021 (UTC)Cavabla
@Lavici digər vikilərdə bəlkə də gözdən yayına bilər. Çünki bu halda oxuyucu hansı məqaləyə müraciət edəcəyini rahatlıqla bilir. İstəsəz yanlış verilmiş keçidlərə düzəliş edə bilərsiniz. Turkmen müzakirə 19:19, 3 dekabr 2021 (UTC)Cavabla
Şahzadə Mustafanın dəqiqləşdirmə səhifəsi ümumiyyətlə lazımsızdır ama (dəqiqləşdirmə) şəklində qala da bilər. Yenə də hər məqalənin giriş hissəsində digər məqalərə müvafiq şablonla keçid vermək olar. Bu adda 4 məqalə mövcuddur. Bu arada digər wikilərdə də Mustafa Çələbi (I Mehmedin oğlu) Küçük Mustafa, Mustafa Çələbi (I Bəyazidin oğlu) Mustafa Çelebi kimi verilib. Sadəcə II Mehmedin oğlu haqqında məqalə 2-3 vikidə mövcud olduğundan həmin məqalə isə Şahzadə Mustafa (II Mehmedin oğlu) olduğu kimi qala bilər. Şahzadə Mustafa Osmanlıda və indi bu adda ən məşhur, ən çox tanınan şahzadədir. Şahzadə Mustafa dedikdə ağla ilk gələn bu şəxs odur. Vikipediyada adlandırma populyarlıq əsasında aparılır bunu nəzərə alsaq, yəni Osmanlıda bu adda çox şahzadə ola bilər, lakin ən məşhuru məqalədəki şəxsdir. Bütün bu haqlı arqumentlərimi nəzərə alaraq dəyişmənizi rica edirəm. Lavici (müzakirə) 19:54, 3 dekabr 2021 (UTC)Cavabla
Məqaləni namizəd vermişəm. Zəhmət olmasa dəyərləndirərdiniz. Lavici (müzakirə) 08:47, 4 dekabr 2021 (UTC)Cavabla
@Lavici vaxt tapan kimi göz atacam mütləq Turkmen müzakirə 18:29, 6 dekabr 2021 (UTC)Cavabla
Turkmen Salam. Təşəkkür edirəm. Ama adı dəyişilməyəcək deyirsiniz hə? Axı sadəcə axtarış etməniz kifayətdir dəyişdirilməsi üçün. Lavici (müzakirə) 18:32, 6 dekabr 2021 (UTC)Cavabla
@Lavici məncə hazırki ad doğrudur. İstəsəz digər həmkarlar ilə də məsləhət edin. Turkmen müzakirə 18:38, 6 dekabr 2021 (UTC)Cavabla
Tamamdır o zaman digər istifadəçilərdən də bu haqda fikirlərini bildirmələrini xahiş edirəm. Sura Shukurlu, Toghrul R, Dr.Wiki54, Samral, Eminn, Solavirum, Burocan, Xeyal, Verman1 və bura qeyd etmədiyim digər istifadəçilər. Lavici (müzakirə) 18:53, 6 dekabr 2021 (UTC)Cavabla
@İstifadəçi:Lavici məncə də ad doğrudur. Digər vikilərdə "Şahzadə Mustafa" adlı başqa məqalə mövcud olmadığı üçün istiqamətləndirmə verilməyib. Fikrimcə dəqiqləşdirmə səhifəsi yaradılıb müvafiq məqalələr qeyd olunmalıdır. Bu bütün Osmanlı şahzadələri üçün belədir. Surə 🗯 19:54, 6 dekabr 2021 (UTC)Cavabla
Lavici Mənim fikrimcə də olduğu kimi qalmağı doğru variantdır. Şahzadə Mustafa dedikdə ağla ilk gələn bu şəxs ola bilər amma hər kəs üçün eyni fikirdə olduğunu heçbirimiz dəqiq deyə bilmərik. — Xeyal (müzakirə) 16:40, 7 dekabr 2021 (UTC)Cavabla

Vandalism

[mənbəni redaktə et]

Please react to vandalism in this page: Ramal Haxverdili. Thanks. — Renvoy (müzakirə) 21:19, 3 dekabr 2021 (UTC)Cavabla

@Renvoy Hi, thanks for info. ✅Y Done by Araz Yaquboglu ,Turkmen müzakirə 18:40, 6 dekabr 2021 (UTC)Cavabla

Müraciət

[mənbəni redaktə et]

Salam. Zəhmət olmasa, vaxtınız olanda Bərpa üçün namizəd səhifələr bölməsində [3] Elvin Babazadə məqaləsi haqqında araşdırma aparıb fikrinizi bildirin. Bu məqalənin də bərpa olunması üçün müraciət olunub. Əvvəlcədən təşəkkürlər.Rza835 (müzakirə) 08:56, 9 dekabr 2021 (UTC)Cavabla

İdarəçi seçkisi

[mənbəni redaktə et]
İdarəçi seçkisi
Salam, Turkmen.
Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Surə 🗯 16:05, 20 dekabr 2021 (UTC) Cavabla

Mozalan - cizgi animasiya süjetləri

[mənbəni redaktə et]

Salam. Zəhmət olmasa Vüsalın müzakirəsiz sildiyi bu məqalələri bərpa edərsən. Bunlar cizgi film olduğu üçün ensiklopedik hesab edilə bilər: Gənc memar (film, 1978), Qozbeli qəbir düzəldərmi? (film, 1972), Milli əjdaha (film, 2007), "Mozalan"ın nağılı (film, 1979), Sınaq (film, 1985), Yerli kadr təsdiqə gedir (film, 1973).— samral müzakirə 13:35, 27 dekabr 2021 (UTC)Cavabla

@Samral ✅Y salam içərisində məzmun olanları bərpa etdim. Zəhmət olmasa göz atarsan. Bərpa etmədiyimin içərisində demək olar ki, 1 nöqtə belə yoxdur. Turkmen müzakirə 20:56, 29 dekabr 2021 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Salam. Bu 3 məqaləni (Xocalı soyqırımı, Əlif Hacıyev, Şuşa) artıq aylardır ki, vandallar pis günə salırlar. Uzun müddətlik qorumaya ehtiyac lazımdır.— Azerifactory (müzakirə) 18:48, 27 dekabr 2021 (UTC)Cavabla

@Azerifactory salam. ✅Y Müvafiq mühafizə parametrləri tətbiq edildi. Turkmen müzakirə 20:50, 29 dekabr 2021 (UTC)Cavabla