İran Traktorqayırma Şirkəti
İran Traktorqayırma Şirkəti (fars. شرکت تراکتورسازی ایران, ing. Iran Tractor Manufacturing Company) — baş ofisi Təbrizdə yerləşən traktorqayırma şirkəti.
Zavod 1966-cı ildə Rumıniya ilə bağlanan dövlətlərarası müqavilə əsasında 1968-ci ildə yaradılıb. Zavodun ilk məqsədi tək və cüt differensial sürət qutusuna, 45-65 at gücünə malik 10000 ədəd traktor istehsal etmək idi. Təbriz traktor zavodu Yaxın və Orta Şərqin ən böyük traktor zavodudur. Burada istehsal, demək olar ki, bütünlüklə yerli ehtiyat hissələrinə əsaslanır.
1976-cı ildən Massey Ferguson tərəfindən ildə 13000 ədəd traktor yığılır. Hazırda şirkətin istehsal gücü illik 30000 ədədə qədər artıb.
1987-ci ildə zavod müxtəlif sənaye sahələri üçün tökmə məhsulları istehsal edə biləcək tökmə potensialının artırılmasna başladı. Hal-hazırda o, Orta Şərqdə ən böyük tökmə tutumu olan şirkətdir. 1990-cı illərdə zavod əsas məhsullarla yanaşı, kiçik yük maşınları və çənlər də buraxmağa başladı. Təbriz traktor zavodu, Rusiya və Türkiyədən tutmuş, Boliviya və Venesuelaya qədər traktor ixrac edir. İranın traktor tələbatının 95%-ni bu zavod ödəyir. Traktor zavodunun məşhur Traktor FK futbol komandası İranda Azərbaycan türklərinin qürur mənbəyidir.