İnsanlığın beşiyi
İnsanlığın beşiyi | |
Fossil Hominid Sites of South Africa [* 1] | |
| |
Ölkə | CAR |
---|---|
Tip | Mədəni |
Kriteriya | iii, vi |
Keçid | 915 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1999 (23-cü sessiya) |
Genişləndirilməsi | 2015 |
|
|
İnsanlğın beşiyi — CAR-ın Qautenq vilayəti, Yohannesburq şəhərinin 50 km (31 mil) şimal-qərbində yerləşən, paleoantropoloji ərazi.[1][2][3] 1999-cu ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilmişdir.[4] Hazırda 47 000 hektar ərazini əhatə edir[5] və əhəng daşı mağaraları kompleksini ehtiva edir.
Lakin, mövcud arxeoloji və fosil sübutlarına görə, insanlığın beşiyi tez-tez "bəşəriyyətin beşiyi" kimi xatırlanan Şərqi Afrikadakı Afar üçbucağıdır.[6][7]
Ərazidəki Sterkfonteyn mağaraları 1947-ci ildə Robert Brum və Con Telbot Robinson tərəfindən tapılmış 2.3 milyon illik bir Australopithecus africanus fosilinin ("Xanım Ples" ləqəbli) kəşf edildiyi yer idi. Tapıntı 1924-cü ildə qazıntı işlərinin davam etdiyi Cənubi Afrikanın şimal-qərb viyalətindəki Taunq-da Raymond Dart tərəfindən "Taung uşağı" olaraq bilinən, yetkinlik yaşına çatmayan Australopithecus africanus kəlləsinin kəşfini təsdiqləməyə kömək etdi.
Əraziyə daxil olmasa da, yaxınlığındakı Rayzinq-Star mağara sistemində, müvəqqəti olaraq Homo naledi adlandırılan nəsli kəsilmiş bir növün on beş fosil skeleti tapılan Dinaledi otağı (ulduzlar otağı) var.
Təkcə Sterkfonteyn 2010-cu ildən əvvəl tapılmış erkən hominid fosillərinin üçdə birindən çoxunu ehtiva etmişdir.[8] Dinaledi otağı isə, 1500-dən çox H. naledi fosilini, Afrikada indiyə qədər tapılan tək hominid növünün ən geniş kəşfini ehtiva edir.[9]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Ərazi üçün işlədilən "insanlığın beşiyi" ifadəsi ərazidə indiyə qədər tapılmış çox sayda (və ən qədimlərindən bəziləri), bəziləri 3,5 milyon il əvvələ aid olan tapıntılara əsaslanır.[1][2][3]
Kəşflərin tarixi
[redaktə | mənbəni redaktə et]1935-ci ildə Robert Brum Sterkfonteyndə ilk meymun-insan fosillərini tapdı və bu ərazi üzərində işə başladı. 1938-ci ildə gənc bir məktəbli olan Qert Terrblenç yaxınlıqdakı Kromdraai arxeoloji sahəsindən sonralar Paranthropus robustus olaraq təyin olunan kəllə parçaları gətirdi. 1938-ci ildə həmçinin Kromdraai ilə Sterkfonteyn arasındakı Kuper mağarasında tək meymun-adam dişinə rast gəlindi. 1948-ci ildə ABŞ-dən olan Kamp-Pibadi ekspedisiyası da ərazi yaxınlığında hominid fosilləri axtarsa da, tapa bilmədi. Daha sonra 1948-ci ildə Robert Brum Svertkanas mağarasından ilk hominid qalıqlarını aşkar etdi. 1954-cü ildə CAR-lı paleontoloq Çarlis
Kimberlin Breyn ərazidə, o cümlədən Kuper mağarasında işləməyə başladı. O daha sonra Svertkrans mağarasında ərazidən aşkar edilmiş ikinci ən böyük hominid nümunələri kolleksiyası ilə nəticələnən üç illik işinə başlayır. Homo erectus tərəfindən istifadə edilən ən qədim idarə olunan ocaq da Svertkransda aşkar edilmiş və 1 milyon il əvvələ aid edilmişdir.[10][11]
1966-cı ildə Flip Tobias, hələ də davam edən və dünyanın ən uzun müddət davam edən qazıntı işləri olan Sterkfonteyn qazıntılarına başladı. 1991-ci ildə Vitvatersrand Universitetindən Li Berqer, Qladisveyl sahəsindən ilk hominid nümunələrini kəşf etdi və bura 48 ildə Cənubi Afrikada kəşf ediləcək ilk yeni erkən hominid sahəsi oldu. 1994-cü ildə Andre Kayser Drimolin sahəsində fosil hominidlər aşkar etdi. 1997-ci ildə Kevin Kuykendall və Vitvatersrand Universitetindən Kolin Menter, Qondolin sahəsində iki fosil hominid diş tapdılar. 1997-ci ildə həmçinin, Ron Klerk tərəfindən təxminən 3,3 milyon il əvvələ aid olan və "Kiçik Ayaq" adlandırılan Avstralopitek skeleti aşkar edilmişdir. [[Şəkil:Australopithecus_africanus_-_Cast_of_taung_child_Face.jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Australopithecus_africanus_-_Cast_of_taung_child_Face.jpg%7Cleft%7Cthumb%7C[[Australopithecus[ölü keçid] africanus]] (yenidənqurma)]] 2001-ci ildə Dyuk Universitetindən Stiv Çörçill və Lii Berqer Plovers gölündə erkən müasir insan qalıqlarını tapdılar. 2001-ci ildə Kupers mağarasında ilk hominid qalıqlar və daş alətlər tapıldı. 2008-ci ildə Lii Berqer, Malapa fosil sahəsində 1,78-1,95 il əvvəllər arasında yaşamış iki hominidin (Australopithecus sediba) qalıqlarını aşkar etdi.
2013-cü ilin oktyabr ayında Berqer, daha çox hominid fosili sahələrini aşkar etmək məqsədi ilə insanlığın beşiyindəki mağara sistemlərini araşdırmağı geoloq Pedro Boşofa tapşırdı. Rik Hunter və Stivn Tukker, Rayzinq-Star mağaralar sistemində təyin olunmuş ərazinin əvvəllər tədqiq edilməmiş bir bölgəsində hominid qalıqları aşkar etdilər. 2013-cü ilin noyabr ayında Berqer, Vitvatersrand Universiteti və Milli Coğrafiya Cəmiyyətinin Svertkrans yaxınlığındakı Rayzinq-Star mağara sistemində ortaq bir ekspedisiyasına rəhbərlik etdi. Cəmi üç həftəlik qazıntı işləri zamanı paleoantropologiya və mağara araşdırmalarındakı bacarıqları və xüsusən də kiçik ölçüləri üçün seçilən altı qadınlı beynəlxalq speleoloji qrup hal-hazırda naməlum olan fosil homind növünün 1200-dən çox nümunəsini tapdı. Ərazi hələ tarixləşdirmə mərhələsindədir. 2015-ci ilin sentyabr ayında Berqer, Milli Coğrafiya Cəmiyyəti ilə birlikdə, UW-101 sahəsində Homo naledi adlı yeni bir insan qohumunun tapıldığını elan etdi.[12][13][14] Ən təəccüblüsü, bu kəşf cinsimizin mənşəyinə və müxtəlifliyinə aydınlıq gətirməkdən əlavə, H. naledi-lərin ölülərinin cəsədlərini uzaq bir mağara otağında qəsdən saxladığını və bunun, əvvəllər insanlar tərəfindən edilmiş düşüncəli davranış olduğunu ortaya çıxardı.[15][16]
Rayzinq-Star ekspedisiyasının son günlərində, Rik Hanter və Stivn Teykr mağara sisteminin başqa bir hissəsində əlavə fosil hominid materiaıl tapdılar. UW-102 olaraq təyin olunmuş bu ərazidə ilkin qazıntılar başlamış və tam hominid fosil materialı əldə edilmişdir. UW-101 və UW-102 sahələri arasındakı əlaqə hələ də bəlli deyil.[17][18][19]
Geoloji kontekst
[redaktə | mənbəni redaktə et]İnsanlığın beşiyindəki hominid qalıqları dolomit mağaralarında mövcud olur və tez-tez əhəng daşı və brekçiya adlanan digər çöküntülərin qarışığına daxil olur və zamanla qalıqlaşır. Hominidlər bütün Afrikada yaşamış ola bilər, lakin qalıqlar yalnız fosillərin əmələ gəlməsi və qorunması üçün şərait möbvcud olan yerlərdə tapılır.
Ziyarətçi mərkəzləri
[redaktə | mənbəni redaktə et]7 dekabr 2005-ci ildə Cənubi Afrika Respublikasının prezidenti Tabo Mbeki ərazidə yeni Maropenq ziyarətçi mərkəzini açdı.[20]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Fleminger, David. The Cradle of Humankind. 30° South Publishers. 2008. 7–10. ISBN 978-0-9584891-3-3.
- ↑ 1 2 "Cradle of Humankind – David Fleminger" (ingilis). 2019-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ 1 2 Wayman, Erin. "The Human Evolution World Tour". Smithsonian Magazine (ingilis). 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "Why is the Cradle of Humankind important?". 2018-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- ↑ "Maropeng a'Afrika and the Cradle of Humankind". maropeng.co.za. 23 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2010.
- ↑ Cavalazzi, B.; Barbieri, R.; Gómez, F.; Capaccioni, B.; Olsson-Francis, K.; Pondrelli, M.; Rossi, A.P.; Hickman-Lewis, K.; Agangi, A.; Gasparotto, G.; Glamoclija, M. "The Dallol Geothermal Area, Northern Afar (Ethiopia)—An Exceptional Planetary Field Analog on Earth". Astrobiology. 19 (4). 2019-04-01: 553–578. doi:10.1089/ast.2018.1926. ISSN 1531-1074. PMC 6459281. PMID 30653331.
- ↑ Maslin, Mark. The Cradle of Humanity: How the changing landscape of Africa made us so smart (ingilis). Oxford University Press. 2017-01-18. ISBN 978-0-19-100971-6.
- ↑ Smith, David. "Visit to the Cradle of Humankind". The Guardian. London. 15 yanvar 2010. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2010.
- ↑ Wong, Kate. "Mysterious New Human Species Emerges from Heap of Fossils". Scientific American. 10 sentyabr 2015. 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2015.
- ↑ Brain, CK; Sillen, A. "Evidence from the Swartkrans Cave for the earliest use of fire". Nature. 336 (6198). 1988: 464:466. Bibcode:1988Natur.336..464B. doi:10.1038/336464a0.
- ↑ Hilton Barber, Brett; Berger, Lee R. Field Guide to the Cradle of Human Kind: Sterkfontein, Swartkrans, Kromdraai and Environs World Heritage Site (First). Cape Town: Penguin Random House. Dekabr 2004. səh. 75. ISBN 9781770070653. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2016.
- ↑ "New Species of Human Discovered in South Africa". IFLScience. 2016-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ Photograph Mark Thiessen, National Geographic. "This Face Changes the Human Story. But How?". National Geographic. 10 sentyabr 2015. 2018-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ Berger, Lee R.; Hawks, John; De Ruiter, Darryl J.; Churchill, Steven E.; Schmid, Peter; Delezene, Lucas K.; Kivell, Tracy L.; Garvin, Heather M.; Williams, Scott A.; Desilva, Jeremy M.; Skinner, Matthew M.; Musiba, Charles M.; Cameron, Noel; Holliday, Trenton W.; Harcourt-Smith, William; Ackermann, Rebecca R.; Bastir, Markus; Bogin, Barry; Bolter, Debra; Brophy, Juliet; Cofran, Zachary D.; Congdon, Kimberly A.; Deane, Andrew S.; Dembo, Mana; Drapeau, Michelle; Elliott, Marina C.; Feuerriegel, Elen M.; Garcia-Martinez, Daniel; Green, David J.; və b. "Homo naledi, a new species of the genus Homo from the Dinaledi Chamber, South Africa". eLife. 4. 2015. doi:10.7554/eLife.09560. PMC 4559886. PMID 26354291.
- ↑ Yohannesburq, Vitvatersrand Universiteti. "Homo naledi - Wits University". www.wits.ac.za. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ Dirks, Paul HGM; Berger, Lee R.; Roberts, Eric M.; Kramers, Jan D.; Hawks, John; Randolph-Quinney, Patrick S.; Elliott, Marina; Musiba, Charles M.; Churchill, Steven E.; De Ruiter, Darryl J.; Schmid, Peter; Backwell, Lucinda R.; Belyanin, Georgy A.; Boshoff, Pedro; Hunter, K Lindsay; Feuerriegel, Elen M.; Gurtov, Alia; Harrison, James du G.; Hunter, Rick; Kruger, Ashley; Morris, Hannah; Makhubela, Tebogo V.; Peixotto, Becca; Tucker, Steven. "Geological and taphonomic context for the new hominin species Homo naledi from the Dinaledi Chamber, South Africa". eLife. 4. 2015. doi:10.7554/eLife.09561. PMC 4559842. PMID 26354289.
- ↑ "Rising Star Expedition". 2014-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ "Scientists bag more than 1 000 fossils at Cradle 'treasure trove'". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ "Johannesburg Update". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ "Mbeki opens Maropeng centre". News24. 8 dekabr 2005. 30 sentyabr 2007 tarixində orijinalından arxivləşdirilib.
Maropeng, which means 'the place where we come from,' is expected to receive over 500 000 visitors annually, according to the Gauteng provincial government.