İnci xanım
İnci xanım | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir əyaləti |
Həyat yoldaşı | Kavalalı Səid Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
İnci xanım (ö. 5 sentyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ilk xanımı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsli və doğum tarixi məlum deyil. Ancaq 6 yaşında kölə olaraq satın alınaraq Mehmed Əli Paşanın qızı Xədicə Nazlı xanımın xidmətinə alındığı bilinir. Uzun qızılı saçlı və mülayim xasiyyətli bu qız daha sonralar paşanın oğlu Səid Paşanın hərəminə daxil oldu. Cütlüyün övladı olmasa da, Səid Paşa ona dərin məhəbbətlə bağlı idi. Üstəlik o, Avropasayağı həyat tərzini mənimsəyən və bütün Misirdə bunu tədbiq etməyə çalışan Səid Paşanın istədiyi ideal konsort kraliça standartlarına uyğun idi.
Osmanlı və Avropa dövlətlərindən gələn diplomatları və xanımlarını qarşılanma mərasimlərində iştirak etməyə başlayan İnci xanım onlara qarşı mülayim və nəzakətli davranırdı. Bu xasiyyəti ilə qısa zamanda Misirdə və bütün Avropa dövlətlərində "Səid Paşanın sevimli xanımı" olaraq tanınmağa başlandı. Onun haqqındakı bir çox məlumat da məhz onunla söhbət edib qəbulunda olan Avropalı diplomat və səyyahların xatirələrindən alınmışdır. Sarayda geyim reformasiyası aparan İnci xanım, özü üçün daha ənənəvi və yerli geyim tərzini seçdi.
1863-cü ildə Səid Paşanın vəfatının ardından İnci xanım bir daha evlənmədi və Misirdə Avropalı qonaqlar üçün tərtib edilən məclis və mərasimlərin əvəzolunmaz iştirakçısı olaraq qaldı. 5 sentyabr 1890-cı ildə İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Chennells, Ellen (1893). Recollections of an Egyptian Princess, Volume 1. William Blackwood.
- Doumani, Beshara (February 1, 2012). Family History in the Middle East: Household, Property, and Gender. SUNY Press. ISBN 978-0-7914-8707-5
- Mostyn, Trevor (September 5, 2006). Egypt's Belle Epoque: Cairo and the Age of the Hedonists. Tauris Parke Paperbacks. ISBN 978-1-84511-240-0
- Cuno, Kenneth M. (April 1, 2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Syracuse University Press. ISBN 978-0-815-65316-5