İmralı
İmralı adası | |
---|---|
türk. İmralı adası | |
Ümumi məlumatlar | |
Sahəsi | 9,98 km² |
Uzunluğu |
|
Eni | 3 km |
Hündür nöqtəsi | 217 m |
Yerləşməsi | |
40°32′07″ şm. e. 28°32′08″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon |
|
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya Kalonilos — Mərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülük və Balıqçılıq ilə məşğul olurdular. Sonradan ipəkçilik belə inkişaf etdirilir. Ada xüsudi ilə Pruss ilə Konstantinopol arasında əlaqələndırıcı rolunu oynayırdı. 1308-ci ildə adanı osmanlıdan olan dəniz qulduru Əmir Əli ələ keçirmişdir. Adanın adıda onun adından meydana gəlmişdir. Bu adanın ələ keçirilməsindən sonra bizanslıların bu istiqamətdən əlaqəsi tamamən itmişdir[1]. 1326-cı ildə isə Pruss şəhəri türklərin əlinə keçmişdir. XX əsrin əvvəllərinə qədər adada cəmi üç yunan kəndi vardı. 1922–1923 illərdə Türkiyə və Yunanıstan arasında olan məlum səbəblərdən yunanlar köçürülmüşdür. Hazırda adada Kürd Fəhlə Partiyasının liderlərindən olan Abdullah Öcalan saxlanılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.