Ürək çatışmazlığı
Ürək çatışmazlığı | |
---|---|
XBT-10 | I50 |
XBT-9 | 428.0 |
DiseasesDB | 16209 |
MedlinePlus | 000158 |
MeSH | D006333 |
Vikianbarda əlaqəli mediafayllar |
Ürək çatışmazlığı (lat. insufficientia cordis[1][2]) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.
Əmələgəlmə səbəbləri
[redaktə | mənbəni redaktə et]Anadangəlmə ürək qüsurları
[redaktə | mənbəni redaktə et]Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar.
- Fallo tetradası
- Açıq arterial axacaq
- Qulaqcıqlararası çəpərin qüsuru
- Mədəciklərarası çəpərin qüsuru
- Ebşteyn anomaliyası
Qazanılmış ürək qüsurları
[redaktə | mənbəni redaktə et]Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur.
- Aorta qapağının daralması
- Aorta qapağının çatışmazlığı
- İkitaylı qapağın daralması
- İkitaylı qapağın çatışmazlığı
- Perikardit
- Taxikardiya
- Arterial hipertenziya
- İnfarkt
- Kardiogen şok
Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da təngnəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur. Nəticə etibarilə orqan və toxumaların hipoksiyası və digər metobolizm pozğunluqları meydana çıxmış olur.
Əsas əlamətlər
[redaktə | mənbəni redaktə et]- Yorğunluq, təngnəfəslik[3][4]
- Köpüklü öskürək, qanhayxırma[5]
- Akrosianozlar — barmaqların uclarının və dodaqların göyərməsi
- Ağciyər ödemi[6]
- Aşağı ətrafların ödemi-şişməsi[7]
- Perikard və plevra boşluqlarına mayenin toplanması[8][9]
- Assit — qarın boşluğuna mayenin toplanması
- Qaraciyərin böyüməsi
Gedişatı
[redaktə | mənbəni redaktə et]Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki.
- Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya ya da bradikardiyala, travma nəticəsində meydana çıxan urək tamponadası, qəfləti ürək qapaqçıqlarının vətər elementlərindən birinin qırılmas, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. Kəskin gedişatda meydana çıxan bu pataloji funksional pozğunluğa orqnizm hazır olmadığına görə kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.
- Xroniki ürək çatışmazlığı isə bir aydan bir ilə qədər müddətdə inkişaf edərək və uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə: ürək əzələsinin qalınlaşması, qan damarlarının daralması qan həcminin artması ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Sonradan orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya: ödem, dispnoe — təngnəfəslik mərhələsinə qədəm qoyur. Təginəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərir.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]NYHA — təsnifatı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
|
Müalicə
[redaktə | mənbəni redaktə et]Dərman preparatları | NYHA I | NYHA II | NYHA III | NYHA IV | |
---|---|---|---|---|---|
ACE-inhibitor | göstəriş | göstəriş | göstəriş | göstəriş | |
AT1-antaqonist | ACE-inhibitorla əks göstəriş | ACE-inhibitorla əks göstəriş | ACE-inhibitorla əks göstəriş | ACE-inhibitorla əks göstəriş | |
Betablok | Miokard infarktından sonra Arterial hypertoniyalarda |
göstərişa | göstərişa | göstərişa | |
Diuretiklər | Saluretiklər | – | maye durğunluğu zamanı | göstəriş | göstəriş |
Tiazidlər | Arterial hypertoniyalarda | maye durğunluğu zamanı | göstəriş | göstəriş | |
Aldosteron antaqonistləri | Miokard infarktından sonra | göstəriş | göstəriş | göstəriş | |
Ürək qlikozidləri | Qulaqcıqların səyrici aritmiyası | Qulaqcıqların səyrici aritmiyası | göstərişb | göstərişb | |
asabit xəstələr bplazmada izini təyit etməklə |
Operativ müdaxilələr
[redaktə | mənbəni redaktə et]- Ürəyin nasos funksiyasının kəskin azalması və ürəyin ötürücü sisteminin pozulması belə ki, His dəstəsinin sol ayaqcığının blokadası zamanı biventrikulyar ürək elektrostimulyatorunun implantasiyası;
- Spontan və qəflətən baş verən mədəcik taxikardiyalarında Ürəkdaxili kardioversion-defibrilyatorun (ICD) implantasiyası;
- Ürək qapaqlarının çatışmazlığında qapaq konstruksiyaları ya süni qapaqla əvəzlənməsi əməliyyatları;
- Qlobal çatışmazlıqda "süni ürək", yaxud sol mədəcik yardımçı sisteminə (LVAD) ya da süni qan dövranı aparatına qoşulma. Bu müdaxilə ürək köçürməsinə qədər (ing. “bridge to transplant”) yada miokarditlərdə ürək əzələsinin öz qüvvəsini bərpa edənə qədər (ing. “bridge to recovery”) müvəqqəti körpü funksiyası daşıyır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Süni ürək
- Süni qan dövranı aparatı
- Elektrokardiostimulyator
- İmplantat kardioverzion-defibrilyator
- Pompe xəstəliyi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Herzschwäche". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25.
- ↑ "openthesaurus.de — insufficientia cordis". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25.
- ↑ ["Müdigkeit (alm.)". 2014-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25. Müdigkeit (alm.)]
- ↑ ["Kurzatmigkeit (alm.)". 2015-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25. Kurzatmigkeit (alm.)]
- ↑ ["Husten (alm.)". 2014-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25. Husten (alm.)]
- ↑ "Lungenödem (alm.)". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25.
- ↑ ["Geschwollene Knöchel (alm.)". 2015-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25. Geschwollene Knöchel (alm.)]
- ↑ "Pleuraerguss: Ursachen (alm.)". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25.
- ↑ "Herzbeutelerguss (alm.)". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-25.
- ↑ U. C. Hoppe, M. Böhm, R. Dietz, P. Hanrath, H. K. Kroemer, A. Osterspey, A. A. Schmaltz, E. Erdmann: Leitlinien zur Therapie der chronischen Herzinsuffizienz. In: Z Kardiol. 94, (2005), S. 488–509. PDF [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Leitlinien zur Therapie der chronischen Herzinsuffizienz (PDF) (Deutsche Gesellschaft für Kardiologie, 2005; 366 kB)
- 1994 Revisions to Classification of Functional Capacity and Objective Assessment of Patients With Diseases of the Heart (American Heart Association, 1994)
- Leitlinien zur Therapie der chronischen Herzinsuffizienz (PDF) (Deutsche Gesellschaft für Kardiologie, 2005; 366 kB)
- 1994 Revisions to Classification of Functional Capacity and Objective Assessment of Patients With Diseases of the Heart (American Heart Association, 1994)
- Herzfehler (alm.)
- Herzinsuffizienz (Herzschwäche, Herzmuskelschwäche): Weitere Informationen (alm.)
- Herzschwäche (alm.)
- Herzschwäche (Herzmuskelschwäche, Herzinsuffizienz) (alm.)
- http://www.apotheken-umschau.de/Herzschwaeche/Herzschwaeche-Herzinsuffizienz-Symptome-11868_3.html Arxivləşdirilib 2016-02-03 at the Wayback Machine
- http://www.heartfailurematters.org/DE/Herzinsuffizienzverstehen/Seiten/Symptomsofheartfailure.aspx Arxivləşdirilib 2014-09-30 at the Wayback Machine