Çoban qız (Buqro)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çoban qız
Pastourelle
Əsərin görünüşü
Əsərin görünüşü
Rəssam Vilyam Buqro
Tarixi 1889
Üslubu portret
Texnikası yağlı boya
Ölçüləri 159 sm × 93 sm
Materialı kətan
Saxlanıldığı yer Filbruk İncəsənət Muzeyi
Vəziyyəti Muzeydə sərgilənir
Saytı philbrook.emuseum.com/ob…
İnventar nömrəsi 1947.8.82[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çoban qız (fr. Pastourelle) - fransız akademik rəssam Vilyam Buqro tərəfindən 1889 - cu ildə yağlı boya ilə işlənmiş rəsm əsəri. Əsərdə kənd mühiti fonunda əsas obraz kimi çoban qız təsvir edilmişdir. Qız torpaq üzərində ayaqyalın dayanmışdır və onun sağ ayağı sol ayağından irəlidə durmuşdur. Sadə kənd geyimində olan qız çoban çomağını çiyninə qoymuş və əllərini onun üstündən aşırmışdır. Qızın fonunda isə çəmənlikdə otlayan öküzlər görünməkdədir.

Əsər Buqronun çoban qızları təsvir etdiyi əsərlərindən biridir. Buqronun əsər üçün istifadə etdiyi model qız isə Bohemiyalı əsərində istifadə etdiyi modellə eynidir. əsər hazırda Filbruk İncəsənət Muzeyində saxlanılır.[2]

  1. https://philbrook.org/explore/art/little-shepherdess.
  2. "The Shepherdess Filbruk İncəsənət Muzeyinin saytında". 2011-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-31.