Çin Xalq Bankı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çin Xalq Bankı
Yerləşməsi
Ölkə
Ümumi məlumatlar
Yaranma tarixi 1 dekabr 1948
Digər məlumatlar
Saytı pbc.gov.cn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çin Xalq Bankı (çin. ənən. 中國人民銀行, sadə. 中国人民银行, pinyin: Zhōngguó Rénmín Yínháng, hərfi mənası: "Çjunqo Jenmin İnxan") — ölkə hökumətinin rəhbərliyi altında öz funksiyalarını yerinə yetirən Çin Xalq Respublikasının mərkəzi bankı[1].

1980-ci ildə aparılan iqtisadi islahat nəticəsində bankın kommersiya funksiyaları müstəqil, lakin dövlətə məxsus olan 4 bank arasında bölüşdürüldü və 1983-cü ildə Dövlət Şurası MBK-nın yalnız mərkəzi bank kimi fəaliyyət göstərməsi barədə qərar qəbul etdi. Hüquqi mövqe nəhayət 18 mart 1995-ci ildə təsis edilmişdir. 1998-ci ildə struktur islahatları nəticəsində bütün yerli və əyalət şöbələri bağlandı və MBK səlahiyyətləri yerli inzibati bölgüyə uyğun gəlməyən 9 regional şöbə açdı. 2003-cü ildə Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi qanuna düzəlişlər qəbul etdi və bu dəyişikliklərə əsasən, bank ümumi maliyyə sabitliyini təmin etmək və ölkənin pul siyasətini həyata keçirmək üçün bir sıra əlavə səlahiyyətlər aldı.

Çin Xalq Bankı 3,201 trilyon dollar məbləğində ehtiyatlarının həcminə görə dünyanın ən böyük maliyyə qurumudur[2].

2019-cu ilin avqustunda Çin Mərkəzi Bankı beş illik inkişafdan sonra milli rəqəmsal valyutanın tezliklə istifadəyə veriləcəyini elan etdi[3].

  1. "Law of the People's Republic of China on The People's Bank of China" (PDF). The People’s Bank of China. 2019-07-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-27.
  2. Kenneth Rapoza. "China's Cash Position Swells To Record High" (ingilis). Forbes. 2011-10-15. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-27.
  3. "China's central bank digital currency is "ready" after 5 years of development" (ingilis). The Block. 2019-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.