Çikaqo Universiteti
Çikaqo Universiteti | |
---|---|
University of Chicago | |
41°47′23″ şm. e. 87°35′59″ q. u.HGYO | |
Şüar | Crescat scientia; vita excolatur (Latınca) |
Əsası qoyulub | 1890 |
Tip | Özəl universitet |
Rektor | Jason Wong |
Tələbə sayı | 5000 tələbə və 9,000 aspirant |
Şəhər | Çikaqo, İllinoys |
Ölkə | |
Sayt | uchicago.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Çikaqo Universiteti (ing. Universitety of Chicago) — ABŞ-nin Çikaqo şəhərində, İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzidir. Bu universitet ABŞ-də Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. Ali məktəb özünün fərqli tədris planı və 1930-cu ildə universitetin prezidenti Robert Maynard Hatçins tərəfindən əsası qoyulmuş təhsil islahatları ilə seçilir. ABŞ-də ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb.
Tarixi
[redaktə | mənbəni redaktə et]Çikaqo Universiteti 1890-cı ildə neft maqnatı və xeyriyyəçi Con Rokfeller tərəfindən yaradılıb. 1891-ci ildə Uilyam Reyni Harper universitetin rəhbəri təyin edilib və burada ilk dərslər 1892-ci il oktyabrın 1-dən başlayıb.
1898-ci ildə universitetin nəzdində Biznes, 1902-ci ildə isə Hüquq məktəbi yaradılıb. 1906-cı ildə R. Harper vəfat edir və 1923-cü ilədək burada üç prezident dəyişir. Bu dövr ərzində universitetin nəzdində Şərq İnstitutu yaradılır. 1929-cu ildə Robert Hatçins Çikaqo Universitetinə prezident təyin olunur. Prezidentliyi 24 il sürən Hatçins bir çox dəyişiklik edir, o, alimləri universitetə cəlb edərək "Ortaq Nüvə" tədqiqat mərkəzini yaradır və liberal sənət tədris planını həyata keçirir. Onun rəhbərliyi altında Çikaqo Universiteti Xəstəxanaları (Çikaqo Universiteti Tibb Mərkəzi), İctimai Düşüncə Komitəsi yaradılır, tibb fakültəsi açılır. İkinci dünya müharibəsi dövründə universitet Manhetten layihəsinə önəmli əlavələr edir. 1942-ci ildə Enriko Fermi burada müstəqil nüvə reaksiyaları aparır, plutoniumun izolyasiyası üzrə iş həyata keçirilir.
1962-ci ildə universitetin prezidenti Bidlin kampus torpaqlarını icarəyə verdiyi üçün tələbə hərəkatı baş verir. 1969-cu ildə universitetin 400 tələbəsi məşhur müəllimləri Marle Diksonun işdən çıxarılmasına qarşı çıxaraq bu təhsil ocağının inzibati binasını ələ keçirir və 2 həftə müddətində binanı tərk etmirlər. 1978-ci ildə Anna Holborn Qrey Çikaqo Universitetinin prezidenti seçilir və 15 il bu vəzifədə çalışır.
1999-cu ildə universitetin prezidenti Huqo Sonnensçeyn əsas fənlərin sayını 21-dən 15-ə endirərək məşhur nüvə tədris planını zəiflədir. Bütün mətbuat bu məsələni müzakirə edir, universitet təhsili mövzusu cəmiyyətdə aparılan müzakirələrin mərkəz nöqtəsinə çevrilir, nəticədə prezident Huqo Sonnensçeyn 2000-ci ildə istefa verməli olur.
Son on ildə Çikaqo Universiteti milyonlarla dollar dəyərində genişlənmə layihələrinə başlayıb. 2008-ci ildən universitetdə Milton Friedman İnstitutu yaradılır. İnstitutun açılmasının təxminən 200 milyon dollara başa gələcəyi və Çikaqo İlahiyyat Seminariyasının binalarında yerləşəcəyi qeyd edilir, lakin bir çox tələbə və müəllim bu layihəyə qarşı çıxır.
2008-ci ildə investor Devid But Çikaqo Universitetinin Biznes Ali Məktəbinə 300 milyon dollar hədiyyə edib, bu da universitetin tarixində hədiyyə olunmuş ən böyük məbləğdir. 2009-cu ildə 100 milyon dollar dəyərində yeni tədqiqat mərkəzləri və s. layihələr həyata keçirilib. Bunlardan Cerald Ratner İdman Mərkəzini, 10 mərtəbəli Tibbi Tədqiqat Mərkəzini, Culs və Guin Knapp Biotibbi Kəşflər İnstitutunu və s. qeyd etmək olar.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Çikaqo Universitetinin kampusu Çikaqo şəhərinin mərkəzində — Hayd-parkda, Miçiqan gölünün yaxınlığında 85 hektarlıq ərazidə (211 akr) yerləşir. Kampusun ərazisində ümumilikdə 243 bina yerləşir. Binalar Oksford Universitetinin binalarına oxşar qotik (orta əsrlərdə Avropada yayılmış memarlıq üslubu) tərzdə inşa edilib. Çikaqo Universitetinin Mitçel qülləsi eynilə Oksford Universitetinin Maqdalena qülləsinə, Hatçinson salonu isə Krist kilsəsinə oxşayır. Kampusun "Ana Dördbucaq" adlanan əsas hissəsinin binaları memar Henri İves Kobb tərəfindən inşa edilib — altı dördbucaq bina bir böyük dördbucaq meydan əmələ gətirir. 1940-cı illərdən başlayaraq, qotik üslubunu müasir tərzdə inşa edilmiş tikililər əvəz edir.
Barak Obama 1991-ci ildən 2004-cü ilədək Çikaqo Universitetində Konstitusiya hüququ fənnini tədris edib.
2001-ci ildə Meksikalı postmodernist Rikardo Leqoretta tərəfindən Maks Palevski ümumi Yataqxanası hazırlanıb. Çikaqo Universitetində ana şəhərcikdən kənarda da tikinti işləri aparılır. Sinqapur, London və Parisdə universitetin binaları fəaliyyət göstərir.
Çikaqo Universitetində təhsil alan tələbələrin 60%-i kampusun ərazisində yaşayır. Burada 38 tələbə yataqxanası var. Aspirant və magistrlərin qalmaları üçün kampusun yaxınlığında 28 bina ayrılıb. Kampusun ərazisində Reynold Klubu adlanan tələbə mərkəzi, muzeylər, teatrlar, restoranlar, ticarət və əyləncə mərkəzləri, idman kompleksləri, bağlar, parklar və s. yerləşir.
Məktəbləri
[redaktə | mənbəni redaktə et]Çikaqo Universitetində İlahiyyat Məktəbi, Biznes Ali Məktəbi, Harris İctimai Siyasət Tədqiqatları Məktəbi, Hüquq Məktəbi, Pritsker Tibb Məktəbi, İctimai Xidmət Rəhbərliyi Məktəbi adlanan altı məktəb və təhsilin davam etdirilməsi üçün Graham ümumi Tədqiqatlar Məktəbi mövcuddur. Məktəblər bioloji, humanitar, təbiət və ictimai elmlər üzrə ixtisaslaşdırılıb. Hüquq Məktəbi Amerika Vəkillər Assosiasiyası, İlahiyyat Məktəbi ABŞ və Kanada İlahiyyat Məktəbləri Assosiasiyası, Pritsker Tibb Məktəbi Tibbi Təhsil Əlaqə Komitəsi tərəfindən akkreditə olunurlar. Universitetin nəzdində universitetəqədər təhsil məktəbləri də fəaliyyət göstərir (Çikaqo Universitetinin Laboratoriya Məktəbləri, Hayd-park Gündüz Məktəbi, Ortogenik Məktəb, Orta Məktəb Yay Proqramları).
Universitet şəhərciyində 12 elmi-tədqiqat institutu və 113 axtarış mərkəzi yerləşir. Bunlardan Şərq İnstitutunu — Yaxın Şərq məsələləri üzrə tədqiqat mərkəzi və muzeyini, Milli Qaynaq Mərkəzini, Arqon Milli Laboratoriyasını, ABŞ Dövlət Enerji Müəssisəsinin bir parçası olan Milli Laboratoriya Sistemini, Fermilab Tədqiqat Laboratoriyasını, Sunspot və Nyu-Mexikoda yerləşən Apaçi Point Rəsədxanasını, Çikaqo Toyota Texnoloji İnstitutunu, İctimai Fikir Araşdırma Mərkəzini və s. qeyd etmək olar.
Universitetin nəzdində ABŞ-nin ən boyük universitet mətbuatı — Çikaqo Universitetinin Mətbuatı fəaliyyət göstərir.
Universitetin alimləri beş bölmədə cəmləşib — biologiya, fiziki, ictimai, bəşəriyyət elmləri və yeni bölmə. Çikaqo Universiteti bir çox əhəmiyyətli təcrübələr və kəşflərin yarandığı məkandır: iqtisadiyyat sahəsi üzrə sərbəst bazar haqqında irəli sürülmüş fikir, Robert Millikanın "neft-damla təcrübəsi", elektron yükünün hesablanması, radiokarbonun tarixləşdirmə inkişafı.
Çikaqo Universiteti İdarə Heyəti tərəfindən koordinasiya edilir. Heyət universitetin prezidenti daxil olmaqla 50 nəfərdən ibarətdir, universitetin inkişaf planına və edilən yardımlara nəzarət edir. 2009-cu ilin avqustundan universitetin prezidenti Robert Zimmer, İdarə Heyətinin rəhbəri isə Endryu Alper seçilib. Çikaqo Universitetində 2168 professor-müəllim heyəti — yüksək səviyyədə ixtisaslaşmış mütəxəssis, 12460-dan çox tibb xidmətçisi və s. fəaliyyət göstərir. Qeyd edək ki, ABŞ-nin hazırkı prezidenti Barak Obama da bir müddət Çikaqo Universitetində müəllim kimi fəaliyyət göstərib. O, 1991-ci ildən 2004-cü ilədək bu ali təhsil müəssisəsinin Hüquq Məktəbində Konstitusiya hüququ fənnindən dərs keçib. Barak Obamanın həyat yoldaşı Mişel Obama isə Çikaqo Universitetinin Tibb Mərkəzində işləyib.
Universitet bütün il boyu fəaliyyət göstərir. Dərslər sentyabrın əvvəllərində başlayır, iyunun ortalarında bitir. Yay aylarında isə burada müxtəlif yay məktəbləri fəaliyyət göstərir. Çikaqo Universitetində 14000-dən çox tələbə təhsil alır, onlardan 5000-i bakalavr, qalanları isə magistr və aspirantlardır. Burada təhsil alan tələbələrin 18%-ni əcnəbilər, 23%-ni yerli etnik azlıqlar, 45%-ni isə qadınlar təşkil edir.
Bu gün Çikaqo Universiteti sürətlə inkişaf edən beynəlxalq elmi-tədqiqat mərkəzinə çevrilib. Xüsusilə universitetin fizikləri, iqtisadçıları, kimyaçıları, hüquqşünasları bütün dünyada məşhurdur. Dünya elminin inkişafında bu təhsil ocağının müstəsna xidmətləri var.
Kitabxana sistemi
[redaktə | mənbəni redaktə et]Çikaqo Universitetinin kitabxana sistemi altı arxivdən ibarətdir və ümumilikdə 7,9 milyon cild kitaba malikdir. Universitetin ən zəngin kitabxanası Regensteyn adlanır. Şəhərcikdə ən böyük bina olan bu kitabxana memar Volter Netç tərəfindən inşa edilib. Con Krerar adına kitabxanada tibb, biologiya, fizika, fəlsəfə, tarix, texnologiya və s. elmlərə aid olan 1,3 milyon cilddən çox kitab var. Bundan əlavə, universitetdə DTAncelo Hüquq, İctimai Xidmət Rəhbərliyi, Eçkart riyaziyyat və kompüter elmləri kitabxanaları da fəaliyyət göstərir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
11 | 10 | 9 | 8 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 | 9 |
2015/16[16] | 2014/15[17] | 2013/14[18] | 2012/13[19] | 2011/12[20] | 2010/11[21] |
---|---|---|---|---|---|
10 | 11 | 9 | 8 | 8 | 8 |
2015/16[22] | 2014/15[23] | 2013/14[24] | 2012/13[25] | 2011/12[26] | 2010/11[27] |
---|---|---|---|---|---|
10 | 11 | 9 | 10 | 9 | 12 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Çikaqo Universitetinin çoxlu sayda dünya şöhrətli məzunları var. Onlardan 85-i Nobel mükafatına layiq görülüb.
- Marek Belka — Polşanın sabiq prezidenti
- Qonzalo Sançes de Lozada — Boliviyanın sabiq prezidenti
- Alvaro Maqana — Salvadorun sabiq prezidenti
- Devid Akselrod — Barak Obamanın baş məsləhətçisi
- Liza Broun — Ağ Evin qərargah rəisi
- Əhməd Çələbi — İraqın baş nazirinin müavini
- Zalmey Xəlilzad — ABŞ-nin BMT-dəki səfiri
- Ceyms Hormel — ABŞ-nin Lyuksemburqdakı səfiri
- Luis Alvarez — Fizika üzrə Nobel mükafatı laureatı
- Ouen Çemberlin — fizika üzrə Nobel mükafatı laureatı
- Ceyms Kronin — fizika üzrə Nobel mükafatı laureatı
- Klinton Devisson — fizika üzrə Nobel mükafatı laureatı
- Cerom Fridman — fizika üzrə Nobel mükafatı laureatı
- Ernest Lourens — fizika üzrə Nobel mükafatı laureatı
- Tsyunq-Dao Li — fizika üzrə Nobel mükafatı laureatı
- Robert Milikan — fizika üzrə Nobel mükafatı laureatı
- Cek Steynberger — fizika üzrə Nobel mükafatı laureatı
- Ceri Bekker — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Ceyms Buçanan — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Milton Fridman — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Robert Lukas — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Hari Markoviç — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Paul Samuelson — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
- Saul Bellou — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı
- Con Maksvell Koets — ədəbiyyat üzrə Nobel mükafatı laureatı
- Herbert Broun — Kimya üzrə Nobel mükafatı laureatı
- İrvin Rouz — kimya üzrə Nobel mükafatı laureatı
- Şervud Roland — kimya üzrə Nobel mükafatı laureatı
- Rocer Sperri — Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
- Edvard Louri Tatum — tibb üzrə Nobel mükafatı laureatı
- Ceyms Uatson — tibb üzrə Nobel mükafatı laureatı
- Emili Qriin Balç — Nobel Sülh mükafatı laureatı
- Qabriel Almond — Amerika siyasətçisi, Sidney Verba və Harold Lasuella birgə cəmiyyətin siyasət mədəniyyətinin tədqiqatçısı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Çikaqo Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 06.11.2009, № 43. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ "ARWU - University of Chicago". Shanghai Ranking Consultancy. 2014. 2019-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- uchicago.edu — Rəsmi saytı