40°22′56″ şm. e. 49°52′21″ ş. u.HGYO

Türkiyə–Azərbaycan Universiteti

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (3 mənbə arxivləşdirildi və 0 link ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 05:12, 25 sentyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Türkiyə–Azərbaycan Universiteti
Xəritə
40°22′56″ şm. e. 49°52′21″ ş. u.HGYO
Əsası qoyulub 2024
Şəhər Bakı
Ölkə

Türkiyə–Azərbaycan Universiteti və ya qısaca TAU – Bakıda yerləşən universitet. 2024-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycan ilə Türkiyə arasında ortaq universitetdir.

Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdır.[1]

Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu 19 fevral 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanmışdır. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalamışdırlar.[2] Universitet tamamilə yeni yaradılmış təhsil müəssisəsi yox, fərqli universitetlərin müxtəlif proqramlarını ehtiva edən yeni nəsil universitetdir.[3] Universitetə ilk qəbul Bakı şəhərində üç təhsil proqramı üzrə həyata keçirilmişdir.[4]

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.[5]

Təhsil sistemi

[redaktə | mənbəni redaktə et]

Universitet Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərir.[6] İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfindədir.[3] Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcənin ayrılmışdır.[7]

İlkin mərhələdə təhsil Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuşdur.[8] İlk tədris ili üçün 90 tələbə qəbulu planlaşdırılmışdır.[6] Hər il qəbul planında 100–200 əlavə yer nəzərdə tutulmuşdur. Universitetdə təhsil pulsuz olacaq. Tədris ingilistürk dillərində aparılır. Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərən universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Şərq Texniki UniversitetiHacettepe Universitetindən dəvət olunur.[9] Onlar Azərbaycana mütəmadi gəlirlər.[10]

İlk tədris ilində kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil keçirilir.[11]

2024-cü ildə universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə 30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə təhsil alır.[12]

  1. "Türkiye ve Azerbaycan ortak üniversite kuracak". İletişim Başkanlığı (türkcə). 13 iyun 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  2. "Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİLİK". Demokrat Azərbaycan. 18 aprel 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  3. 1 2 "KİV: Türkiyə-Azərbaycan Universiteti "yeni nəsil" təhsil ocağı olacaq". Report.az. 21 fevral 2024. Archived from the original on 2024-02-23. İstifadə tarixi: 14 iyun 2024.
  4. "Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək". Banker.az. 20 may 2024. 14 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  5. "Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  6. 1 2 "Türkiyə-Azərbaycan Universitetinin yeri müəyyənləşib, bu il 90 tələbə qəbul olunacaq". Report.az. 7 avqust 2024. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  7. "Azərbaycan–Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat ayrılacaq". Apa.az. 1 noyabr 2023. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  8. "Türkiyə-Azərbaycan Universiteti üçün bir neçə binaya baxış keçirəcəyik – Emin Əmrullayev". Trend.az. 29 fevral 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  9. "Türkiyə-Azərbaycan Universiteti: təhsildə yeni model". "Respublika" qəzeti. 16 avqust 2024. İstifadə tarixi: 16 avqust 2024.
  10. "Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi məkan seçildi". Trend.az. 13 may 2024. Archived from the original on 14 June 2024. İstifadə tarixi: 14 iyun 2024.
  11. "Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir". Report.az. 6 avqust 2024. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  12. "Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq". Report İnformasiya Agentliyi (az.). 2024-08-24. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.