Fransa Dənizaşırı Bölgələr Birliyi

Vikipediya, azad ensiklopediya
Moses (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:14, 19 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
FDBB
France d'outre-mer
Bayraq
Bayraq
Sahəsi
 • Ümumi 551394 km²
Əhalisi
 • Əhali 2,735,000 (2017) nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanıAntarktidada yerləşən bir çox ərazilər daxildir.

Dənizaşırı departamentDənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.

Dənizaşırı kollektivliklər yerli səviyyədə seçilmiş assambleyalar, Fransa parlamenti və Fransa hökuməti, kollektivliklərdən seçilmiş millət vəkili və senatorlar, habela Fransa Dənizaşırı Bölgələr Nazirliyi tərəfindən idarə olunmaqdadır. Fransa Dənizaşırı Bölgələr Birliyinin ərazisi 9,821,231 km² olan xüsusi iqtisadi zonaya malikdir və ölkə ərazisinin 17,8% hissəsini təşkil etməkdədir. Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan Adel Torpağı Fransa qanunlarına əsasən rəsmi şəkildə ölkənin bir parçası hesab olunsada, Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən ərazi mübahisələndirilmişdir.

Tarixi əhali
İlƏh.±%
1953 909.000—    
1963 1.194.000+31.4%
1973 1.475.000+23.5%
1983 1.656.000+12.3%
1993 2.028.000+22.5%
2003 2.414.000+19.0%
2013 2.691.000+11.5%
20162.774.000+3.1%
Bütün beş xarici departamentin əhalisi 2016-cı ilin yanvar ayında 2,114,000 [1] nəfər təşkil etmişdir. Dənizaşırı kollektivliklərdə yaşayan əhali 600.000 nəfərdir. (Sen-Pyer və Mikelon [2], Sen-Bartelemi [3], Sen-Marten [4], Fransa Polineziyası [5], Uollis və Futuna [6], Yeni Kaledoniya [7]). DepartamentKollektivliklərdə ümumi 2.774.000 nəfər yaşayır.

Üzərində yaşayış olan departamentlər və kollektivlər

[redaktə | vikimətni redaktə et]

Bu siyahıya 11 bölgə daxildir:

Bayraq[note 1] Ad Paytaxt Əhali Ərazi
(km2)
Əhali sıxlığı
(Hər km üçün2)
Status Yerləşmə Qeyd
Fransa Qvianası Kayenna 250,109[1] 83,534[2] 3 Dənizaşırı departament Cənubi Amerika
Fransa Polineziyası Papeete 268,270[3] 3,521[4] 76 Dənizaşırı kollektivlik Sakit okean
Qvadelupa Bas Ter 405,739[1] 1,628[2] 249 Dənizaşırı departament Antil adaları
Martinika For-de-Frans 386,486[1] 1,128[2] 343 Dənizaşırı departament Antil adaları
Mayotta Mamudzu 226,915[5] 374[4] 569 Dənizaşırı departament Afrika
(Mozambik boğazı)
2009-cu ilin 29 mart tarixində bölgənin Dənizaşırı departament statusuna yüksəldilməsi üçün referendum keçirilmişdir. 95,24% səslə qəbul olunan referendumun nəticələri 2011-ci ilin 31 mart tarixində qüvvəyə minmişdir. Komor adaları bölgəyə haqq iddia etməməkdədir.
Yeni Kaledoniya Numea 268,767[6] 18,575.5[7] 14 Dənizaşırı kollektivlik Sakit okean 2018-ci ildə müstəqillik üçün referendum keçiriləcək.
Reyunyon Sen-Deni 840,974[1] 2,504[2] 336 Dənizaşırı departament Afrika
(Hind okeanı)
Sen-Bartelemi Qustaviya 9,035[8] 25[9] 361 Dənizaşırı kollektivlik Antil adaları 2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır.
Sen-Marten Mariqo 36,286[8] 53[10] 685 Dənizaşırı kollektivlik Antil adaları 2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır.
Sen-Pyer və Mikelon Sen-Pyer 6,080[8] 242[4] 25 Dənizaşırı kollektivlik Kanadanın cənub-şərqi
Uollis və Futuna Mata-Utu 12,197[11] 142[4] 86 Dənizaşırı kollektivlik Sakit okean
  1. Fransız Konstitusiyasının 2-ci maddəsində Fransa bayrağı Fransanın yeganə qanuni bayrağı olduğu bildirilir. Yalnız Fransa Polineziyası (Dənizaşırı kollektivlik) və Yeni Kaledoniya (Dənizaşırı departament) xüsusi icazə əsasında bayraqdan istifadə edə bilər. Bu haqq Noumé Accord tərəfindən 1984-cü ilin 6 sentyabr tarixində hər iki əraziyə verilmişdir. 2007-ci ilin 23 fevralından Fransanın Cənub və Antarktika əraziləridə Fransa bayrağı əsasında hazırlanmış bayraqdan istifadə edir. Bölgələrin tarixi bayraqları bəzən istifadə edilir, lakin rəsmi şəkildə istifadəsinə icazə yoxdur. Bir çox ərazilər əraziləri təmsil etmək üçün qeyri-rəsmi bayraqları istifadə edilir. Bu cədvəldə qeyri-rəsmi bayraqlar göstərilmişdir.

Üzərində yaşayış olmayan ərazilər

[redaktə | vikimətni redaktə et]

(Ərazilər adətən müxtəlif elmi araşdırmalar və ekspedisiyalar üçün istifadə edilməkdədir.)

Bayraq Ad Tabe olduğu Səpələnmiş adalar Paytaxt Ərazi (km2) Status Yerləşmə Qeyd
Klipperton - - - 2[12] Fransa dövlətinin özəl mülkiyyəti Meksikanın qərbi
Fransanın Cənub və Antarktika əraziləri Kroze adaları - Alfred Fo 340[13] FCAƏ bölgəsi Hind okeanının cənubu
Kergelen - Port-o-Frans 7,215[13] FCAƏ bölgəsi Hind okeanının cənubu
Sen-Pol adası
Amsterdam adası
- Marten-de-Vive 66[13] FCAƏ bölgəsi Hind okeanı
Adel Torpağı - Dümon Dürvill Stansiyası 432,000[13] FCAƏ bölgəsi Antarktida Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən
Hind okeanında səpələnmiş adalar Bank-du-Qeysir - 0 FCAƏ bölgəsi Afrika
(Mozambik boğazı)
Komor adalarıMadaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Bassas da İndiya adaları - 1[13] Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Avropa - 30[13] Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən haqq iddia edilməkdədir
Qloryoz adaları - 7[13] Hind okeanı Komor adalarıMadaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Xuan de Nova - 5[13] Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Tromelin adası - 1[13] Hind okeanı Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür

Dənizaşırı bölgələrdəki əsas şəhərlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 INSEE. "Estimation de population au 1er janvier, par région, sexe et grande classe d'âge – Année 2013" (fransız). April 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2014.
  2. 1 2 3 4 INSEE. "Base chiffres clés : évolution et structure de la population 2010" (fransız). September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  3. ISPF. "Population des subdivisions administratives de Polynésie française" (fransız). January 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2013.
  4. 1 2 3 4 INSEE. "Tableau Économique de Mayotte 2010" (PDF) (fransız). səh. 21. January 6, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 31, 2014.
  5. INSEE. "212 600 habitants à Mayotte en 2012 - La population augmente toujours fortement" (fransız). December 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2013.
  6. ISEE. "Chiffres clés Nouvelle-Calédonie - Démographie" (fransız). July 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 26, 2013.
  7. ISEE. "Tableaux de l'Economie Calédonienne : Population, superficie et densité par commune et province en 2009" (fransız). December 25, 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  8. 1 2 3 INSEE, Government of France. "Populations légales 2011 des collectivités d'outre-mer" (fransız). February 18, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  9. INSEE. "Actualités : 2008, An 1 de la collectivité de Saint-Barthélemy" (fransız). January 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  10. INSEE. "Actualités : 2008, An 1 de la collectivité de Saint-Martin" (fransız). January 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  11. STSEE. "Populations légales au recensement de la population 2013 de Wallis et Futuna" (fransız). February 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  12. Ministry of Overseas France. "L'île de Clipperton" (fransız). February 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.
  13. 1 2 3 4 5 6 7 8 9 Délégation générale à l'outre-mer. "Terres Australes et Antarctiques Françaises : Données géographiques et humaines" (PDF) (fransız). February 2, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: January 31, 2014.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]