FAT fayl sistemi
FAT fayl sistemi (ing. FAT file system) - MS-DOS əməliyyat sistemində verilənləri diskdə saxlamaq üçün istifadə olunan fayl sistemi. FAT (File Allocation Table – faylların yerləşdirilmə cədvəli) formatlaşdırma zamanı diskdə yaranan verilənlər strukturudur. Faylı diskdə saxlayarkən (diskə yazarkən), MS-DOS həmin faylı tapıb-oxumaq üçün gərəkli olan informasiyanı FAT-da yerləşdirir. OS/2 əməliyyat sistemi həm FAT, həm də daha məhsuldar olan HPFS sistemində formatlaşdırılmış disklərdə işləyə bilər. Windows NT ailəsindən olan əməliyyat sistemləri həm FAT-dan, həm də HPFS-dən istifadə edə bilər, bundan başqa, onun öz fayl sistemi – NTFS var[1].
FAT fayl sistemli disk 512 baytli sektordan təşkil olunub. Sektor verilənlərin oxunub yazılmasında istifadə olunan ən kiçik vahiddir. Fayli verilənlər sahəsində yerləşdirmək üçün istifadə olunan ən kiçik vahid klastr-dir. Klastrın ölçüsü 64 kb-yaxini ola bilər. Qeyd edək ki, 16 Mb-dan kiçik ölçülü məntiqi disklər FAT 12 versiyalı ilə formatlaşdırılır. FAT 12 FAT-ın ilk versiyasıdır və kiçik ölçülü informasiya daşıyıcıları üçün nəzərdə tutulub. FAT 16 fayl sistemində məntiqi diskin ölçüsü 4 Gb-a qədər olmalıdır[2].
FAT 32 fayl sisteminin əsas üstünlüyü FAT 16-ya nisbətən böyük həcmli məntiqi diskləri dəstəkləməsidir. FAT 32 2047 Gb-a qədər (2 Tb-qədər) ölçülü, məntiqi diskləri dəstəkləyir. FAT 32 faylların yerləşmə cədvəlində hər bir klastr üçün 4 b, amma FAT 16 üçün 2 b-dan istifadə olunur.