Rey Bredberi

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 07:06, 18 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rey Bredberi
ing. Ray Douglas Bradbury
2008-ci il konfransında
2008-ci il konfransında
Doğum adı Raymond Douglas Bradbury
Təxəllüsü William Elliot[4]
Doğum tarixi 22 avqust 1920(1920-08-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 iyun 2012(2012-06-05)[3][2][…] (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d][7]
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1938–2012
Əsərlərinin dili ingilis dili
Janrlar elmi fantastika, fantaziya, qorxu ədəbiyyatı
İlk əsəri Mars Xronikaları
Tanınmış əsərləri
Mükafatları "İncəsənət və Ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi National Medal of Arts
"Emmi" mükafatı
İmza
raybradbury.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rey Duqlas Bredberi (22 avqust 1920[1][2][…], Uokiqan[d], İllinoys[1][5][…]5 iyun 2012[3][2][…], Los-Anceles, Kaliforniya[6]) — amerikalı yazıçı və ssenarist. 20–21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır.

Bredberiyə indiki şöhrətini qazandıran onun Fahrenheit 451 (1953) romanı və Mars Xronikaları (1950) və Şəkilli Adam (1951) adlı hekayə toplularıdır. O, əsasən fantastika janrında yazırdı, ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış — Zəncirotu Şərabı (1957) , Yaşıl Kölgələr, Ağ Balina (1992) kimi əsərləri də mövcuddur. Əsərlərinin bir çoxu filmə çəkilmişdir.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir. Anası Ester Bredberi (1888–1966) isveçrıli immiqrant, atası Leonard Bredberi (1890–1957) isə ingilis idi.

Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir. Bu illər gələcəkdə onun yazıçılıq karyerasında böyük rol oynadı. Onun fantastik əsərlərində Uokiqan "Yaşıl Şəhər"-ə çevrilir.