Kleopatra (film, 1963)
Kleopatra | |
---|---|
ing. Cleopatra | |
Janr | bioqrafik film, müharibə filmi, romantik film, dram filmi, Epik film, tarixi film, tarixi dram |
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Operatorlar |
|
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox, Netflix, Disney+ |
İlk baxış tarixi | 12 iyun 1963[1] |
Müddət | 241 dəq. |
Büdcə | 44.000.000 $ |
Gəlir | 57.800.000 $ |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Malibu, Almeriya |
IMDb | ID0056937 |
Vikianbarda əlaqəli mediafayllar |
Kleopatra 1963-cü ildə Amerika-Britaniya müştərək istehsalı olan tarixi epik filmdir. Onun əsl adı Cleopatradır.
Baş rolları Elizabeth Taylor, Richard Burton, Rex Harrison, Roddy McDowall və Martin Landau kimi aktyorlar canlandıran filmin rejissorluğuna Ruben Mamoulian başlamış, lakin işdən qovulduğu zaman yerinə gələn Cozef L. Mankievic filmin çəkilişlərini başa çatdırmışdır. Darryl F. Zanuck da ona çəkilişlərdə qeyri-rəsmi köməklik edib. Mankiewicz həmçinin Ranald MacDougall və Sidney Buchman ilə birlikdə filmin ssenarisini yazmışdır. Ssenari yazarkən Plutarx, Suetonius və Appian kimi Qədim Yunan və Roma tarixçilərinin əsərlərindən və Karlo Mario Franzeronun “Kleopatranın zamanı və həyatı” kitabından istifadə edilmişdir.
Filmdə Qədim Misirin əfsanəvi kraliçası Kleopatranın (VII Kleopatra) eramızdan əvvəl 48-ci ildə Romanın ekspansionist ambisiyalarına müqaviməti və əvvəlcə onu Qədim Misir taxtına çıxaran Qay Yuli Sezarla, sonra isə onun Romaya qarşı üsyan edən generalı Mark Antoni ilə yaşamış olduğu eşq macərası haqqında epik dildə danışılır. Misirin gənc kraliçası Kleopatranın dramatik hekayəsi kinonun ilk illərindən bəri dəfələrlə kinoteatr ekranlarına gətirilib.
O dövrün bir çox digər məşhur filmlərinin istehsalında olduğu kimi, bu filmdə 65 mm-lik geniş formatlı neqativdə çəkilmiş və həm 70 mm, həm də 35 mm nəşrlərdə yayılmışdır. Geniş ekranlı sistemin daha təkmilləşdirilmiş yüksək dəqiqlikli versiyası olan Todd-AO sistemi ilə çəkilən filmdə DeLuxe rəng sistemindən istifadə edilib. Bu sistemin bir xüsusiyyəti olaraq, səs sistemi 70 mm-lik nəşrlərdə 6 kanallı olmuşdur. Filmin Oskarlı kadrlarını Leon Şamroy çəkib. Filmin musiqisi daha əvvəl Spartak (1960) üçün musiqi bəstələyən Aleks Norta məxsusdur.
Çəkilişləri 3 il çəkən filmə 1963-cü ilin pulu ilə 44 milyon dollar xərclənibsə, bu məbləğ 2008-ci ildə 300 milyon dollara bərabərdir. Uzun müddət davam edən bu dramatik, epik film, müxtəlif uydurma versiyalara görə 3,5 ilə 5,5 saat arasında çəkir. Hətta illər sonra TRT televiziyasında nümayiş olunanda da iki hissəyə bölünərək iki gün dalbadal göstərilmişdir.
“Kleopatra” 9 nominasiya üzrə Oskar mükafatına namizəd olmuş və “ən yaxşı operator işi”, “ən yaxşı xüsusi effektlər”, “ən yaxşı dekorasiya” və “ən yaxşı kostyum” daxil olmaqla dörd Oskar mükafatını qazanıb.