Nəbz
Nəbz (lat. pulsus — zərbə) — ürəkdə qan dövranı ilə əlaqədar arteriya divarlarının təkanvari rəqsi və ya qanı ürəkdən aparan damarların arteriyaların ritmik zərbələri nəbz adlanır . Daha geniş anlamda nəbz dedikdə qan-damar sistemində ürəyin fəaliyyəti ilə bağlı istənilən dəyişikliklər başa düşülür və buna görə də klinikada nəbzi arterial, venoz və kapilyar nəbzlərə ayırırlar. İnsan bədənində dəri səthinə yaxın yerləşən aşağıdakı arteriyalar üzərində nəbzi əllə təyin etmək mümkündür:
- sağ və sol daxili yuxu arteriyaları boğaz nahiyəsində
- sağ və sol qoltuq arteriyaları qoltuq çuxuru nahiyəsində
- sağ və sol dirsək arteriyaları — dirsək çuxuru nahiyəsində
- sağ və sol mil arteriyaları — bilək nahiyəsində
- sağ və sol bud arteriyaları — qasıq nahiyəsində
- sağ və sol dizaltı arteriyaları — dizaltı çuxur nahiyəsində
- sağ və sol dal qamış arteriyları — topuq nahiyəsində
- lat. Arteria dorsalis pedis sinistra et dextra — ayaqdarağı nahiyəsində
Nəbzin əllə təyin edildiyi nahiyələr tibbi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edirlər.
Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |