Əli Cavan

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) (Həyatı və karyerası: qrammatik düzəliş, replaced: ABŞ-a → ABŞ-yə) tərəfindən edilmiş 01:28, 15 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əli Cavan
fars. علی جوان
Doğum tarixi 26 dekabr 1926(1926-12-26)
Doğum yeri
Vəfat tarixi 12 sentyabr 2016(2016-09-12)[1] (90 yaşında)
Vəfat yeri
Elm sahələri Kvant elektronikası, fizika
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Maykl Stiven Feld, Riçard Maqi Osqud
Mühüm layihələri

Qaz lazeri, İnversiyasız lazerləmə, Lazerli spektroskopiya,

İşığın zaman tezliyi
Üzvlüyü
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Cavan (fars. علی جوان‎, ing. Ali Javan; 26 dekabr 1926, Tehran12 sentyabr 2016[1], Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. BennettD. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikasıspektroskopiya sahələrində olmuşdur.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur[2]. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Elmi araşdırmalara hədsiz marağı olan Əli Cavan 1954-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1958–61-ci illərdə Bell-Telefon laboratoriyalarında işləmişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasın qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir.[3]

1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf etmişdir. O, "Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi" adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülmüşdür. 1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilmişdir.[4]

Avrasiya Akademiyasının birinci üzvüdür.[5]

  1. 1 2 http://www.laserfocusworld.com/articles/2016/09/photonics-community-loses-hene-pioneer-ali-javan.html.
  2. Dünyada ilk dəfə qaz lazerini azərbaycanlı kəşf etmişdir [ölü keçid]
  3. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  4. "Əli Cavan" (PDF) (azərb. ‎). 23 may 2011 tarixində arxivləşdirilib (PDF).
  5. "Eurasian Academy Official Site". 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]