Avvakum kitabı
Avvakum kitabı | |
---|---|
q.yəh. חֲבַקּוּק | |
Müəllif | Avvakum |
Vikianbarda əlaqəli mediafayllar |
Avvakum kitabı — Yəhudi Bibliyası və Əhdi-ətiqin bir hissəsi olan kitab. Yəhudi Bibliyasında Neviim bölməsində yerləşdirilmişdir. On iki kiçik peyğəmbərin səkkizinci kitabıdır. Kitabın müəllifi olaraq peyğəmbər Avvakum göstərilir və e.ə. VII əsrdə tərtib edildiyi güman olunur.[1]
Müəllif
[redaktə | vikimətni redaktə et]Kitabın birinci ayəsində Avvakumun bu kitabın müəllifi olduğuna işarə edilir, lakin Avvakumun özü haqqında demək olar ki, heç nə məlum deyil. Mütəxəssislər bu kitabın, xüsusən üçüncü fəslin liturgik xarakterinə əsaslanaraq, ehtimal edirlər ki, Avvakum məbəd peyğəmbəri və ya levili şair ola bilər. Onun adının etimologiyası dəqiq bilinmir[2] və formasının ivrit dilində paraleli yoxdur.[3] Adın Akkad dilində "bağ bitkisi" mənasını verən "xambbakuku" (akkad. 𒄩𒄠𒁀𒄣𒄣, ḫâmbaququ) sözü ilə qohum olması ehtimal olunur.[2]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Cross, (2005)
- ↑ 1 2 Hirsch, (1906)
- ↑ Andersen, (2001). səh. 89
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Cross, F. L.; Livingston, E. A., redaktorlar The Oxford Dictionary of the Christian Church (3rd). New York: Oxford University Press. 2005. ISBN 0-19-280290-9.
- ——————; Seligsohn, M. Hukkok // JewishEncyclopedia.com. 1906. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- Hirsch, Emil G. Habakkuk // JewishEncyclopedia.com. 1906. 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- Andersen, Francis I. Habakkuk: A New Translation with Introduction and Commentary. The Anchor Bible. 25. New York: Doubleday. 2001. ISBN 0-385-08396-3.