27°04′22″ şm. e. 90°59′26″ ş. u.HGYO

Bardo (qevoq)

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 2 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.1) tərəfindən edilmiş 18:14, 10 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qevoq
Bardo
dz. བར་ད།
ing. Bardho[1]
27°04′22″ şm. e. 90°59′26″ ş. u.HGYO
Ölkə
Tabesində 5 çivot
Dzonqxaq Jemqanq
Tarixi və coğrafiyası
Sahəsi 210[2]
Mərkəzin hündürlüyü 1770 m
İqlimi Subtropik
Saat qurşağı UTC+6 , yayda UTC+7
Əhalisi
Əhalisi 1997[3][4] nəfər (2005)
Rəsmi dili Dzonqxa dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +975-3
Xəritəni göstər/gizlə
Bardo xəritədə
Bardo
Bardo

Bardo (dz. བར་ད།, ing. Bardho[1]) — Butanın Jemqanq dzonqxaqında qevoq.

Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir.[5]

Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir.[5]

Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.[6]

Qevoq ərazisinin 75%-i meşəliklərdən ibarətdir.[4]

Bardo qevoqunun şimalında kultivasiya edilmiş ərazilər tədricən çoxalır. Xomşar, Lanqdurbi və Diqala çivoqlarında torpaqlar daha çox becərilir. Qevoq ərazisinin əksəriyyətini təşkil edən meşəliklərdən iqtisadi səbəblərə görə istifadə edilir.[5]

Qavoq ərazisində 148 hektarlıq bataqlıq ərazi var. Bu ərazidə düyü, qarğıdalı və buğda əkilir. Təxminən 378 hektarlıq ərazidə düyü, qarabaşaqbuğda becərilir. Qevoqun kənd təsərrüfatı üçün ayrılmış ərazisində (təxminən hektar) düyü, qarğıdalı və darı becərilir.[5]

Qevoqda ümumi olaraq 30.97 kilometr uzunluqda olan 10 suvarma sistemi mövcuddur.[4]

2000-ci illərin əvvəllərində qevoqda 279 ailəlik yeddi əsas kənd var idi. Bu dövrdə qevoq əhalisinin sadəcə 53%-i su ilə təmin olunmuşdu. 2010-cu illərdə qevoqda 337 ailə yaşayırdı və onların demək olar ki, hamısı su ilə təmin olunurdu.[4]

2010-cu illərin əvvəllərində qavoqda iki qeyri-formal təhsil mərkəzi və dörd ibtidai məktəb var idi.[4]

2000-ci illərin əvvəllərində tibb xidmətləri sadəcə iki tibbi müəssisə və üç klinika təmin edirdi. 2010-cu illərin əvvəllərində tibb xidmətləri iki ilkin tibbi yardım stansiyası və dörd klinika təmin edirdi.[4]

Qevoqda 14 laxqanq var. Onların 7-i yerli icmalara, qalan 7-i isə özəl qurumlara aiddir.[4]

Əhali cədvəli

[redaktə | vikimətni redaktə et]
İl 2005,
siyahıyaalma[3][4]
2008,
qeydiyyatdan keçmiş
seçicilər[6]
31.12.2010,
qanuni
seçicilər
[6]
Əhalinin ümumi sayı 1997 2091 2306
- Kişilərin sayı 998
- Qadınların sayı 1009

Nəqliyyat və rabitə

[redaktə | vikimətni redaktə et]

Dakpaydan Bardoya piyada beş günlük yoldur. Tinqtibi–Pralinq yolundan istifadə edərək Bardoya iki gün ərzində çatmaq olardı. Musson mövsümündə bəzi kəndlərə getmək qeyri-mümkün olur. 2010-cu illərin əvvəllərində qevoqda 6 asma körpü və 2.5 kilometrlik yol var idi.[5]

Qevoqun ərazisinə daxil olan bütün 15 kənddə mobil rabitə imkanı var.[5]

  1. 1 2 "Data Interoperability Standards" (PDF) (ingilis). Ministry of Information & Communications, Royal Government of Bhutan. 6 yanvar 2007. 2015-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
  2. "Dzongkhag and Geog Health Sector (9th Five Year Plan), p.437-439" (PDF) (ingilis). Ministry of Health & Education, Royal Government of Bhutan. 6 iyul 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
  3. 1 2 "Census data of Gewogs of Bhutan" (ingilis). 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2018.
  4. 1 2 3 4 5 6 7 8 "Eleventh Five Year Plan (July 2013-June 2018). Zhemgang Dzongkhag" (PDF) (ingilis). Gross National Happiness Commission, Royal Government of Bhutan. 21 mart 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
  5. 1 2 3 4 5 6 "Dzongkhag and Geog Health Sector (9th Five Year Plan), p.437-439" (PDF) (ingilis). Ministry of Health & Education, Royal Government of Bhutan. 6 iyul 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.
  6. 1 2 3 "Chiwogs in Zhemgang" (PDF) (ingilis). Election Commission, Government of Bhutan. 2011. 2 oktyabr 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2018.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]