Aqşin Əlizadə
Aqşin Əlizadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 may 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 2014 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937 – 3 may 2014) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1988), Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1978).
Həyatı
Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).
Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.[1]
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.
Fəaliyyəti
Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Ad və mükafatlar
- Azərbaycan SSR Dövlət mükafatı (1978)[2]
- Azərbaycan SSR Xalq Artisti (1987)
- "Şöhrət" ordeni (1997)
- "Şərəf" ordeni (2012)
Əsərləri
Baletlər
Orkestr üçün bəstələr
- Beş simfoniya
- Skripka ilə orkestr üçün konsert
- Violonçel ilə orkestr üçün poema
Kamera əsərləri
- Kamera simfoniyası
- "Kənd süitası"
- "Uşaq süitası"
- "Pastoral"
- "Aşıqsayağı"
- "Cəngi"
- "Abşeron lövhələri"
- "Şirvan lövhələri"
- Skripka və fortepiano üçün "Portret"
- Fortepiano üçün "Dastan"
- Fortepiano üçün "Köhnə oyunlar"
- Skripka və orqan üçün "Dialoq"
Vokal-simfonik əsərlər
- "Azərilər" və "Təntənə" kantatası
- "Ana torpaq" odası
- "Bayatılar" (xor tsikli a capella)
- "Qədim laylay" (a capella xoru üçün)
- "Yumoreska" (uşaq xoru üçün)
Filmoqrafiya
Bəstəkar kimi
- Bu, Səttar Bəhlulzadədir (film, 1969) (qısametrajlı sənədli film)
- Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film)
- Fitnə (film, 1970)(cizgi filmi)
- Dəmir ağac (film, 1971) (qısametrajlı sənədli film)
- Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film)
- Tülkü həccə gedir (film, 1971)(cizgi filmi)
- Çaqqal oğlu çaqqal (film, 1972)(cizgi filmi)
- Qızıl qaz (film, 1972) (tammetrajlı bədii film)
- Odla təmasda (film, 1972) (qısametrajlı sənədli film)
- Bulud niyə ağlayır? (film, 1973)(cizgi filmi)
- Göyçək Fatma (film, 1973)(cizgi filmi)
- Ceyrançöl (film, 1974) (qısametrajlı sənədli film)
- Rəqiblər (film, 1974) (qısametrajlı bədii film)
- Tütək səsi (film, 1975) (tammetrajlı bədii film)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) (qısametrajlı sənədli film)
- Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film)
- Toral və Zəri (film, 1979)(cizgi filmi)
- Gözlə məni (film, 1980) (tammetrajlı bədii film)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) (tammetrajlı bədii film)
- Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)
- Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)
- Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film)
- Kölgədə 40 dərəcə isti (film, 1987) (tammetrajlı bədii film)
- Pirverdinin xoruzu (film, 1987) (qısammetrajlı bədii film)
- Kross (film, 1989) (qısametrajlı sənədli film)
- Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film)
- Matəm (film, 1990) (qısametrajlı sənədli film)
- Ləqəbi "İKA"dır (film, 1997) (tammetrajlı bədii film)
- Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)
Əsərlərindən istifadə olunan filmlər
- Unudulmuş qəhrəman (film, 2005) (qısametrajlı sənədli film)
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
- 125 illik yol (film, 2008) (qısametrajlı sənədli film)
Musiqi tərtibatçısı kimi
- Təxəllüsü "Mixaylo" (film, 2008) (qısametrajlı sənədli film)
Haqqında çəkilən film
- Aqşin Əlizadə (film, 2011) (qısametrajlı sənədli film)
İstinadlar
- ↑ "Azərbaycanın Xalq artisti vəfat etdi" (az.). grand.az. 03.05.2014 14:09. İstifadə tarixi: 2014-05-03.
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı
Mənbə
- Fərəh Əliyeva - Portretlər (Aqşin Əlizadə haqqında)
- Azərbaycan bəstəkarları və musiqişünaslarının rəsmi səhifəsi
Xarici keçidlər
- AzTv-də Aqşin Əlizadə haqqında veriliş sayt YouTube
- Aqşin Əiizadə - Cəngi sayt YouTube
- Aqşin Əlizadə - Ana torpaq sayt YouTube
- Aqşin Əiizadə - Azərilər kantatası sayt YouTube
- Aqşin Əiizadə - Təntənə kantatası sayt YouTube
- Aqşin Əiizadə - "Ümid valsı" baletindən bir parça sayt YouTube
- Aqşin Əiizadə - Sakit gün sayt YouTube
- Aqşin Əiizadə - "Portret" əsəri sayt YouTube
- Aqşin Əiizadə - Skripka və orqan üçün "Dialoq" sayt YouTube
- Aqşin Əiizadə - III simfoniya sayt YouTube
- Aqşin Əiizadə - IV simfoniya sayt YouTube
- Aqşin Əiizadə - V simfoniya sayt YouTube
- Aqşin Əiizadə - Qədim oyunlar sayt YouTube
- 22 mayda doğulanlar
- 1937-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 3 mayda vəfat edənlər
- 2014-cü ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Bakı Musiqi Akademiyasının məzunları
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan LKGİ mükafatı laureatları
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan bəstəkarları
- Azərbaycanlı bəstəkarlar
- Azərbaycan kino bəstəkarları
- Azərbaycan ssenaristləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri