Vikipediya:Silinməyə namizəd səhifələr/Vüqar İsmayılov (riyaziyyatçı): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə Cavab
Sətir 88: Sətir 88:
*:::::::::) Sizi başa düşürəm və emosionallığınızı anlayıram. Mən də istəyirəm ki, məqalə qalsın. Məqaləni qaydalara uyğunlaşdırmaq lazımdır. Siz icmadan kimisə təhdid etməsəniz və nəzakətsizlik etməsəniz bloklanmarsınız. Və mən çalışıram ki, digər hesablardakı bloklar da geri götürülsün
*:::::::::) Sizi başa düşürəm və emosionallığınızı anlayıram. Mən də istəyirəm ki, məqalə qalsın. Məqaləni qaydalara uyğunlaşdırmaq lazımdır. Siz icmadan kimisə təhdid etməsəniz və nəzakətsizlik etməsəniz bloklanmarsınız. Və mən çalışıram ki, digər hesablardakı bloklar da geri götürülsün
*::::::::[[İstifadəçi:Atakhanli|Atakhanli]] ([[İstifadəçi müzakirəsi:Atakhanli|müzakirə]]) 21:40, 5 avqust 2024 (UTC)
*::::::::[[İstifadəçi:Atakhanli|Atakhanli]] ([[İstifadəçi müzakirəsi:Atakhanli|müzakirə]]) 21:40, 5 avqust 2024 (UTC)
*:::::::::@[[İstifadəçi:Atakhanli|Atakhanli]], bloklanmağı anlamadım, mən icmanı təhdid etmirəm və nəzakətsizlik etmirəm. Sadəcə yuxarıda adekvat cavablar vermişəm. Məsələn, məqaləni silinməyə namizəd verən inzibatçı deyir ki, elə müstəqil mənbə yoxdur ki, şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu göstərsin. Mən isə deyirəm var. Məsələn, "Allan Pinkus, Ridge functions, Cambridge University Press" kitabı müstəqil, ikinci dərəcəli, etibarlı mənbədir. Həmin kitabın bir çox səhifələri şəxsin nəticələri haqqında yazır. Ridge funksiyalar da şəxsin məşğul olduğu sahədir. İndi həmin kitab şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu sübut etmirmi? Bundan yaxşı sübut nə ola bilər?
*:::::::::Deyirəm science.gov.az saytında son illər yazılanlar müstəqil, ikinci dərəcəli, etibarlı mənbədir. Amma deyirlər, xeyr, çünki şəxs orada işləyir. Deyirəm, xeyr, orada işləmir və s.
*:::::::::Sorğunuzu cavablandırmağa çalışım. İnternetdə axtarış etdim və bunları tapdım.
*:::::::::Şəxsin Google Scholar profili:
*:::::::::https://scholar.google.com/citations?user=ziQBM_cAAAAJ
*:::::::::Şəxsin Scopus profili:
*:::::::::https://www.scopus.com/authid/detail.uri?authorId=16039430700
*:::::::::Şəxsin WoS profili:https://www.webofscience.com/wos/author/record/1544541
*:::::::::Şəxsin mathnet.ru profili:
*:::::::::https://m.mathnet.ru/php/person.phtml?personid=29480&option_lang=rus
*:::::::::Şəxsin həyatı haqqında:
*:::::::::https://www.imm.az/exp/2021/09/28/funksiyalar-n%C9%99z%C9%99riyy%C9%99si-sob%C9%99sinin-mudiri-riyaziyyat-elml%C9%99ri-doktoru-vuqar-ismayilovu-50-yasi-munasib%C9%99ti-il%C9%99-t%C9%99brik-edirik/
*:::::::::Diqqətinizə görə sağ olun. Hörmətlə, [[İstifadəçi:Qazanxan|Qazanxan]] ([[İstifadəçi müzakirəsi:Qazanxan|müzakirə]]) 05:30, 6 avqust 2024 (UTC)

05:30, 6 avqust 2024 tarixinə olan versiya

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Məqalənin üslubunda problemlər var, tərəfli cümlələr mövcuddur, faktların bəziləri reklam məqsədli əlavə edilib və faktların əksəriyyəti yoxlanıla bilmir. Məqalə bu halı ilə qala bilməz. Sura Shukurlu (müzakirə) 17:39, 19 iyun 2024 (UTC)[cavabla]
@Sura Shukurlu, məqalədəki 11 istinadın heç biri sizi qane etmədi? samral müzakirə 02:07, 24 iyun 2024 (UTC)[cavabla]
@Sura Shukurlu, yazırsınız "tərəfli cümlələr mövcuddur, faktlar reklam məqsədli əlavə edilib". Xahiş edirəm 1 misal göstərin. Elə cümlə varmı ki, o tərəflidir və mənbəyi göstərilməyib. Science.gov.az və s. kimi mənbələrdə göstərilənlər necə tərəfli və reklam xarakterli ola bilər? Yazırsınız "faktların əksəriyyəti yoxlanıla bilmir". Zəhmət olmasa, konkret 1 misal göstərin, hansı faktın doğruluğu yoxlanıla bilmir. Goldenmath (müzakirə) 05:33, 27 iyun 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
Azərbaycan elminə qarşı yürüdülən növbəti qara siyasət !!! Shine like a diamond (müzakirə) 08:29, 28 iyun 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
@Shine like a diamond, burda bu tipli cümlələrə icazə verilmir. Zəhmət olmasa davam etdirməyin. Oxuyun: VP:MİLLİ Nemoralis (müzakirə) 15:07, 5 iyul 2024 (UTC)[cavabla]
Sizin digər istifadəçiyə oxumağı tövsiyə etdiyiniz "vikipediya milli ensiklopediya deyil" bölməsi məncə ona deyil, bir sıra səhifələri əsassız olaraq silməyə namizəd göstərən iş yoldaşlarınıza ünvanlanmalıdır. Çünki bizim vikipediyaçılar tərəfindən silinən və silinməyə namizəd göstərilən səhifələr yalnız Azərbaycanca vikipediyadan olan səhifələrdir. Həm də çox yaxşı olardı ki, bəzi vikipediyaçılarımıza bu istifadəçiyə dediyiniz kimi "davam etdirməyin" deyəsiniz. Qoy silməyi namizəd göstərəndə ümumi sözlərdən yox, konkret faktlardan istifadə etsinlər. Fikirlərini həmin səhifədən nümunələr gətirməklə əsaslandırsınlar. Mathimm (müzakirə) 04:48, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
@Mathimm, Vikipediyaçılar işçi yox könüllülərdir, burda heç kim "iş yoldaşı deyil". Sizə də VP:MİLLİ kriteriyasını, ümumilikdə VP:VND oxumağı tövsiyə edirəm. Nemoralis (müzakirə) 05:02, 9 iyul 2024 (UTC)[cavabla]
Mənim Sizə cavabımda söhbət hər hansı müəssisədə çalışan işçilərdən getmirdi. Mən işçi, iş yoldaşı sözünü geniş mənada demişəm. Fakt odur ki, silinməyə namizəd göstərilən səhifələr bir qrup adam tərəfindən edilir. Sizin mənə oxumağı tövsiyə etdiyiniz vacib məlumatları birinci növbədə məhz onlar oxumalıdırlar və öz qərarlarında bu prinsipləri əsas götürməlidirlər. Məsələn, bu səhifə müzakirəyə çıxarılıb. Amma onu müzakirəyə çıxaran özü müzakirədə iştirak etmir. Digəri ümumi sözlərlə "silinsin" deyir, amma faktlar gətirmək istəmir. Mən ingilis dilindəki vikipediyada da müxtəlif müzakirəkəri oxumuşam. Orada əsl müzakirə gedir. Burada isə ixtiyar verilib bir qrupun əlinə, onlar da quru bir "silinsin" deyir, vəssalam. Silinsin deyənlər niyə bunu səhifədən konkret nümunələrlə əsaslandırmırlar? VP:MS zəhmət olmasa, oxuyun, orada müzakirə nədir yazılıb. Burada isə faktiki olaraq məqalə haqqında müzakirə yoxdur. Sadəcə müzakirəyə çıxarıblar, müzakirəyə çıxaran adam özü isə müzakirə etmək istəmir. Sual: hər hansı səhifənin silinməsini istəyən adam əgər özü bunu müzakirə etmək istəmirsə, və həmin səhifənin əleyhinə olan adamlar da müzakirədə iştirak etmək istəmirlərsə, onda niyə belə səhifə müzakirəyə çıxarılır? Elə onda birdəfəlik desinlər ki, "Müzakirəsiz silinsin". Mathimm (müzakirə) 06:26, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
İxtiyar hansısa bir qrupun əlinə verilsəydi gəlib burda qalsın yaza bilməzdiniz, zəhmət olmasa əsassız iddialara yol verməyin. Müzakirəni açan şəxs və ya silinsən deyənlər iştirak etmirlərsə və ya iddialarını əsaslandırmırlarsa, bu öz günahlarıdır, digər Vikipediyaçıların yox. Elə danışırsınız ki, sanki siz ayrı bir qrupsunuz, biz ayrı. Hamımız Vikipediyaçıyıq. Nemoralis (müzakirə) 06:35, 9 iyul 2024 (UTC)[cavabla]
Gəlin həqiqəti danışaq. Mənim burada qalsın yazmağımmı əsasdır, yoxsa Sura Shukurlunün silinsin deməyi? Mən adi istifadəçiyəm, o isə inzibatçıdır. Səhifəni də məhz inzibatçı silir. Yəni, sonda istəsə silə də bilər. Baxmayaraq ki, müzakirəni açdı və müzakirədə iştirak etmək istəmədi. Baxın bir inzibatçı yazır ki, "faktların əksəriyyəti yoxlanıla bilmir" amma bir misal belə göstərmək istəmir. Mən silinməyə konkret fakt ortaya qoyulmadığı üçün hesab edirəm ki, məqalə heç bir səbəb olmadan silinmıyə namizəd göstərilib və VP:SİLMÜZ qaydalarına görə səbəb olmadığından silinməyə namizəd səhifələr siyahısından çıxarılmalıdır. Və ya inzibatçı Sura Shukurlu öz iddiasını əsaslandırmalıdır. Əgər bunlardan heç biri baş verməzsə, onda elə mən dediyim düz olacaq ki, "ixtiyar bir qrupun əlinə verilib". Mathimm (müzakirə) 21:02, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
İnzibatçı olmağı bir şey ifadə etmir. Sonda istədiyi kimi qərar verə bilməz. Buna mən də daxil olmaqla digər istifadəçilər qarşı çıxar. Nemoralis (müzakirə) 06:29, 10 iyul 2024 (UTC)[cavabla]
"faktların bəziləri reklam məqsədli əlavə edilib", "faktların əksəriyyəti yoxlanıla bilmir" və s. Bu kimi şəxsi fikirləriniz belə səviyyəli və böyük əməklə ərsəyə gələn səhifələrin silinməsi üçün əsas sayıla bilməz.. Shine like a diamond (müzakirə) 08:40, 28 iyun 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
Grenzsoldat, mümkünsə, konkret misal göstərin, hansı tərəfli hesab etdiyiniz cümlə ciddi və tanınmış mənbələrdə göstərilməyib? — Bu imzasız yazı Goldenmath (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 05:46, 27 iyun 2024 UTC (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)
  • Göründüyü kimi artıq neçə müddətdir müzakirənin açılmasına baxmayaraq, yuxarıda silinsin deyən 2 nəfər "silinsin" deyir, amma silinməyə səbəb olacaq heç bir fakt, konkret misal, nümunə kimi hansısa bir cümlə ortaya qoymaq istəmir. — Bu imzasız yazı Goldenmath (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 10:46, 6 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
  • ✔ Qalsın: Məqalə riyaziyyatçı alim, tədqiqat mərkəzinin direktoru haqqında yazılmış bir məqalədir. Alimlərə həsr olunmuş bir çox digər vikipediya məqalələrindən fərqli olaraq burada bütün söylənilən faktların mənbəyi istinadlarla göstərilib. Yazılan hər bir fikir internetdə asanlıqla yoxlanıla biləndir. — Bu imzasız yazı Mathimm (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 04:24, 9 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
  • Gadir, yalana haqq qazandırmaq üçün həqiqətin ağzını bağlamaq kifayətdir. Bilmədiniz nə edəsiniz, çarəniz kəsildi, sözünüz bitdi, kukla məsələsini ortaya atdınız. 😀 — Bu imzasız yazı Viking2024 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 08:41, 10 iyul 2024 (UTC) (Kukla hesablardan istifadə halı təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
    Elə danışırsınız ki, elə bil həqiqətin əsl təmsilçiləri sizsiniz. Vikipediya qaydalarına görə bir şəxs 2 profildən fikir bildirə bilməz, saxtakarlıq hesab olunur. İndi mən də sizin kimi danışıb "Deyəsən məqaləni saxlatmaq üçün saxtakarlığı seçdiniz" deyə bilərəm, amma bu xoşunuza gəlməz, düzdür? Nemoralis (müzakirə) 08:46, 10 iyul 2024 (UTC)[cavabla]
    Heç kəsin səhifəni saxlamaq üçün ürəyi getmir. Əgər reaksiya verilməsəydi, səhifə onsuz da silinəcəkdi, çünki yuxarıda deyilən kimi bir qrup adamın əlindədir. Əsas odur ki, burada üstündən xətt çəkilmiş yazılanlar onu göstərir ki, səhifə müzakirəyə səbəbsiz çıxarılıb və məhz inzibatçı tərəfindən qaydalar pozulub. Bu bloklanma halı bir daha ona sübutdur ki, inzibatçılar nə istəsələr, onu da edirlər. İndiyə kimi səhifə redaktə olunanda kukla məsələsi yada düşmürdü. İndi həqiqəti deyən kimi, bloklandı. Gadir, tez gəlin bunu da bloklayın. 😃 Məncə üstündən xətt çəkilmiş yazıları birdəfəlik pozsanız daha yaxşı olar, çünki onlar sizin kimi inzibatçılar tərəfindən nümunəvi səhifələrə qarşı yönəlmiş qərəzli münasibəti açıq göstərir. 2001:1C02:2117:FA00:F893:E3C:AF3F:D2DB 09:31, 10 iyul 2024 (UTC) (Kukla hesab istifadəsi səbəbi ilə bloklanmış istifadəçi olduğu təsdiqləndi və bloklandı. Yoxladı: Gadir)[cavabla]
    Özünüzə yaxşı təsəlli verirsiniz. Aparılmış texniki yoxlamanın nəticəsi burdadır: m:Special:PermanentLink/27092135#Goldenmathm@az.wikipedia. Buna da qərəzli deyərsiniz yəqin. Nemoralis (müzakirə) 09:32, 10 iyul 2024 (UTC)[cavabla]
    Səhifə mühafizə edildi. Hörmətlə, Gadirmüzakirə 09:40, 10 iyul 2024 (UTC)[cavabla]
Bu səhifənin silinməyə namizəd göstərilməsinin sifarişli olduğunu düşünürəm. Bir başqa səhifədə də oxşar şey görmüşdüm. Səbəblər aşağıdakılardır:
1) Burada 100-ə yaxın səhifə silinməyə namizəd göstərilib. Asanlıqla görmək olur ki, bir adam bir neçə məqaləni namizəd göstərir. Məsələn, @Nemoralis, @Gadir, @Yousiphh, @Grenzsoldat və s. Səhifəni namizəd göstərənlər özləri də buradakı bütün müzakirərdə aktivdirlər. Amma @Sura Shukurlu yalnız bu səhifəni namizəd göstərib və ümumiyyətlə səhifə silmə məsələlərində heç bir aktivlik göstərmir.
2) Yəqin ki, kukla hesabların kukla olması aşkar olunana qədər @Sura Shukurlu ona verilən suallara cavab verə, dediklərini əsaslandıra bilərdi, amma etməyib.
3) Məqaləyə baxdım. Şəxsin ensiklopedik olduğunu düşünürəm. Çoxlu istinadlar da var, yəni faktları yoxlamaq problem deyil. Asel007 (müzakirə) 17:39, 18 iyul 2024 (UTC)[cavabla]
@Asel007, siz dəqiq ensiklopediyanı genişləndirmək üçün buradasınız? 4 gündür qeydiyyatdan keçmisiniz, artıq istifadəçiləri nəyləsə ittiham etməyə başlamısınız, belə davam etsəniz hesabınızın bloklanması uzaqda deyil. Bu məndən sizə bir inzibatçı kimi xəbərdarlıqdır. Nemoralis (müzakirə) 21:03, 18 iyul 2024 (UTC)[cavabla]
@Nemoralis, bəli, mən 100% ensiklopediyanı genişləndirmək üçün buradayam. İstəyirəm, ensiklopediyada yalnız ona uyğun səhifələr olsun, digərləri çıxsın. Heç kimi də ittiham etmirəm. Yazmışam ki, belə düşünürəm, yəni əslində proqnoz verirəm. Proqnozumda statistikaya və ingilislər demiş "common sense"ə əsaslanmışam. Qəbul etmirsiniz, etməyin, daha məni bloklamaqla qorxutmaq niyə. Asel007 (müzakirə) 03:03, 19 iyul 2024 (UTC)[cavabla]
Məqalə və burdakı müzakirə ilə tanış oldum və bunları qeyd edə bilərəm:
Məqaləni silinmə müzakirəsinə çıxaran inzibatçı deyir ki, tərəfli cümlələr var və faktların əksəriyyəti yoxlana bilmir. Grenzsoldat adlı digər bir istifadəçi də onunla razıdır. Kuklaları nəzərə almasaq, inzibatçı Nemoralisin yazısından da görünür ki, bu şəxslər fikirlərini əsaslandırmaqdan çəkiniblər. Əslində mən də istərdim onlardan xahiş edəm ki, fikirlərini əsaslandırsınlar, amma yuxarıda yazılanlardan aydın olur ki, heç bir cavab verməyəcəklər. Ona görə də bu istəyimdən daşınıram.
Məqalə haqqında isə onu deyə bilərəm ki, 15 istinad, 3 xarici istinad və məqalənin içindəki onlarla sayda əlavə linklərlə bütün faktları yoxlamaq olur. Yəni faktların əksəriyyəti yoxlana bilmir fikri yanlışdır. Tərəfli və reklam xarakterli cümlələr dedikdə, yəqin məsələn, şəxsin Amerika Riyaziyyat Cəmiyyətindəki kitabının ətraf regiondan yeganə kitab olması haqqında yazılmış fikir nəzərdə tutula bilər. Amma bu fakt məqalədə 3 istinadla əsaslandırılıb və bundan əlavə Googleda yazanda imm.az və khazar.org rəsmi  saytlarında da bu barədə məlumat çıxır. Deməli bunu təsdiqləyən ən azı 5 etibarlı mənbə var.
Şəxsin özünə gəldikdə isə şəxs Vikipediya: Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) bölməsində göstərilmiş kriteriyaların bir çoxunu ödəyir. Məsələn, o, məqalədəki istinadlara əsasən, 1,2 və 5 kriteriyalarını ödəyir. Bundan əlavə 8 kriteriyasına uyğun gəlir: şəxs beynəlxalq bazalarda indekslənmiş elmi jurnalın məsul redaktorudur. Əslində isə həmin bölmədəki 9 kriteriyadan cəmi bir kriteriyanı ödəməsi kifayətdir ki, ensiklopedik hesab olunsun. Məqalənin əvvəlində deyilir ki, o elmi tədqiqat mərkəzinin direktorudur və  əslində elə tək bu fakt özü kifayət edir.
Heç bir səs vermək istəmirəm, çünki lap başda yazılıb ki, konsensus arqumentlərin keyfiyyətinə görə yaranır, səslərin sayına görə yox. Səhifələri silən inzibatçılar özləri bilsin. Diqqətinizə görə sağ olun. Hörmətlə, Qazanxan (müzakirə) 13:13, 5 avqust 2024 (UTC)[cavabla]
Məqalənin tərtibatı ilə bağlı problemlər var. Mənbələr də ürəkaçan deyil. Məsələn, bu nədir? Ensiklopedikliyə heç bir təsiri belə yoxdur. Hələ digər mənbələri demirəm. Həmçinin faktlar üçün sadəcə ilkin mənbələr yox, üçüncü tərəf və ikinci dərəcəli mənbələr də olmalıdır. Mövzunun müəyyən əhatə dairəsi olmalıdır. Məqaləyə kukla istifadəsi ilə məşğul olan istifadəçi tərəfindən redaktələr edilməsi silinməsi üçün başlıca səbəb deyil, əlbəttə. İnzibatçılar istədiyi qərarı verə bilməzlər, lakin düzəlişlər edilməzsə, yəqin ki, uyğun olaraq bu halı ilə silinəcək. Hörmətlə, Gadir (müzakirə) 13:37, 5 avqust 2024 (UTC)[cavabla]
Deyirsiniz bu nədir və ensiklopedikliyə heç bir təsiri yoxdur. Cavabım belədir. Bu onu göstərir ki, şəxs Oksford universiteti kimi çox nüfuzlu universitetə dəvət alıb və orada məruzə edib. Məqalədə bunu təsdiqləyən əsas mənbə də göstərilib: https://www.maths.ox.ac.uk/node/24710
Belə faktlar məncə şəxsin bioqrafiyasında mütləq göstərilməlidir. Həm də bu fakt məhz ensiklopedikliliyin birinci kriteriyasına uyğundur. Həmin kriteriyada deyilir: Şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqələnə bilir.
Bəli, məhz şəxsin tədqiqatlarının əhəmiyyətli təsirə malik olduğunu, digər faktlarla yanaşı həmçinin, onun Oksford universiteti kimi bir yerə dəvət alması və orada bu tədqiqatlar üzrə mühazirə oxuması aydın göstərir. Və bu fakt Oksford universitetinin rəsmi saytı ilə təsdiqlənir. Oksford universitetinin rəsmi saytı isə etibarlı mənbədir. Hörmətlə, Qazanxan (müzakirə) 14:10, 5 avqust 2024 (UTC)[cavabla]
Belə başlıqlar çox alim haqqında var, indi hamısına məqalə açaq buna görə? Etibarsız mənbə demirəm, ensiklopedikliyin təsdiqi üçün mövzu barədə, onu əhatə edən şəxsdən (mövzudan) asılı olmayan mənbələr lazımdır. Müəyyən kənar əhatə dairəsi lazımdır məqaləsi olması üçün. Yoxsa bu şəkildə hər elm xadiminə məqalə açmaq mümkündür. Hörmətlə, Gadir (müzakirə) 14:15, 5 avqust 2024 (UTC)[cavabla]
Yəni demək istəyirsiniz, jurnalistlər onun haqqında məqalə yazmalıdır? Bəs xarici alimlərin elmi məqalələri, kitabları? Adicə Google Scholarda şəxsın adını yazsanız görərsiniz ki, onun işlərinə 1000-ə yaxın istinad var, Kembridc universitetində Allan Pinkus adlı alimin nəşr etdirdiyi kitabda nəticələri gətirilib və işıqlandırılıb. Bundan əlavə bəzi tədqiqatçılar nəticələrini heyrətamiz nəticə, başlıca nəticə adlandırıb. Əgər science.gov.az sizi qane etmirsə həmin saytda məqalələrin adları da var, girib baxmaq olar. Qazanxan (müzakirə) 14:42, 5 avqust 2024 (UTC)[cavabla]
  • Şərh Şərh: Mən bu müzakirədə mənə suallar ünvanlandığı dövrdə vikiyə çox ayıra bilmir, vaxt ayırsam da müzakirələrdən uzaq durub məzmun redaktəsi ilə məşğul olurdum. Odur ki, sualları indi cavablandırmalı oluram. Şəxs birmənalı olaraq ensiklopedik əhəmiyyət şərtlərini ödəmir, çünki şəxsin həyat və fəaliyyəti ikincidərəcəli müstəqil mənbələr tərəfindən işıqlandırılmayıb. Şəxsin haqqında bircə dənə müstəqil şəkildə yazılmış, onun həyat və fəaliyyətini və ya sadəcə fəaliyyətini belə olsa əhatə edən mənbə göstərin sadəcə. Şəxsin məqaləsinin olması üçün tələb olunan əhatə dairəsi sadəcə bu mənbədə mövcuddur, amma, bu da AMEA-nın rəsmi saytıdır, hansı ki, şəxs həmin müəssisədə işləyir. Heç kim nə scinece.gov.az-a, nə də başqa sayta tərəfli demir. Burda heç kim saytın, ya həmin yazının tərəfli, şəxslə əlaqəli olduğunu da demir, bunu da vurğulayım. Amma qaydalara əsasən bu mənbə müstəqil hesab edilmir. Geri qalanlardan da şəxs haqqında bir cümlə də olsa mətn təqdim edən science.gov.az xaricində ancaq azertag var, onda da ancaq bir fakt yazılıb. Yəni şəxsin həyat və fəaliyyəti yenə əhatə olunmayıb. Geri qalanlarda şəxs haqqında ümumiyyətlə mətn yoxdur: ya kitablarına, ya elmi işlərinə, ya da elmi işlərinə istinadlara verilmiş keçidlərdir. Mən heç bir fikrimi əsaslandırmağa çətinlik çəkmirəm, əgər VP:EƏ-yə əsasən şəxsin ensiklopedikliyi üçün tələb olunan mənbə mövcuddursa və diqqətimdən yayınıbsa, göstərilə bilər və ona uyğun müzakirə aparılar. --Sura Shukurlu (müzakirə) 13:59, 5 avqust 2024 (UTC)[cavabla]
    Yuxarıda əyraflı yazmışam. İndi isə yalnız bunu deyə bilərəm:
    Bir elm xadiminin aşağıdakı kriteriyaların hər hansısa birini ödədiyi etibarlı mənbələrlə göstərilirsə, bu şəxs ensiklopedik hesab olunur......
    1. Şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqələnə bilir. -- Elmi məqalələr etibarlı mənbə sayılır. Şəxsin işlərinə 1000-ə yaxın istinad var.
    2. Şəxs ölkə və ya dünya səviyyəsində yüksək prestijli mükafat almış və ya uğur əldə etmişdir. -- Uğur əldə etmişdir. Bir riyaziyyatçının monoqrafiyasının Amerika Riyaziyyat Cəmiyyətində çap olunması xüsusi uğur sayılır. Həmin cəmiyyətin saytı etibarlı mənbə sayılır.
    3. Şəxs əhəmiyyətli bir ali təhsil müəssisəsində, ya da elmi tədqiqat mərkəzində yüksək vəzifəyə sahibdir və ya sahib olmuşdur. -- Riyaziyyat və onun tətbiqləri elmi tədqiqat mərkəzinin direktorudur. Xəzər universitetinin saytı etibarlı mənbə sayılır.
    Qazanxan (müzakirə) 15:03, 5 avqust 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu, həm də yazırsınız şəxs AMEA-da çalışdığından science.gov.az müstəqil mənbə hesab edilmir. Amma şəxs AMEA-da çalışmır, o RMİ-Riyaziyyat və Mexanika İnstitutunda çalışır, RMİ isə 2022-ci ildən ETN-ə tabedir. Buna görə də istəsəniz science.gov.az saytında şəxs haqqında 2022-dən bu tərəfə yazılanları müstəqil mənbə hesab edə bilərsiniz. Qazanxan (müzakirə) 15:29, 5 avqust 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu və @Gadir, məncə siz yalnız VP:EƏ-dən çıxış edirsiniz. Amma VP:EƏ-nin özündə yazılır ki, "bəzi XEƏ-lərin xüsusi funksiyaları var: məsələn, elm xadimləri üçün XEƏ meyarları ÜEƏ-dən fərqli prinsiplər ilə işləyir". Ona görə də alimlər üçün VP:EƏEX və oradakı kriteriyalara baxmaq lazımdır. Mən yuxarıda şəxsin elm xadimi kimi ensiklopedik olduğunu dedikdə həmin kriteriyaların bəzilərinə əsaslanmışam. Elm xadiminin həyat və fəaliyyəti haqqında tələb etdiyiniz müstəqil yazının olmasının vacibliyi bu kriteriyalarda göstərilməyib. Riyaziyyatçı nə artist deyil, nə də şair və ya yazıçı deyil. Onun həyat və fəaliyyəti haqqında mətbuatda yazı olmaya da bilər və bu o demək deyil ki, o elm xadimi üçün ensiklopediklik şərtlərini ödəmir. Orada 9 kriteriya var və mən yuxarıda hansı kriteriyaları ödədiyini yazmışam. Şəxs məhz 1, 2, 5-ci kriteriyaları ödəyir, 8-ci kriteriyanı da qismən ödəyir. Qazanxan (müzakirə) 18:26, 5 avqust 2024 (UTC)[cavabla]
    @Qazanxan, Vikipediyada ensiklopediklik üçün əsas, başlıca tələblər VP:EƏ-də toplanıb. VP:EƏEX kimi xüsusi qaydalar bu qaydanın törəmələridir. VP:EƏEX-dəki kriteriyalar VP:EƏ-nin ödənilmə ehtimalının yüksək olduğu hallar təyin edilərək hazırlanıb. Amma Vikipediyanın ensiklopediklik üçün birmənalı tələbləri ikincidərəcəli mənbələrin diqqətində olması və əhəmiyyətli dərəcəd əhatə olunmasıdır. O cümlədən, qeyd etdiyiniz kriteriyalar, xeyr, ödənilmir. Şəxsin "tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu" haqda heç bir etibarlı ikincidərəcli mənbədə məlumat yoxdur. Bu kriteriyanın ödənildiyini şəxsin işlərinə edilən istinadlarla əsaslandıra bilmərik, bu, artıq orijinal tədqiqat olur. Həmçinin şəxsin uğuru da ikincidərəcəli mənbələr tərəfindən dəyərləndirildikdə önəmli olur, əks halda sizin bu uğuru əhəmiyyətli hesab edərək şəxsi ensiklopedik hesab etməyiniz sadəcə subyektiv fikirdir. O cümlədən vəzifəsi, xeyr, təkbaşına ensiklopedik edəcək əhəmiyyətdə deyil, universitet nəzdindəki mərkəzin direktorudur. Bu vəzifəni əhəmiyyətli hesab etməyiniz də sizin subyektiv fikrinizdir. Bu kriteriyalar o zaman ödənilir, yəni bu fikirlər o zaman təsdiqlənir ki, ikincidərəcəli müstəqil mənbələr də o fikirdə olsun. İkincidərəcəli etibarlı mənbələr hansı dərəcədə əhəmiyyət verirsə, Vikipediya ona inanır, icmanın subyektiv fikirləri və araşdırmasına deyil. AMEA mövzusuna isə gəldikdə, sözügedən mənbədə şəxs "AMEA alimi" kimi dəyərləndirilib haqqında yazı yazılıb. Sura Shukurlu (müzakirə) 18:47, 5 avqust 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu, Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) bunu oxuyun:
    Kriteriyalar üçün açıqlamalar
    1. Şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğu neytral və etibarlı mənbələrlə təsdiqələnə bilir.
    1-ci kriteriyanın ödənilməsinin ən sadə yolu şəxsin istinad olunan çox sayıda akademik əsərin yazarı olduğunu göstərməkdir. Bu ya bir neçə çox yüksək sayda istinad sayına sahib əsər, ya da vacib miqdarda istinad almış əsər ola bilər. Şəxsin əsərləri haqqında əhəmiyyətli akademik nəşrlərdə nəşr olunan yazılar da istinad olaraq qiymətləndirilə bilər.
    Yazılıb ödədiyini necə yoxlamaq olar. Asanlıqla yoxlanılır ki, ödəyir. Məqalədəki mənbələrlə yoxlanılır. Şəxs çox sayda istinad olunan akademik əsərlərin yazarıdır. Bunu Web of Science, Scopus və Google Scholar sübut edir. Hansı ikincidərəcəli mənbə istəyirsiniz?
    Başqa nyuanslara toxunmayacam, amma AMEA-dan gətirilən son istinadlarda, səhv deyirsiniz, AMEA alimi kimi dəyərləndirilməyib, orada məhz ETN və ya sadəcə RMİ yazılıb. Məqalədəki 10 və 11-ci istinadlara baxın.
    https://science.gov.az/az/news/open/27506
    https://science.gov.az/az/news/open/29475
    Yuxarıdakı linklərdə yazılanlar və həmin linklərdə göstərilən məqalələrdə yazılanlara da ayrıca fikir verin.
    1-ci kriteriyaya uyğun gəlirmi???
    Yuxarıda science.gov.az müstəqil mənbədir, çünki şəxs orada işləmir. Məqalədə AMEA RMİ yazılıb, amma bu məqalə çoxdan hazırlanıb.
    O ki, qaldı mənim hansısa vəzifəni əhəmiyyətli hesab etməyimə, 5-ci kateqoriyada yazılıb:
    5. Şəxs əhəmiyyətli bir ali təhsil müəssisəsində, ya da elmi tədqiqat mərkəzində yüksək vəzifəyə sahibdir və ya sahib olmuşdur.
    Bunu yoxlamaq üçün məqalədə istinad da verilib, mənim o vəzifəni necə hesab etməyimə ehtiyac yoxdur. Yəni nə yazılıbsa o da ödənir. Onu da deyim ki, tədqiqat mərkəzləri dünyanın çox yerində məhz universitetlərin nəzdində olur.
    Qazanxan (müzakirə) 19:34, 5 avqust 2024 (UTC)[cavabla]
    @Sura Shukurlu, mənə çox maraqlıdır, Amerika Riyaziyyat Cəmiyyətinin saytı, Oksford universitetinin saytı, xarici bir alimin Kembricdə çap olunmuş kitabı, Web of Science, Scopus, Google Scholar və s. göstərir ki, şəxsin tədqiqatları işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malikdir. 1-ci kateqoriyanın açıqlaması da bunu deyir. Amma siz deyirsiniz xeyr elə deyil, ikincili mənbə lazımdır. Siz nəyi nəzərdə tutursunuz, hansısa qəzetdə hansısa jurnalist yazısını, yoxsa mütləq bu barədə televiziyada deyilməlidir?
    Digər tərəfdən science.gov.az saytında son illər yazılanları nümunə gətirirəm, deyirəm şəxs orada işləmir, deməli müstəqil mənbədir. Onu da yenə doğru-düzgün mənbə hesab etmirsiniz.
    Belə olan təqdirdə mən müzakirəni davam etdirməyi mənasız sayıram. Hörmətlə, Qazanxan (müzakirə) 20:22, 5 avqust 2024 (UTC)[cavabla]
    @Qazanxan Kembricdə çap olunmuş kitabı üçün etibarlı mənbə təqdim edə bilərsiniz lütfən? Hansı kitabı? Bir də WoS-da neçə məqaləsi çap olunub? Atakhanli (müzakirə) 20:29, 5 avqust 2024 (UTC)[cavabla]
    @Atakhanli, Kembricdə çap olunan onun kitabı deyil, Allan Pinkus adlı xarici alimin kitabıdır. Orada şəxsin nəticələrinə çoxlu istinadlar olduğu deyilib. Mən yoxladım. Siz də baxa bilərsiniz. Kembric nəşriyyatının bu səhifəsinə keçid edin:https://assets.cambridge.org/97811071/24394/index/9781107124394_index.pdf
    Kitabın son səhifəsindəki İndex açılacaq. Görəcəksiniz ki, digər alimlərdən daha çox müzakirə edilən şəxsə istinad edilib.
    Kitabda edilən istinadlar haqqında müzakirə edilən məqalədə yazılıb. Elmi işlərinə istinadlar bölümünə və 9-cu istinada baxın.
    WoS bazasında şəxsin 36 məqaləsi var. Bu fakt məqalədəki 14-cü istinadla yoxlanıla bilər. Qazanxan (müzakirə) 20:56, 5 avqust 2024 (UTC)[cavabla]
    ✔ Qalsın: 36 olduqca yaxşı rəqəmdir. Google Schoolar indeksi də yaxşıdır. ümumiyyətlə bu nəticələr bir çox heç əməkdar elm xadimlərimizdə yoxdur)) ümid edirəm ki, gələcəkdə əməkdar elm xadimi fəxri adı da alarsınız. əslində müzakirədə iştirak edənlərdə də günah yoxdur. ikinci dərəcəli mənbələr vikipediya üçün olduqca önəmli faktordur. hazırki məqalədə də o qədər gərəksiz hissələr var ki, əsas hissələr göz qırağında qalır. @Qazanxan siz yaxşı olar ki, mənə bütün elmmetrik portal, baza və akademik şəbəkələrdəki hesablarınızı göndərəsiniz. mən onları vikidataya əlavə edim, bu məqalənizdə sonda xarici keçidlər şablonunda görünsün (düzbucaqlının içində). məqalədə xeyli problemlər var. tərcümeyi-halınızı və digər məlumatları mənə göndərin mən məqaləni qaydaya salım. Atakhanli (müzakirə) 21:15, 5 avqust 2024 (UTC)[cavabla]
    @Atakhanli, mənim müzakirə edilən şəxsə aidiyyətim yoxdur axı. Sadəcə tanıyıram, məqaləni diqqətlə oxudum və faktları yoxladım. Sonra isə müzakirədə iştirak etdim.
    Amma dediyiniz məlumatları yəqin ki, internetdən tapmaq olar. Əslində məqalədə şəxsin Google Scholar və Web of Science profilləri var. Başqa profilləri də, Scopus və s. internetdə olar yəqin. Qazanxan (müzakirə) 21:35, 5 avqust 2024 (UTC)[cavabla]
    ) Sizi başa düşürəm və emosionallığınızı anlayıram. Mən də istəyirəm ki, məqalə qalsın. Məqaləni qaydalara uyğunlaşdırmaq lazımdır. Siz icmadan kimisə təhdid etməsəniz və nəzakətsizlik etməsəniz bloklanmarsınız. Və mən çalışıram ki, digər hesablardakı bloklar da geri götürülsün
    Atakhanli (müzakirə) 21:40, 5 avqust 2024 (UTC)[cavabla]
    @Atakhanli, bloklanmağı anlamadım, mən icmanı təhdid etmirəm və nəzakətsizlik etmirəm. Sadəcə yuxarıda adekvat cavablar vermişəm. Məsələn, məqaləni silinməyə namizəd verən inzibatçı deyir ki, elə müstəqil mənbə yoxdur ki, şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu göstərsin. Mən isə deyirəm var. Məsələn, "Allan Pinkus, Ridge functions, Cambridge University Press" kitabı müstəqil, ikinci dərəcəli, etibarlı mənbədir. Həmin kitabın bir çox səhifələri şəxsin nəticələri haqqında yazır. Ridge funksiyalar da şəxsin məşğul olduğu sahədir. İndi həmin kitab şəxsin tədqiqatlarının işlədiyi sahə üzrə əhəmiyyətli təsirə malik olduğunu sübut etmirmi? Bundan yaxşı sübut nə ola bilər?
    Deyirəm science.gov.az saytında son illər yazılanlar müstəqil, ikinci dərəcəli, etibarlı mənbədir. Amma deyirlər, xeyr, çünki şəxs orada işləyir. Deyirəm, xeyr, orada işləmir və s.
    Sorğunuzu cavablandırmağa çalışım. İnternetdə axtarış etdim və bunları tapdım.
    Şəxsin Google Scholar profili:
    https://scholar.google.com/citations?user=ziQBM_cAAAAJ
    Şəxsin Scopus profili:
    https://www.scopus.com/authid/detail.uri?authorId=16039430700
    Şəxsin WoS profili:https://www.webofscience.com/wos/author/record/1544541
    Şəxsin mathnet.ru profili:
    https://m.mathnet.ru/php/person.phtml?personid=29480&option_lang=rus
    Şəxsin həyatı haqqında:
    https://www.imm.az/exp/2021/09/28/funksiyalar-n%C9%99z%C9%99riyy%C9%99si-sob%C9%99sinin-mudiri-riyaziyyat-elml%C9%99ri-doktoru-vuqar-ismayilovu-50-yasi-munasib%C9%99ti-il%C9%99-t%C9%99brik-edirik/
    Diqqətinizə görə sağ olun. Hörmətlə, Qazanxan (müzakirə) 05:30, 6 avqust 2024 (UTC)[cavabla]