Leyla Əliyeva (cüdoçu): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
əlavə
Sətir 32: Sətir 32:


Bütün bu göstəricilərin nəticədəsində Leyla Əliyeva IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.<ref name=":ACF03">{{cite news|title=Азербайджанский состав дзюдоистов на Олимпиаду|author=Azerisport.com idman portalı|newspaper=www.azerisport.com|date=25.04.2024|url=https://www.azerisport.com/olimpizm/paris-2024/20240701183231419.html|accessdate=25.04.2024|language={{ref-ru}}|archiveurl=|archivedate=2024-08-25|url-status=live}}</ref>
Bütün bu göstəricilərin nəticədəsində Leyla Əliyeva IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.<ref name=":ACF03">{{cite news|title=Азербайджанский состав дзюдоистов на Олимпиаду|author=Azerisport.com idman portalı|newspaper=www.azerisport.com|date=25.04.2024|url=https://www.azerisport.com/olimpizm/paris-2024/20240701183231419.html|accessdate=25.04.2024|language={{ref-ru}}|archiveurl=|archivedate=2024-08-25|url-status=live}}</ref>

Leyla Əliyeva olimpiadanın 1/16 final mərhələsində 22 yaşlı [[Özbəkistan]] nümayəndəsi [[Xalimacon Kurbonova]] ilə üz-üzə gəldi.<ref name=":JUDO01">{{cite news|title=Париж-2024: Лейла Алиева и Балабей Агаев проиграли на старте Олимпиады|author=Azerisport.com idman portalı|newspaper=www.azerisport.com|date=25.04.2024|url=https://www.azerisport.com/olimpizm/paris-2024/20240727001200859.html|accessdate=25.04.2024|language={{ref-ru}}|archiveurl=|archivedate=2024-08-25|url-status=live}}</ref> Bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 50 saniyə qala rəqib vaza-ari xalı əldə etdi.<ref name=":ALIYEVA2">{{cite news|title=Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırdı|author=Qol.az|newspaper=www.qol.az|date=25.04.2024|url=https://qol.az/news/203086-cudocumuz-paris-2024-de-mubarizeni-dayandirdi|accessdate=25.04.2024|language={{ref-az}}|archiveurl=|archivedate=2024-04-25|url-status=live}}</ref> Nəticədə Leyla Əliyeva rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini birinci görüşdəcə başa vurdu.<ref name=":ALIYEVA1">{{cite news|title=ДЗЮДО - 1/16 ФИНАЛА, ДО 48КГ (Ж) ГЕЙМ 3 // ALIYEVA LEYLA – KURBONOVA KHALIMAJON РЕЗУЛЬТАТЫ|author=olympics.com|newspaper=www.olympics.com|date=25.04.2024|url=https://olympics.com/ru/paris-2024/results/judo/women--48-kg/r32-000400--|accessdate=25.04.2024|language={{ref-ru}}|archiveurl=|archivedate=2024-04-25|url-status=live}}</ref>


== İstinadlar ==
== İstinadlar ==

19:30, 27 iyul 2024 tarixinə olan versiya

Leyla Əliyeva
Şəxsi məlumatlar
Tam adı Leyla Əliyeva
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 1 sentyabr 1997(1997-09-01) (27 yaş)
Doğum yeri
İdman növü Cüdo
Komandası Neftçi İdman Klubu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leyla Əliyeva (1 sentyabr 1997, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu.

Karyerası

Leyla Əliyeva 2012-ci ilin fevralında U-17 Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin mart-may ayları ərzində Ukrayna, Xorvatiya, AlmaniyaPolşada baş tutan yeniyetmələr arasında beynəlxalq turnirləri 2 gümüş və 2 bürünc medalla başa vurdu.

2013-cü ildə o, bu səfər yeniyetmələrin beynəlxalq turnirlərinin Xorvatiya və Polşa mərhələlərinin qalibi oldu, Almaniya mərhələsində isə bürünc medala sahib oldu. İyunda Tallin şəhərində (Estoniya) U-18 Avropa Çempionatının qalibi oldu, avqustda isə Mayamidə (ABŞ) yeniyetmələr arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.

Leyla Əliyeva 2014-cü ilin mart-may ayları ərzində yeniyetmələrin beynəlxalq turnirlərinin TürkiyəPortuqaliya mərhələlərinin qalibi oldu, Almaniya mərhələsini isə bürünc medalla başa vurdu. İyulda Afina şəhərində (Yunanıstan) U-18 Avropa Çempionatının gümüş medalına sahib oldu.

Avqustda isə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[1] Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu.[1] Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[1][2][3] Leyla Əliyeva həmdə Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində cüdo idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.

Nancin Olimpiadasından sonra zədələr səbəbilə eniş yaşayan Leyla Əliyeva 2015-ci ili Bratislavada U-23 Avropa Çempionatını beşinci pillədə tamamlamaqda başa vurdu. 2016-cı ildə beynəlxalq turnirlərdə mübarizə aparmadı. 2017-ci ildə Azərbaycan çempionu oldu və Maribor şəhərində (Sloveniya) gənclər arasında Avropa Çempionatını beşinci pillədə tamamladı. 2018-ci ildə növbəti dəfə Azərbaycan Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2019-cu ilin sentyabrında Özbəkistan IJF Qran-Pri turnirinin bürünc medalına sahib olmaqla uzun fasilədən sonra nüfuzlu beynəlxalq turniri medalla başa vurdu. 2020-2021-ci illərdə də zədə səbəbilə ilə turnirlərdən uzaq olan Leyla Əliyeva 2022-ci ildən formasını tədricən bərpa etməyə başladı.

2023-cü ildə Leyla Əliyeva Əbu-Dabi şəhərində (BƏƏ) IJF Grand Slam turnirini və Çendu şəhərində (Çin) Universiada Oyunlarını bürünc medallarla başa vurdu. Sentyabrda Azərbaycanda IJF Grand Slam turnirinin final görüşündə məğlub olaraq gümüş medala sahib oldu. Noyabrda isə Avropa Çempionatını yeddinci pillədə tamamladı.

Bütün bu göstəricilərin nəticədəsində Leyla Əliyeva IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.[4]

Leyla Əliyeva olimpiadanın 1/16 final mərhələsində 22 yaşlı Özbəkistan nümayəndəsi Xalimacon Kurbonova ilə üz-üzə gəldi.[5] Bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 50 saniyə qala rəqib vaza-ari xalı əldə etdi.[6] Nəticədə Leyla Əliyeva rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini birinci görüşdəcə başa vurdu.[7]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Azerisport.com idman portalı. "Азербайджан выиграл три серебра в первый день Юношеских Игр". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Серебряный хет-трик на старте Юношеских Игр". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Azerisport.com idman portalı. "Первые медали Азербайджана на Юношеских Играх". www.azerisport.com (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  4. Azerisport.com idman portalı. "Азербайджанский состав дзюдоистов на Олимпиаду". www.azerisport.com (rus.)). 25.04.2024. İstifadə tarixi: 25.04.2024.
  5. Azerisport.com idman portalı. "Париж-2024: Лейла Алиева и Балабей Агаев проиграли на старте Олимпиады". www.azerisport.com (rus.)). 25.04.2024. İstifadə tarixi: 25.04.2024.
  6. Qol.az. "Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırdı". www.qol.az (az.)). 25.04.2024. İstifadə tarixi: 25.04.2024.
  7. olympics.com. "ДЗЮДО - 1/16 ФИНАЛА, ДО 48КГ (Ж) ГЕЙМ 3 // ALIYEVA LEYLA – KURBONOVA KHALIMAJON РЕЗУЛЬТАТЫ". www.olympics.com (rus.)). 25.04.2024. İstifadə tarixi: 25.04.2024.