Mənalar :

  azərbaycanca: ali
  1. Ən yüksək, ən baş, ən yuxarı. Ali məhkəmə. Ali baş komandan. Ali idarələr. Ali məktəb. Ali təhsil. – [Nizami:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. M.S.Ordubadi. [Qasım:] İşə iki dəfə Ali məhkəmədə baxıblar. Yenə də əl çəkən deyiləm. S.Rəhman.
  2. Uca, hündür, yüksək. Hülaku xan paytaxtı Təbriz şəhərində ali bir imarət tikdirdi. A.Bakıxanov. Bakının ali imarətlərinə sərf edilən ağdaş Puta, Badamdar, Şağanbaz, Alaçıq deyilən yerlərdən gətirilir. H.Sarabski.
  3. Xüsusi terminologiyada: ən inkişaf etmiş, ən mükəmməl, ən mürəkkəb. Ali sinir fəaliyyəti. Ali orqanizmlər. – [Spirtin] orta nümayəndələri kəskin iyli, ali spirtlər isə iysizdir. Mövsümzadə.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 

  Mənalar :

  türkcə: ali -   azərbaycanca: ali

Bağlayıcı ali (hr)-  azərbaycanca:ancaq (hr),lakin (hr),amma (hr)

Bağlayıcı ali (sl)-  azərbaycanca:ya (sl)