Yaylagül Ramazanova

Azərbaycan oxatanı

Yaylagül Ramazanova (18 yanvar 1990[1]) — Azərbaycanı təmsil edən oxatan.

Yaylagül Ramazanova
Şəxsi məlumatlar
Tam adı Yaylagül Ramazanova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (34 yaş)
Boyu 180 sm.
İdman növü Kamandan oxatma
Məşqçisi Natiq Fazilov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Yaylagül Ramazanova 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan Çempionatının qalibi olub.

Azərbaycanı 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa Çempionatlarında təmsil edib.

2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində Yaylagül Ramazanova Azərbaycan bayrağını aparıb.

Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[2][3] Ramazanova bu idman növü üzrə olimpiada da mübarizə aparan birinci azərbaycanlı idmançı oldu.

Paris Olimpiadasında Yaylagül Ramazanova iyulun 25-də təsnifat mərhələsində (sıralanma turu) mübarizə apardı.[4] Həmin mərhələdə Ramazanova 647 xal topladı və 64 idmançı sırasında 39-cu pillədə başa vurdu.[5][6] Bununla da onun 1/32 final mərhələsində rəqibi Çin nümayəndəsi An Qixuan oldu.[7] İyulun 30-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramazanova rəqibi üzərində 6:5 hesabı ilə qələbə qazanaraq olimpiadanın 1/16 final mərhələsinə adladı.[8][9] Bununla da Yaylagül Ramazanova bu idman növü üzrə olimpiadalarda mərhələ adlamağı bacaran birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Bu mərhələdə isə onun rəqibi Almaniya nümayəndəsi Mişelle Kroppen oldu.[8][10] Rəqib 2020-ci il olimpiadasının bürünc medalçısı, Dünya və Avropa Çempionatının qalibi olan 28 yaşlı təcrübəli idmançı idi.[11] Həmin görüşdə Yaylagül Ramazanova rəqibinə 2:6 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini 17-ci pillədə başa vurdu.[10][12] Məğlubiyyətdən sonra Yaylagül Ramazanova müsahibəsində bunları bildirdi: "Gündə 2 dəfə məşq edirdim. Təəssüf medalsız qayıdacağam. Buna baxmayaq, mənim üçün yaxşı təcrübə oldu".[13]

Şəxsi həyatı

redaktə

2 oktyabr 2024-cü ildə övladı dünyaya gəlib.[14]

İstinadlar

redaktə
  1. https://www.eurosport.de/olympia/athleten/profil/ramazanova-yaylagul-1972344/.
  2. Report İnformasiya Agentliyi. "Azərbaycanın daha bir idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.report.az (az.)). 24.08.2024. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  3. Azerisport.com idman portalı. "Рамазанова завоевала лицензию на Олимпиаду". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  4. Azerisport.com idman portalı. "Дебютант Олимпиады: Надеюсь, порадую Азербайджан". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  5. olympics.com. "ARCHERY WOMEN'S INDIVIDUAL RANKING ROUND RESULTS". www.olympics.com (ing.)). 25.04.2024. 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  6. Azerisport.com idman portalı. "Париж-2024. Яйлагюль Рамазанова побила свой рекорд и встретится с китаянкой". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  7. Report İnformasiya Agentliyi. "Paris-2024: Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub". www.report.az (az.)). 24.08.2024. 2024-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  8. 1 2 Azerisport.com idman portalı. "Париж-2024: Яйлагюль Рамазанова обыграла китаянку, но проиграла немке". www.azerisport.com (rus.)). 24.08.2024. 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  9. olympics.com. "ARCHERY - WOMEN'S INDIVIDUAL 1/32 ELIMINATION ROUND MATCH // RAMAZANOVA YAYLAGUL VS AN QIXUAN RESULTS". www.olympics.com (ing.)). 25.04.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  10. 1 2 olympics.com. "ARCHERY - WOMEN'S INDIVIDUAL 1/16 ELIMINATION ROUND MATCH // KROPPEN MICHELLE vs RAMAZANOVA YAYLAGUL RESULTS". www.olympics.com (ing.)). 25.04.2024. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  11. olympics.com. "KROPPEN Michelle". www.olympics.com (ing.)). 25.04.2024. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
  12. Azərbaycan Dövlət İnformasiya Agentliyi. ""Paris-2024": Yaylagül Ramazanova çıxışını başa vurub YENİLƏNİB". www.azertag.az (az.)). 24.08.2024. 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
  13. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan idmançısı: Olimpiada mənim üçün yaxşı təcrübə oldu". www.azertag.az (az.)). 24.08.2024. İstifadə tarixi: 24.08.2024.
  14. "Olimpiya Oyunlarının iştirakçısı ana oldu". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-02.