VizeKırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize YunanıstanBolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir.

İlçə
Vize
Vize
41°34′25″ şm. e. 27°45′55″ ş. u.HGYO
Ölkə
Tabesində Kırklareli
Region Marmara bölgəsi
Başçı Ercan Özalp
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 168 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 28.122 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 39400
Digər
Vize Belediyesi
Vize Kaymakamlığı
Xəritəni göstər/gizlə
Vize xəritədə
Vize
Vize
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur.

Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı. Sonralar farslar, romalılar, keltlər, Peçeneqlər, Bizanslılar, Bolqarlar üstünlük təşkil etdilər və nəhayət, Osmanlı hakimiyyəti və türk hökmranlığı başladı. 1369-cu ildə Osmanlı hökmranlığı altına keçən qəsəbə, Rumeli əyalətinin bir sancağı olan Vize sancağının mərkəzi idi.

1892-ci ildə Ədirnə Vilayət Mətbəəsinin müdiri Şövkət Dağdevirəntərəfindən yazılmış səlnamədə aşağıdakı məlumatlar öz əksini tapır:

  Kırkkilise sancağının qəzası Vize qəsəbəsinə aid olan 47 kənddə 4466 ailədə 23595 sakin var və əksəriyyəti islam və yunandır. Saray, Yenice, Örencik, Hasboğa mahalları Vizeyə bağlıdır. Vize hökumət evi 108 pilləli bir təpədə yerləşir. Vizedə 7 məscid var. Bunlardan Qazi Süleyman Paşa tərəfindən inşa edilən məscid Ayasofya modelindədir. Digərlərini Saka Baba, Həsən bəy və Ferhat bəy tikdirdi. İlçədə 13 sağlam, 27 dağılmış məscid, 2 hökumət sarayı, 33 məktəb, 2 yararsız imarət, 1 teleqrafxana, 1 dərviş lojası, 5 kirəmitxana, 46 fəvvarə 1 metropoliten, 18 kilsə və monastır, 301 ev sahəsi, 42 otlaq, 775 çəmənlik, 17759 tarla, 28 bağça, 3926 üzüm bağı, 6 təsərrüfat, 1522 anbar və ot biçimi, 1 içki fabriki, 25 dəyirman, 10 qonaq evi, 2 hamam, 31 çörəkxana, 35 İslam, 18 xristian qəbiristanlığı, 72 xırman yeri, 3 əkin sahəsi, 376 mağaza vardı.  
Vize qəzası əhali cədvəli 1892
Qadın Kişi Ümumi
Müsəlmanlar 4.828 5.467 10.295
Yunanlar 5.928 6.182 12.110
Ermənilər 1 1
Bolqarlar 514 523 1.037
Qaraçılar 74 78 152
Ümumi 11.344 12.251 23.595
İl Ümumi Şəhər Kənd
1965 31.658 6.766 25.535
1970 36.909 14.716 24.892
1975 32.449 13.466 24.246
1980 35.198 9.730 25.468
1985 34.659 10.082 24.577
2000 32.276 10.628 21.648
2007 30.348 11.908 18.440
2008 30.086 28.989 18.120
2009 28.913 11.447 17.466
2010 29.153 12.196 16.957
2011 28.611 12.317 16.294
2012 28.228 12.543 15.685
2013 27.899 12.631 15.268
2014 27.700 12.887 14.813
2015 27.422 13.095 14.327
2016 27.556 13.484 14.072

Mədəniyyəti

redaktə

Vize ilçəsi 1-ci Vyana səfəri zamanı Qanuni Sultan Süleymanın istifadə etdiyi "Avyolu güzergahı"nda yerləşir. Bu yer müasir zamanda adını dəyişərək "Sultanlar yolu" adı ilə təbiət, mədəniyyət və tarix həvəskarlarının istifadəsinə verilmişdir. Sultanlar yolu nişanları Vizedə və ətrafında yolu yenidən kəşf edən Sedat Çakır tərəfindən edildi. Sultanlar yolu Vyana-Simmerinqdən İstanbulda Süleymaniyyə məscidiTopqapı sarayına qədər 2133 kilometrlik bir yoldur.

Əhəmiyyətli tarixi abidələr arasında Ayasofya kilsəsi Türkiyədə tanınan tək antik teatr, qaya rəsmləri, monastır, qala divarları, fəvvarələr vardır. İlçədə yerləşən 1620 m. olan Yenesu mağarası Frakiyanın 3-cü ən böyük mağarasıdır.

İstinadlar

redaktə
  1. 1 2 GEOnet Names Server. 2018.