T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hal-hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi KoreyaUkrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur.[1]

T-80
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1976 – davam edir
İstismara başlanması 1976
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər Birinci çeçen müharibəsi
İkinci çeçen müharibəsi
Donbass müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Nikolay Popov, Kirov zavodu (T-80)
KMDB (T-80UD)
Konstruksiya tarixi 1967–1975
İstehsalçı Kirov zavodu və Omsktransmaş (Rusiya)
Malışev zavodu (Ukrayna)
İstehsal illəri 1976–1992
İstehsal sayı 5404
Xüsusiyyətləri
Ağırlığı 42.5 ton (T-80B)
46 ton (T-80U)
Uzunluğu 9.9 metr (T-80B)
9.6 metr (T-80U)
Eni 3.4 m (T-80B)
3.6 metr (T-80U)
Hündürlüyü 2.2 metr
Ekipaj 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstehsal tarixçəsi

redaktə

Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu.

Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir. T-72 mexaniki cəhətdən sadə, asan istehsal olunan və rahatlıqla texniki qulluq göstərilən tank hesab olunur. Məhz bu cür xüsusiyyətlərinə görə də T-72 tankları hələ Sovet İttifaqı zamanında ordunun motoatıcı hərbi hissələrini təmin etmək və xarici ölkələrə ixrac edilməsi məqsədilə genişmiqyaslı istehsala cəlb olunmuşdur.

T-80 isə T-64-ün ilkin istehsal olunmuş variantlarından fərqli olaraq qaz turbin mühərriki (bəzi Qərb analitikləri uzun illər boyunca bunu təkzib edirdi) və T-72-nin əyləc komponentləri ilə təchiz olunmuşdu. Nəticədə, tankın güc-çəki nisbəti yüksəlmiş və T-80-ni silahlanmada olan ən mobil tank halına gətirmişdi. Buna baxmayaraq, tankın kəskin məsafə problemləri mövcud idi. T-80 tankları 9K112 “Kobra” tank əleyhinə idarəolunan mərmilərindən də atəş açmaq imkanına sahibdir.

 
T-80 tankı Böyük Vətən müharibəsində Faşist Almaniyası üzərində qazanılmış qələbənin 60 illiyi münasibətilə Moskvada 2005-ci ildə təşkil edilmiş olan hərbi parad zaman

İstifadəçilər

redaktə

Sovet İttifaqının mövcud olduğu dövrdə T-80 heç bir xarici ölkəyə ixrac olunmamışdır. Sovet İttifaqının dağılmasından sonra bu tanklar Rusiya tərəfindən bir neçə xarici dövlətə ixrac olunmuşdur.

Cari istifadəçilər

redaktə
  •   Anqola
  •   Kipr: 1996-cı ildə Rusiyadan 27 ədəd T80U və 14 ədəd T-80UK satın alınıb. 2010-cu ildə əlavə olaraq 27 ədəd T-80U və 14 ədəd T-80UK idxal olunub.
  •   Misir: 1997-ci ildə 14 ədəd T-80UK və 20 ədəd T-80U satın alınıb.[2]
  •   Qazaxıstan: Karaqanda şəhərində yerləşən hərbi məktəbdə təlim məqsədilə istifadə etmək üçün satın alınıb.
  •   Pakistan: 320 ədəd T-80UD tankı Ukraynadan idxal olunub.[3][4]
  •   ÇXR: 50 ədəd T80U idxal edilib. Döyüş birliklərində istifadə olunmur. Type-96 tankının istehsalı zamanı tədqiqat məqsədilə istifadə edilib.[5][6]
  •   Rusiya: 450 ədəd T-80BV və T-80U aktiv xidmətdədir. 3000 ədəd T-80B, T-80BV, T-80U ehtiyatda saxlanılır.
  •   Cənubi Koreya: 1990-cı illərdə Rusiyadan T-80U tankları satın alınsa da, hazırda tankların texniki xidmətinin olduqca baha olması səbəbilə T-80-lər ehtiyatda saxlanılır.[7][8]
  •   Ukrayna: 22 ədəd T-80BV aktiv xidmətdədir. 143 ədəd T-80B, T-80BV və T-80UD ehtiyatda saxlanılır.[9]
  •   Yəmən: Belarusdan 66 ədəd T-80 idxal edilib.[10]

T-80 tankı. 1976-cı ildə Omsk Tranmash firması tərəfindən istehsal olunan tank. Bu tanklar T-72-lərin əvəzinə istehsal olunmuşdur. Ancaq T-80-ların sınaqları uğurlu keçmədiyindən 1994-cü ildə istehsalı dayanmışıdır. Buna baxmayaraq T-80 tankları dağlıq ərazilərdə çox effektiv tankdır. Dünyadakı istifadəçiləri:

Azərbaycan x 44 (1994-cü ildə Ukraynadan 20 ədəd T-80B, 2008-ci ildə isə Belarusdan 22 ədəd T-80BV tankı alınmışdır)

Ermənistan x 15 (Rusiya tərəfindən verilib)

Belarusiya x 125

Kipr x 27

Misir x 37

İraq x 67 (2012-ci ildə Rusiyadan alınıb)

Qazaxıstan x 40

Cənubi Koreya x 35

Pakistan x 460

Çin x 321

Rusiya x 3.500

Ukrayna x 456

Yəmən x 32

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Умер создатель "летающего танка"". Lenta.ru. 6 fevral 2008. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
  2. "Procurement: 2002". Strategypage.com. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
  3. "T-80UD". www.deagel.com. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.
  4. "T-80UD" Arxivləşdirilib 2008-08-01 at the Wayback Machine Global Security
  5. "JED The Military Equipment Directory". 14 dekabr 2007 tarixində arxivləşdirilib.
  6. John Pike. "Global Security T-80". 2014-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
  7. John Pike. "ROK Army Equipment- South Korea". 2014-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
  8. "Archived copy". 18 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
  9. John Pike. "Global Security.org: Ukraine". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
  10. "Конфликт в Йемене стал третьей войной для "летающего танка" Т-80БВ". 20 dekabr 2017. 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.

Xarici keçidlər

redaktə