Qovlar

Tovuz rayonunda şəhər

QovlarAzərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[4]

Qovlar
40°56′30″ şm. e. 45°44′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.448 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6035[2]
Qovlar xəritədə
Qovlar
Qovlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır.

Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır.

Tarixi abidələri

redaktə

Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir

Coğrafiyası və iqlimi

redaktə

Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir.

Əhalisi

redaktə
İl Daimi əhali Kişilər Qadınlar
1999[5] ∆12021 5903 6118
2009[6] ↗13448 ↗6767 ↗6681
2024 ∆ 28000 ∆15867 ∆12133

Şəhidləri

redaktə

Görkəmli şəxsləri

redaktə

İqtisadiyyatı

redaktə

Şəhərdə 4.022 təsərrüfat var. Şəhər əhalisi əsasən heyvandarlıq, əkinçilik, üzümçülüklə məşğuldur. Sənaye müəssisələrindən şərab zavodu, dəmir-beton zavodu, dəyirman və soyuducu sexlər, neft məhsulları bazası, Qovlar mebel istehsalı mövcuddur.

Mədəniyyəti

redaktə

Şəhərdə 1 №-li və 2 №-li Qovlar şəhər kitabxana filialları, Qovlar şəhər Mədəniyyət Evi, Qovlar şəhər klubu və Qovlar poçt şöbəsi (AZ6035) fəaliyyət göstərir.[9][10][11][12]

Şəhərdə dəmiryolu vağzalı var. Şəhərdə Qədim Göytəpə (Neolit dövrünə aid) yaşayış məskəni yerləşir

Təhsil

redaktə

Şəhərdə Məharət Məmmədov adına Qovlar şəhər tam orta məktəbi, Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbi, Qovlar şəhər 2 №-li və 3 №-li tam orta məktəbləri, Qovlar şəhər qarışıq tipli internat məktəbi, Tovuz Dövlət Sosial-İqtisad Kolleci və Qovlar Şəhər Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.[13][14][15]

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 380 000 manat vəsait ayrılmışdır.[16][17] Hazırda şəhərdə Qovlar şəhər 1 №-li və 2 №-li körpələr evi-uşaq bağçaları fəaliyyətdədir.[18]

Şəhərdə məscid fəaliyyət göstərir. Əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir.

Səhiyyə

redaktə

Şəhərdə Qovlar şəhər xəstəxanası yerləşir.[19]

İstinadlar

redaktə
  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  4. "Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 158.
  6. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 213". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  7. "Vətən müharibəsi şəhidi Həsənov Xətai Xaliq oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-27.
  8. "Vətən müharibəsi şəhidi Vəliyev Nurlan Habil oğlu (http://tovuz-ih.gov.az/)" (PDF). 2022-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  10. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 102" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  11. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  12. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
  13. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  14. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  15. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 6" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  16. "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  17. "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı xərclərin bölgüsünə dair SİYAHI" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. president.az  (az.)
  18. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  19. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Həmçinin bax

redaktə