Portal:Qazaxıstan


Qazaxıstan portalına

xoş gəlmisiniz!

Haqqında

Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət. Paytaxtı Astana şəhəridir. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə Xəzər dənizi ilə hüdudlanır. Qazaxsıtan Dünya okeanından xeyli uzaqdadır. Lakin ətrafındakı ölkələrlə Qazaxsıtan olduqca sıx qarşılıqlı əlaqələrə malikdir. Avrasiya İqtisadi Birliyinin üzvüdür.

(Davamı...)

Seçilmiş məqalə

Almatı — Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernıy, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 1,4 milyon nəfər (2011).

(Davamı...)

Seçilmiş şəhər

Astana şəhəri — Astana (qaz. Астана / Astana / استانا), (1961-ci ilə qədər Akmolinsk, 1961-1992-ci illərdə Selinoqrad, 1992-1998-ci illərdə Akmola) – Qazaxıstanın paytaxtı.

Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Akmolinsk, 1961-dən 1992-ə kimi Akmola, 1992-dən 1998-ə kimi isə Çelinoqrad adlandırılmışdır. 1999-cu ildən YUNESKO tərəfindən "Dünyanın şəhəri" statusunu alıb. Burada dörd ali məktəb, filarmoniya, muzey, teatr və kitabxanalar var. Astananın salınmasında ölkənin 71 şəhəri, 432 tikinti şirkəti iştirak edib. 135 zavod isə onu tikinti materialları ilə təmin edib. Layihələrə yaponiyalı Kise Kurokava və britaniyalı Norman Foster kimi dünyanın tanınmış memarları rəhbərlik edib. (Davamı...)

Tarixə nəzər

Qazaxıstan SSR Qazaxıstan Sovet Sosialist Respublikası.(Qazakça: Қазақ Кеңестік Социалистік Республикасы Qazaq Kenestik Socïalïstik Respwblïkası; Rusça: Казахская Советская Социалистическая Республика, Kazakhskaya Sovetskaya Sotsialisticheskaya Respublika), SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2.717.300 kvatrat kilometr (1.049.200 mil) ile Rusiya Sovet Sosialist Respublikasından sonra SSRİ-nin ən böyük ikinci Respublikasıdır. Paytaxtı Almatıdır. Bugün Mərkəzi Asiyada Müstəqil Qazaxıstandır..

Əvvəlki məqalələr: ……

Seçilmiş bioqrafiya

Nursultan Nazarbayev (qaz. Нұрсұлтан Әбішұлы Назарбаев) — Qazaxıstan Respublikasının Prezidenti. «Millət Lideri» (qaz. Елбасы) titulun daşıyıcısı. Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulmuşdur. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960-1969-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə Karaqanda metallurgiya zavodunda, Temirtausk səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olmuşdur. Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixi abidə

Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) — Qazaxıstanın cənubunda, Türküstan şəhərində yerləşir. Böyük Teymur İmperiyası dövründə 1389-cu ildə Əmir Teymur tərəfindən tikdirilmişdir.Əhməd Yasəvi türbəsi Qazaxıstanın cənub hissəsində hazırda Türküstan (keçmiş adı Həzrəti Türküstan) şəhərinin şimal-şərq kəsimində karvan yolu üzərində, keçmişdə Həzrət və daha sonra Yesi kimi tanınan qədim yaşayış yerində tikilibdir. Türbə tarixi bir qala yaxınlığıda, arxeloji qazıtılar aparılan bir bölgədə yerləşir.

Əvvəlki məqalələr: … …

Din

Ölkə əhalisinin 70 %-ni müsəlmanlar, 26%-ni isə pravoslav xristiyanları (əsasən ruslar) təşkil edir.
Əvvəlki məqalələr: … …

İdman

2011 Asiya Qış Oyunları AlmatıAstana şəhərində keçirildi. Qazaxıstanın müstəqillikdən bəri belə bir böyük tədbir keçirilməmisdi. İlk dəfə id. Oyunlar 2011-ci il yanvarın 30-unda başlayıb fevralın 6-sında başa çatıdı .

Əvvəlki məqalələr: … …

Qazaxıstan atalar sözü

" Bıçaq yarası keçər, dil yarası keçməz. "
Qazax atalar sözü

Regionlar

Seçilmiş şəkil

Astana şəhəri

Kateqoriyalar

Əlaqəli portallar

Azərbaycan

Türkiyə

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:İslam
Portal:İslam
Portal:Asiya
Portal:Asiya
Avropa İslam Asiya
Qazaxıstan Vikixəbərdə  Qazaxıstan Vikisitatda  Qazaxıstan Vikikitabda  Qazaxıstan Vikimənbədə  Qazaxıstan Vikilüğətdə  Qazaxıstan Vikiversitetdə  Qazaxıstan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar