Pol Qogen
Pol Qogen (fr. Paul Gauguin; 7 iyun 1848[1][2][…], Paris[4][1] – 8 may 1903[3][1][…]) — fransız rəssam, postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi.
Pol Qogen | |
---|---|
fr. Paul Gauguin | |
Doğum adı | Eugène Henri Paul Gauguin |
Doğum tarixi | 7 iyun 1848[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1903[3][1][…] (55 yaşında) |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, heykəltaraş, qrafika ustası[d], boyakar[d], rəssam-qravürçü[d], keramikaçı, illüstrasiyaçı[d], vizual incəsənət rəssamı |
Janrlar | portret[5][6], peyzaj[5], məişət janrı[6], natürmort[6] |
Stillər | postimpressionizm[7][6], Pont-Aven məktəbi[6], simvolizm[8], sintetizm, kluazonizm, impressionizm[6], Primitivizm[6] |
Tanınmış işləri | |
Təsir edib | Edvard Munk, Pablo Pikasso, Corcs Brake |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Sezan və Vinsent van Qoq ilə yanaşı postimpressionizmin ən böyük nümayəndəsi hesab olunur. Rəssamlığa 1870-ci illərdə həvəskar kimi başlamış, 1883-cü ildən peşəkar rəssam olmuşdur. Qogenin sağlığında onun əsərlərinə tələbat olmamış və o, kasıb bir həyat yaşamışdır.[9] Son dövrlərdə isə onun əsərləri çox yüksək qiymətləndirilir. Xüsusilə də, onun Nə vaxt evlənəcəksən? adlı əsəri dünyanın ən bahalı rəsm əsərlərindən biridir.
Həyatı və fəaliyyəti
redaktəYevgeni Henri Pol Qogen 7 iyun 1848-ci ildə doğulmuş post-impressionist rəssamdır. 1851-ci ildə ailəsi ilə Peruya köçürlər. Atasının ölümündən sonra 4 il Limada yaşayan ailə 1855-də Parisə qayıdır. 17 yaşında pilot assistenliyi olmuş, bir müddət isə donanmada işləmişdir. 1871-ci ildə Parisdə birjada işləmişdir. 1873-cü ildə Danimarkalı qadınla evlənmiş və ondan 5 övladı dünyaya gəlmişdir. Kamil Pisarro, Pol Sezan kimi rəssamlarla yayda bir yerdə rəsmlər çəkmiş.1881–1882-ci il impressionizm sərgisində onun da əsərləri sərgilənmişdir. 1884-cü ildə ailəsi ilə birgə Kopenhagenə köçmüş, burada iş sahəsindəki uğursuzluqlardan sonra bütün diqqətini rəsmə vermiş, böyük oğlu ilə Parisə qayıtmışdır. Bu vaxt Van Qoq Qogeni Arla dəvət edir və 9 həftəni bir yerdə rəsm çəkməklə keçirirlər.
Qogen impressionizmdən istədiyini əldə edə bilmədiyindən Afrika və Asiya incəsənətinə meyl salmış, xüsusilə də Yapon folklor, mədəniyyət və incəsənətinin təsirinə düşmüşdür. Az müddət Taitidə yaşamışdır. Burada o, "Dəniz Kənarında", "Ave Mariya" rəsmlərini çəkmişdir. Qogenin Taitililərin yaşayış və dinindən bəhs etdiyi "Noa Noa: Pol Qogenin Taiti jurnalı" kitabı vardır. Onun Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik? (D'où venons-nous ? Que sommes-nous ? Où allons-nous ?) sualları təkamülü ifadə edən gözəl sözlərdir. Həyatının qalan hissəsini Markiz adalarında keçirmişdir. Burada "Əvvəl və sonra" (Avant et Aprés) adlı xatirələrini, sənət əsərlərinə bildirdiyi fikirlərdən ibarət kitab yazmışdır.
Ölümündən sonra əsərlərinə maraq artmış, əsərlərinin bir çoxu Sergey Şçukin tərəfindən alınmış və bir qismi Puşkin muzeyində sərgilənmişdir. Əsərlərinin qiyməti 40 milyona qədər dəyərləndirilir. Taitidə yapon stilində "Qogen muzeyi" yaradılmışdır.
Filmoqrafiya
redaktə- Yaşamaq yanğısı (film, 1956) / Lust for Life
Qalereya
redaktə-
Madam Qogenin portreti (1880-1881)
-
"Vogirardda bağ.Bağda rəssamın ailəsi təəssüf içində (1881)
-
Meyvələr və Limonlar ilə Natürmort (1880)
-
Donuzotaran Bretan (1888)
-
Les Alyscamps (1888)
-
Mələk ilə güləşən Yakob (1888)
-
Arlda gecə kafesi (1888)
-
Yapon Ağac üzərində Natürmort (1889)
-
Sahildə Taitili Qadınlar (1891)
-
Çiçək ilə qadın (1891)
-
Ay və Yer (Hina tefatou) (1893)
-
Anna, the Javanese (1893)
-
Pont Aven-də su kanalı (1894)
-
Günorta Mürgüsü (1894)
-
Analıq (1899)
-
İki Taitili Qadın (1899)
-
Qalın kətanda neft işi (1899)
-
Qəddar Talelər (1902)
-
Hivanın Sehrbazı (1902)
-
(1880)
-
(1886)
-
(1879)
-
(1886)
-
(1891)
-
(1902)
Avtoportretlər
redaktə-
1875–1877, Foq Muzeyi Massaçusets
-
1885, Kimbel Mədəniyyət Muzeyi, Texas
-
1888, Vinsent van Qoq Muzeyi, Amsterdam
-
Zeytun Bağında Xristos, 1889, Milli incəsənət qalereyası
-
1893, Orsay muzeyi
-
1893
-
1896, San Paulo muzeyi
-
Avtoportret (Mənim dostum daiel üçün) 1896, Orsay muzeyi
-
1902, Basel muzeyi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Paul Gauguin (nid.).
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Union List of Artist Names (ing.).
- ↑ 1 2 Tate. 1897.
- ↑ 1 2 3 4 5 6 7 RKDartists (nid.).
- ↑ https://www.metmuseum.org/toah/hd/poim/hd_poim.htm.
- ↑ Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
- ↑ "Поль Гоген. Признание пришло к нему только после смерти. Биография" (rus). 2011-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-01.