Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933[1][2], Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi.[3]

Pol Biya
fr. Paul Barthélemy Biya'a bi Mvondo
6 noyabr 1982 – h.h
ƏvvəlkiƏhmədu Əhidyo
Kamerun Respublikasının Baş naziri
30 iyun 1975 – 6 noyabr 1982
Əvvəlkivəzifə təsis edilib
SonrakıBello Buba Mayqari
Şəxsi məlumatlar
Doğum tarixi (91 yaş)
Doğum yeri Mvomekaa, Fransa Kamerunu (Kamerun)
Təhsili
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı

Janna-İren Biya (1961–1992)

Shantal Viquru (1994–h.h)
Dini katolisizm
prc.cm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi.[4]

Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır.

Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı. Müxalifət və qərb dövlətləri səsvermədə qanun pozuntuları və saxtakarlıqlar aşkar etdiklərini iddia etdi. Bir çox müstəqil mənbələr onun 1992-ci ildə keçirilən seçkilərdə qalib gəlmədiyini və sonrakı seçkilərin saxtakarlıqla qazanıldığını yazdı.[5]

Biya Kamerunun keçmiş müstəmləkəçilərindən biri olan Fransa ilə Kamerunun sıx münasibətlərini qoruyub saxladı.

Həyatı

redaktə

Pol Biya Kamerunun Cənubi bölgəsindəki Mvomekaa kəndində anadan olub. Yaundedə yerləşən Leklerk Liseyində və Fransada Böyük Luis Liseyində təhsil aldı, 1961-ci ildə Xalq Təhsili Diplomu ilə məzun olduğu Xarici Araşdırmalar İnstitutuna dəvət aldı. 1961-ci ildə Pol Biyanın başqa bir qadınla münasibətlərindən dünyaya gələn Frank Boyanı övladlığa götürməyinə baxmayaraq, övladının olmadığı Janna-İren Biya ilə evli idi. Janna-İren Biya 29 iyul 1992-ci ildə vəfat etdikdən sonra Pol Biya 23 noyabr 1994-cü ildə Şantal Biya ilə evləndi və ondan iki övladı. Biya Anqolanın keçmiş Prezidenti Joze Eduardu duş Santuşun yaxşı dostudur.

Siyasi fəaliyyəti

redaktə

Müstəqillik sonrası 1960-cı illərdə Kamerunda məmur olan Biya Prezident Əhmədu Əhidyo dövründə ölkədə populyarlaşdı. 1964-cü ilin yanvarında Milli Təhsil Naziri Kabineti müdiri və 1965-ci ilin iyulunda Milli Təhsil Nazirliyinin baş katibi olduqdan sonra 1967-ci ilin dekabrında Prezident Mülki Kabinetinin direktoru və Prezidentin baş katibi vəzifəsinə təyin edildi. Prezidentin baş katibi olarkən 1968-ci ilin avqustunda nazir vəzifəsini və 1970-ci ilin iyununda dövlət naziri vəzifəsini tutdu. 1972-ci ildə vahid dövlətin qurulmasından sonra 30 iyun 1975-ci ildə Kamerun Baş naziri seçildi. 1979-cu ilin iyununda Baş naziri Prezidentin varisi olaraq təyin edən qanun layihəsi qəbul edildi. Əhidyo gözlənilmədən 4 noyabr 1982-də istefa etdiyini elan etdi və Biya 6 noyabrda onu Kamerun Prezidenti olaraq əvəz etdi.[3]

Biya Kamerunun Cənubi bölgəsindən olan xristian olduğu üçün Şimal bölgəsindən olan müsəlman Prezident Əhidyo tərəfindən öz varisi olaraq seçilməsi təəccüb doğurdu. Kateşist atası onun ruhani olmasını istəsə də, 16 yaşında katolik məktəbində oxuyarkən vəftiz edildi. Biya Prezident olduqdan sonra Əhidyo hakim Kamerun Milli Birliyinin başçısı olaraq qaldı. Biya KMB Mərkəzi Komitəsinə və Siyasi Bürosuna gətirildi və KMB-in Vitse-prezidentiseçildi. 11 dekabr 1982-ci ildə Əhidyonun yoxluğunda partiya işlərinin idarə edilməsindən məsul oldu. Biyanın hakimiyyətinin ilk aylarında Əhidyoya sədaqət göstərməyə davam etdi və Əhidyo da Biyaya dəstəyini göstərdi, lakin 1983-cü ildə ikisi arasında münaqişə yarandı. Əhidyo Fransaya sürgünə getdi və oradan Biyanı hakimiyyəti sui-istifadə etməkdə və ona qarşı hazırladığı planlarla əlaqədar paranoyada günahlandırdı. Bir neçə xarici liderin səylərinə baxmayaraq ikisi arasında barışıq əldə edilmədi. Əhidyo KMB lideri vəzifəsindən istefa etdikdən sonra Biya KMB partiyasının 14 sentyabr 1983-cü il tarixli fövqəladə iclasında partiyanın rəhbərliyini əlinə aldı.

1983-cü ilin noyabr ayında Biya növbəti prezident seçkilərinin 14 yanvar 1984-cü il tarixində keçiriləcəyini bildirdi. Bu seçkilərdə vahid namizəd oldu və səslərin 99.98%-i qazandı. 1984-cü ilin fevralında Əhidyo digər iki nəfərlə birlikdə 1983-cü il çevriliş planında iştirak etdiyi iddiası ilə mühakimə olundu, ölüm cəzasına məhkum edildi, Biya cəzalarını ömürlük həbs cəzası ilə əvəz etsə də, bir çoxları tərəfindən zəiflik əlaməti kimi görülən jest olaraq qəbul edildi. Biya öncəki gün Respublika Qvardiyasını ləğv edərək üzvlərini ordu boyunca dağıtmaq qərarından sonra 6 aprel 1984-cü il tarixli hərbi çevriliş cəhdindən sağ çıxdı. Ölənlərin sayının 71 ilə 1.000 arasında olduğu təxmin edilir. Çoxları tərəfindən, bu, qruplaşmanın üstünlüyünü bərpa etmək cəhdi olaraq görülən çevriliş cəhdinin əsas iştirakçıları şimal müsəlmanları idi, lakin Biyan milli birliyi vurğulamağı seçdi və günahı şimal müsəlmanlarına yönəltmədi. Əhidyo nun çevriliş cəhdini təşkil etdiyinə inanılır və Biyanın bu planı öncədən öyrəndiyini və cavab tədbiri olaraq Respublika Qvardiyasını dağıtdığını düşünərək çevriliş hazırlayanları planlaşdırdıqlarından daha tez hərəkət etməyə məcbur etdi. Çoxları bunu çevrilişin uğursuzluğunda həlledici amil olaraq görür.

Beynəlxalq Valyuta FonduDünya Bankı tərəfindən ona təqdim edilmiş struktur düzəliş planını qəbul edərək: özəlləşdirmə, rəqabətə açılma, sosial xərclərin azaldılması ilə dövlət qulluqçularının maaşlarını 60% azaltı, qeyri-dövlət sektorunu əhəmiyyətli dərəcədə artırdı, hakim siniflər isə bu proqramdan təsirlənmədi.

1985-ci ildə KMB Kamerun Xalq Demokratik Hərəkatı olaraq adını dəyişdi, Cənubi Kamerunun paytaxtı Bamendada Biya qanunsuz olaraq Prezident seçildi. 24 aprel 1988-ci ildə yenidən Kamerun Prezidenti seçildi.[6]

Biya rejimi gücləndirmək üçün bəzi addımlar atdı və bu 1990-cı ildə müxalifət partiyalarının leqallaşdırılması qərarı ilə nəticələndi. Rəsmi nəticələrə görə, Biya 11 oktyabr 1992-ci ildə keçirilən ilk çoxpartiyalı prezident seçkilərində səslərin 40%-i ilə qalib gəldi. İkinci tur üçün konstitusiyada müddəa yox idi, müxalifət isə vahid namizəd ətrafında birləşə bilmədi. İkinci yeri tutan namizəd, müxalif Sosial Demokrat Cəbhədən Con Fru Ndi səslərin 36%-i toplamışdı. Nəticələr saxtakarlığı iddia edən müxalifət tərəfindən kəskin şəkildə mübahisələndirildi.

Ana müxalifət partiyaları tərəfindən boykot edilən oktyabr 1997 prezident seçkilərində Biya 92.6% səslə yenidən seçildi, 3 noyabrda isə and içdi.[7]

Biya 11 oktyabr 2004-cü il prezident seçkilərində rəsmi olaraq səslərin 60.92%-i alaraq yenidən yeddi il müddətini vəzifəsini tutdu, bu şəkillərdə də müxalifət saxtakarlıq iddiasında idi. Biya 3 noyabrda and içdi.[8]

2004-cü ildə yenidən Prezident seçildikdən sonra 1996-cı il Konstitusiyasında 2011-ci ildə yenidən Prezidentliyə namizəd olması iki dönəmlik məhdudiyyət ilə qadağan edildi, lakin yenidən namizədliyini verməsi üçün buna yenidən baxacağını söylədi. 2008-ci il Yeni İl mesajında ​​Biya xalqın seçimini məhdudlaşdırmanın qeyri-demokratik olduğunu söyləyərək, Konstitusiyanın yenidən işlənməsinə dəstək olduğunu bildirdi. Təklif olunan müddət məhdudiyyətlərinin qaldırılması 2008-ci il fevral ayının sonlarında baş verən şiddətli etiraz aksiyaları zamanı səsləndirilən şikayətlər arasında idi. 10 aprel 2008-ci il tarixdə Milli Məclis Konstitusiyanın müddət məhdudiyyətlərinin qaldırılması üçün dəyişdirilməsinə səs verdi. KXDH-ın Milli Məclisdəki çoxluğu ilə dəyişiklik 157 lehinə və 5-i əlehinə olmaqla səs çoxluğu ilə təsdiqləndi, SDC-in 15 millət vəkili etiraz olaraq səsverməni boykot etdi. Dəyişiklik Prezidentin vəzifəsindən getdikdən sonra Prezident kimi atdığı addımlara görə prokurorluq qarşısında toxunulmazlığını təmin etdi.[9]

KXDH Prezidenti olaraq yenidən seçildi, partiyanın 7 iyul 2001-ci il ikinci fövqəladə qurultayında və 21 iyul 2006-cı ildəki üçüncü fövqəladə qurultayında da mütləq səs çoxluğu ilə vəzifəsini saxladı.[10]

12 iyun 2006-cı ildə Nigeriya Prezidenti Olusequn Obasanco ilə Bakassi yarımadası sərhəd mübahisəsinə rəsmi olaraq son qoyan Yaşılağac Anlaşmasını imzaladı.[11]

2008-ci ilin fevralında ənənəvi qiyamların azaldı və Pol Biyanın getməsini tələb edən qiyamlar tüğyan etdi. Nümayişçilər 100 ölü və minlərlə saxlanılan şəxsin olduğu söylədilər.

2011-ci ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində Biya səslərin 77.9%-i toplayaraq altıncı dövr vəzifəsinə təyin olundu. Con Fru Ndi onun ən yaxın rəqibi idi, lakin o, səslərin yalnız 10%-i toplamağa nail oldu. Biyanın müxalifləri seçkilərdə genişmiqyaslı saxtakarlıq və prosedur pozuntuları olduğu iddia etdilər, iddia Fransa və ABŞ hökumətləri tərəfindən təsdiqləndi. Qələbə nitqində Biya ölkəni geniş inşaat sahəsinə çevirərək ictimai iş proqramı ilə böyüməni stimullaşdıracaq və iş yerləri yaradacağına söz verdi. 3 noyabr 2011-ci il tarixində Prezident olaraq and içdi.[12]

Biya 2018-ci il prezident seçkilərində səslərin 71.3%-i qazandı. Seçki şiddət və az seçici fəallığı ilə keçdi. O, 30 iyun 1975-ci ildən bəri iqtidarda olan və ən uzun müddət vəzifədini icra edən dövlət başçısı olaraq tarixə düşdü.

Müxalifət və tənqidi

redaktə

Biya ictimaiyyət qarşısında az çıxış etdiyinə görə tənqid olunur. 1990-cı illərin əvvəllərindən bəri ölkənin qərb hissəsində yaşayan kamerunluların anqlofon əhalisinə qarşı ayrıseçkiliyinə görə tənqid olundu.

Biya siyasi mühiti şəffaflaşdırmaq üçün səy göstərsə də, rejimi hələ də açıq avtoritar xüsusiyyətlərini qoruyub saxlayır və 1990-cı illərdən bəri Afrikada demokratiya tendensiyasını xeyli dərəcədə azaldıb. Konstitusiyaya əsasən, Biya geniş icra və qanunverici səlahiyyətlərə malikdir. Hətta məhkəmə sistemi üzərində əhəmiyyətli səlahiyyətə sahibdir, məhkəmələr yalnız qanunun konstitusiyaya uyğunluğunu onun tələbi ilə nəzərdən keçirə bilər. KXDH Milli Məclisdə mütləq üstünlük təşkil etməyə davam edir.

Devid Valleçinskinin "Dünyanın ən pis həyatda olan diktatorları, tiranlar" dərgisi Biyanı Afrikanın fəaliyyətdə olan üç nəfərlə birlikdə sıraladı: zimbabveli Robert Muqabe, ekvatorial qvineyalı Teodoro Obianq Nquema Mbasoqo və Svazilend Kralı Msvati. Kamerunun seçki prosesini bu ifadələrləri xarakterizə etdi: "Hər seçki ilindən bir, Biya davamlı hakimiyyətini əsaslandırmaq üçün seçki təşkil edir, lakin bu seçkilərin heç bir əsası yoxdur. Əslində, Biya saxta seçkilər dünyasında yaradıcı bir yenilik sayılır. 2004-cü ildə beynəlxalq müşahidə qruplarının tənqidlərindən əsəbiləşərək azad və ədalətli seçilməsini təsdiqləyən beynəlxalq müşahidəçilər qrupuna, altı amerikalı konqresmenə pul ödədi". Uilyam Kuantril 2005-ci ildə verdiyi reportajda Biyanın məsuliyyəti heç kəsə həvalə etmək istəməməsinin idarəetmənin keyfiyyətini ciddi şəkildə əngəllədiyini, əhəmiyyətsiz qərarların tez-tez onları çatdırmaq üçün qəbul olunduğunu və bunun davam edəcəyini söylədi.[13]

Biya mütəmadi olaraq İsveçrənin Cenevrə şəhərində yerləşən "InterContinental Hotel"-də vaxt keçirir. Bu məlumatlar Kamerundan uzaq saxlanılır, bəzən iki həftə və ya daha qısa müddətlik səfərlər olsa da, bəzən bu üç aya çatır. 2008-ci ilin fevralında prezident vəzifəsini tutma müddətini saxlamasına icazə verən qanun layihəsini qəbul etdi və bunun ardından ölkə daxilində vətəndaş etirazları başladı. Əsas şiddətli iğtişaşlar ölkənin qərbində, ingilis dilində danışılan ərazilərdə, Doualada taksi sürücülərinin etirazı başlatması ilə başladı və 200-dən çox şəxsin ölümünə səbəb oldu. 2009-cu ildə Fransada keçirtdiyi tətil zamanı 43 otel otağına günə 40.000 dollara pul xərclədi.[14]

2009-cu ildə Biya "Parade Magazine" jurnalının "Dünyanın ən pis diktatorları" sərgisində yerləşdirilmiş siyahıda 19-cu sırada qərarlaşdı.[15]

2010-cu ilin noyabr ayında Bertran Teyu "La belle de la république bananière: Chantal Biya, de la rue au palais" adlı kitab nəşr etdi və Şantal Biyanın təvazökarlığından yazdı. İctimai xarakterli oxumadan sonra müəllifə "xarakterə təhqir" və "qanunsuz nümayiş" təşkil etmək ittihamı ilə iki illik həbs cəzası verildi. "Amnesty International""International PEN" Biyanın addımını qınadı. 2 may 2011-ci ildə "International PEN"-in London bölməsi pisləşən sağlamlıq amillərinə görə yazıçını müəyyən pul məbləğində həbsdən azad etdirdi.[16]

2014-cü ilin fevralında Fransa vətəndaşı Mişel Tyerri Atanqana Biyanın əmri ilə prezidentliyə namizəd Titus Edzoaya yaxın olduğu üçün 17 illik həbsdən sonra azadlığa buraxıldı. ABŞ Dövlət Departamenti, Beynəlxalq Əfv Təşkilatı, Azadlıq Evi və BMT-in 2005-ci ildən etibarən Qanunsuz Həbs üzrə İşçi Qrupu tərəfindən siyasi məhbus hesab edilən Mişel Biyanın fərmanı ilə sərbəst buraxıldı, lakin İşçi Qrupunun üçtərəfli tələbləri yerinə yetirilmədi.[17]

2016-cı ildə ölkənin paytaxtı Yaoundedə kamerunlular Biyanın 79 nəfərin öldüyü qatar qəzasına münasibətini tənqid etdilər. Tənqidçilər arasında bir sıra adları çəkilməyən dövlət məmurları da vardı.[18]

2016-cı ilin sonunda anqlofon etirazlarında Kamerun məhkəmələrində fransız dilinin tətbiqinə etiraz edildi. Kamerun Xalq Partiyasından olan müxalifət partiyasının lideri Edna Ncilin siniflərdə fransız dilinin məcburi istifadəsinə qarşı çıxdı. 2017-ci ilin yanvar ayında hökumət şimal-qərb və cənub-qərb əyalətlərində internet xidmətlərinin dayandırılması barədə əmr verdi. Dayandırmanın tənqidi və artan müxalifət xidmətlərin aprel ayının sonunda yenidən bərpa etməyə nail oldu.[19]

2017-ci ilin iyun ayına qədər Kamerunun ingilis dilində danışan əyalət və şəhərlərindəki etirazlar polislə xalq arasında toqquşmalara səbəb oldu, 4 etirazçı öldürüldü və 100-dən çox adam həbs olundu. Artan Kamerun böhranına hökumətin reaksiya göstərməməsi ABŞ-nin beynəlxalq tənqidinə səbəb oldu.[20]

2017-ci ilin aprelində "Radio France Internationale"-da çalışan kamerunlu jurnalist Əhməd Abba terror aktları barədə məlumat vermədiyi üçün hərbi tribunal tərəfindən 10 il həbs cəzasına məhkum edildi. Məhkəmə qərarı "Amnesty International" da daxil olmaqla insan haqları qrupları tərəfindən ciddi şəkildə tənqid olundu.[21]

7 noyabr 2018-ci ildə kamerunlu jurnalist Mimi Mefo sosial mediada həmin ilin oktyabr ayında ölkədəki Amerika missioneri Çarlz Trumanın qətlinin arxasında kamerunlu hərbçilərin olduğunu yazdıqdan sonra həbs olundu. Mefo Kamerun Respublikasının ərazi bütövlüyünə qəsd edən məlumatların yayımlanması və təbliği ilə günahlandırıldı, lakin sərbəst buraxıldı və həbs olunması həm yerli, həm də beynəlxalq media qrupları tərəfindən qınandıqdan sonra 12 noyabrda ittihamlar ləğv edildi.[22]

Cənubi Kamerun

redaktə

2017-ci ilin əvvəlində Cənubi Kamerunda soyqırımın baş verdiyindən danışan Pol Biyanın video görüntüləri yayıldı. Birləşmiş Millətlər Təşkilatına polisin bir universitetdə tələbələrə təcavüz etməsinin təfərrüatları verildi. Tərəfdarları Cənubi Kamerunun müstəqilliyini tələb etdilər. İnsan Hüquqları və Azadlıqları üzrə Milli Komissiya bölgədəki insan haqlarının pozulması iddialarını araşdırmaq üçün Bueada araşdırma missiyasına başladı.

BIR tərəfindən həyata keçirilən ayrı-seçkiliksiz öldürülmə, kəndlərin yandırılması, təcavüz və ingilis dilində danışan vətəndaşların alçaldılması iddiaları dəstəklənən video görüntülərlə birlikdə edilmişdir. SMT birbaşa Prezident Biyaya tabe olan xüsusi qüvvə orqanıdır. Ayrı-ayrı mənbələr separatçı polislə mübarizəyə göndərilənlərin hamısının fransız dilli olduqlarını, beləliklə yerli sakinlər arasında dil bölüşməsini genişləndirdiklərini ifadə edirlər.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Paul Biya // Brockhauz Ensiklopediyası (alm.).
  2. Paul Biya // Munzinger Personen (alm.).
  3. 1 2 "Arxivlənmiş surət". 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  4. "Arxivlənmiş surət". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  5. "Arxivlənmiş surət". 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  6. "Arxivlənmiş surət". 2007-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  7. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  8. https://web.archive.org/web/20091125004546/http://www.spm.gov.cm/detail_art.php?id_art=271&type=simpl&lang=en
  9. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  10. "Arxivlənmiş surət". 2012-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  11. https://www.un.org/News/Press/docs/2008/sgsm11745.doc.htm
  12. "Arxivlənmiş surət". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  13. "Arxivlənmiş surət". 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  14. "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  15. "Arxivlənmiş surət". 2011-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  16. "Arxivlənmiş surət". 2011-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  17. "Arxivlənmiş surət". 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  18. "Arxivlənmiş surət". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  19. "Arxivlənmiş surət". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  20. "Arxivlənmiş surət". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  21. "Arxivlənmiş surət". 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  22. "Arxivlənmiş surət". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.

Xarici keçidlər

redaktə